Dostlar, lütfən Seyran bəyin bu uğurlarının ictimailəşməsində siz də yardımçı olun. Adam tək başına ölkəmizi bu sahədə davamlı şəkildə, uğurla tanıtmaqdadır. Heç olmasa xəbərini dərc etməklə yardımçı olaq. Öncədən təşəkkürlər.
Azər Həsrət
================================
Karikatura Ustasinin yeni ugurlari
Məşhur karikatura ustası Seyran Cəfərlibirinci ''Uluslararası Küresel Online'' karikatura yarışmasınınmünsiflər heyəti tərkibində iştirak etmişdir. Türkiyənin Ankaraşəhərində kecirilən yarışmaya 65 ölkədən 800dən çox karikaturaçı, 2500 əsərləqatılmışdır. Təqdimetmə mərasimində söz alan Seyran Cəfərli belətədbirlərin tez-tez keçirilməsinin dünya və o cümlədən Türkiyə vəAzərbaycan arasındakı mədəni əlaqələrin inkişafında böyük roloynadığını qeyd etmiş, gələcəkdədə belə tədbirlərdə qarşılıqlı işbirliyinin olmasının önəmini vurğulamışdır. Mərasimdə həmyerlimizyarışın 1-cilik mükafatını qazanmış Aşkın Ayrançıoğlunun mükafatınıtəqdim etmişdir. Tədbirdən sonra ''Küresel Online'' Uzaktan EğitimdeDayanışma, Yaygınlaştırma ve Alternatif Eğitim Araştırma Derneği(UZEYAD) şirkətinin prezidenti Şükrü Kaya münsiflər heyəti üzvləriniqəbul etmiş, gələcək planlar və qarşıda duran perspektivlər haqqındamüzakirələr aparmış və fikirlərini bölüşmüşdür. Xatırladaq ki, karikatura ustasının ötən ayda Türkiyənin Adana şəhərində Çukurova bələdiyyəsinin təşəbbüsü ilə 30 karikaturadan ibarət fərdi sərgisidə açılmışdır. Sərgi karikatursevərlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Best regards:
Seyran Caferli
Director of International Cartoon News Center |humorTOONS |