Sıra sayları bəzən "hansı?" sualına da cavab verir. Məsələn, birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə və s. Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s. Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir, yəni isimləşir. Məsələn: Onuncular irəlidədirlər. Birincilərə mükafat verdilər. və s.
Müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız təkdə işlənir. Məsələn, "on beş şagird", "beş kitab" və s. Bu isimləri cəmdə işlətmək (beş kitablar şəklində) qrammatik cəhətdən səhvdir.
df19127ead