Qeyd: Bəzi banklar ümumi olan prossesinq mərkəzlərinə məxsus mobil bankçılıq xidmətlərini istifadə edir. Odur ki, biz bu mobil bank tətbiqlərini araşdırmamıza daxil etməmişik və bankların təklif etdiyi, aktiv reklam etdiyi, ən popular və funksional tətbiqləri araşdırdıq.
Araşdırmanı yekunlaşdırsaq fikir verərik ki, banklar son zamanlar mobil tətbiqlərn inkişafına diqqəti daha da artırıblar. Bəzi banklar isə texnoloji və rəqəmsal bankçılığa daha çox diqqət ayırırlar. Dünyada baş verənlərə və eyni zamanda yaxın qonşu olkələrdəki rəqəmsal bankçılıq sahəsində baş verən hadisələrə nəzər saldıqda əminliklə deyə bilərik ki, rəqəmsal bankıçığa diqqət ayıran və bu sahəyə yatırım edən banklar böyük müştəri kütləsi və eyni zaman böyük gəlir qazanacaq.