Dəyərli Təbiət Dostları
03.10.2011 tarixində baş tutan IH seçkilərindən sonra Nəzarət Təftiş Komitəsi (NTK) namizədlərinin də qeydə alinması prosesinə start verilir.
NTK-da ozunu gormək istəyən dostlarimizdan ashagidaki YVK-nin Nizamnaməsindən cixarisha nəzər salmalarini xahiş edirik.
Son müddət 16 oktyabr (18:00) olmaqla bütün NTK namizedleri platformalarini hazirlayib off...@yvk.az unvanina gondərərək qeydiyyatını təsdiq etməlidir. 16 oktyabr 2010-cu il Təbiət Dostları İdarə Heyyəti tərəfindən seçkilər keçiriləcək və nəticələr həmin gun elan olunacaqdir.
Təbiət Dostları GİB üzvləri prosesə necə töhvə verə bilərlər?
Hər hansı üzv digər üzvü Nəzarət və Təftiş Komitəsinin nümayəndəsi kimi layiq namizəd kimi görürsə bu haqda öz fikrini off...@yvk.az ünvanına müraciət edə bilər. Müraciətlər İH tərəfindən qiymətləndiriləcək və NTK nümayəndəsinin seçimində dəstək olacaq.
Platforma uchun bashliqlar
* foto şəkil
* nə üçün nəzarət təftiş komitəsində təmsil olunmaq istəyir
* təşkilatlatın gələcək fəaliyyəti ilə bağlı hansı işlər görmək istədiyir
Qeyd: CV formasini da məktuba elavə etməniz rica olunur.
___________________________________________________
YVK-nin Nizamnaməsindən çıxarış:
Nəzarət Təftiş Komissiyası
28. Nəzarət Təftiş Komissiyyasına(NTK) dair Azərbaycan Respublikasının qanunu
NTK Birliyin seçkili orqanlarının, vəzifəli şəxslərin və üzvlərinin fəaliyyətinin Birliyin Nizamnaməsinə uyğun olması, Birliyin maliyyə fəaliyyəti üzərində nəzarət həyata keçirir. NTK-nın say tərkibini Birliyin ümumi yığıncağı müəyyən edir.
28.1. NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan ərizələrə bir ay ərzində baxıb cavab verməlidir.
28.2. NTK-nın fəaliyyəti Birliyin NTK haqqında Nizamnaməsi ilə tənzimlənir.
29 NTK-na dair ümumi müddəalar.
29.1. NTK Birliyin daxili nəzarət orqanıdır.
29.2. NTK Birliyin üzvlərinin Ümumi Yığıncağı (Ali idarə etmə orqanı) tərəfindən bir il müddətinə Birliyin üzvlərinin sayının çox olmadığından Birlik da NTK- nın vəzifələrini üç şəxs yerinə yetirəcəkdir.
29.3. NTK öz fəaliyyətini QHT-lər haqqında Azərbaycan Respublikasının Qanununa, Birliyin Nizamnaməsinə və onun üzvlərinin Ümumi Yığıncağının qərarlarına uyğun həyata keçirilir.
29.4. Birliyin İdarə Heyyəti NTK qarşısında xüsusi tapşırıqlar qoya bilər.
30 NTK-nın üzvlüyü üçün tələb olunan seçim meyarları.
30.1. NTK-nın tərkibinə İdarə heyyətinin (Direktorlar Şurasının və ya icra orqanının) Sədri və üzvləri, eləcə də onların həyat yoldaşları,valideyinləri,uşaqları,nəvələri,qardaşları,bacıları(onların həyat yoldaşları) seçilə bilməzlər.
30.2. Birliyin NTK-na üzvülüyünə üzvlüyə fəaliyyət qabiliyyəti məhdudlaşdırılmayan və zəruri peşə biliklərinə və praktiki iş təcrübəsinə malik olan Birliyin üzvü olan şəxslər seçilə bilərlər.
30.3. NTK-nın üzvlərinin seçilməsi haqqında Birliyin üzvlərinin Ümumi Yığıncağının qərarı hər bir namizəd üzrə ayrı-ayrılıqda qəbul edilir. Qərar namizədin lehinə Birliyin üzvlərinin sadə səs çoxluğu ilə (namizədlərdən ən çox səs toplayan) qəbul edilmiş sayılır.
30.5. Birliyin daxili strukturu, missiya və prosedurları ilə yaxından tanış olmalı.
31 NTK-nın üzvlərinin üzvülüyünə xitam verilməsi
31.1. Aşağıdakı hallarda NTK-nın üzvlərinin səlahiyyətlərinə xitam verilə bilər :
- Üzvlərin seçim müddətinin başa çatması;
- Səlahiyyətlərinin icrasının öhdəsindən gəlmədikdə;
- Öz səlahiyyətləri xaricində olan işlərə müdaxilə etdikdə;
- Qeyri qanuni hərəkətlərə yol verdikdə (korrupsiya, AR qanunlarına zidd olan qərarlar və s.);
- İdarə Heyyəti tərəfindən tələb olunan hesabatları vaxtında cavablandırmadıqda;
31.2. NTK-nın üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Birliyin İdarə Heyyətinin Yığıncağının qərarına əsasən həyata keçirilir.
31.3. Birliyin İdarə Heyyətinin üzvlərinin sadə səs çoxluğu ilə NTK –ya vaxtından əvvəl yenidən seçkilər keçirilə bilər.
32. NTK-nın üzvlərinin hesabatı
32.1. NTK üzvləri apardıqları təftişlərin hesabatlarını Birliyin İdarə Heyyətinə zamanında verməlidirlər.
32.2. NTK tərəfindən aparılan araşdırmaların nəticələrinə dair hazırlanmış hesabatlar Birliyin bütün üzvləri üçün açıq hesab edilir və istənilən vaxt həqiqi üzvlər tərəfindən nəzərdən keçirilə bilər. Bunun üçün Birliyin üzvü Ofis Menecerinə yaxınlaşmaqla araşdırmaların nəticələri ilə tanış olmaq üçün müraciət edə bilər.
32.3. NTK üzvləri Ümumi Yığıncağı Mandatları müddətində aparılan yoxlamaların əsas icmalı ilə tanış etməlidirlər.
33. NTK-nın səlahiyyətləri
33.1. Birliyin NTK-nın səlahiyyətlərinə aşağıdakılar daxildir:
- Birliyin İdarə Heyyətinin və onun Sədri tərəfindən Birliyin Ümumi Yığıncağının qərarlarının yerinə yetirilməsinə müntəzəm şəkildə nəzarət etmək;
- Birliyin İdarə Heyyəti və Sədri tərəfindən bağlanmış mülki-hüquqi əqdlərin qanuniliyinin, eləcə də Birliyin orqanları tərəfindən bu Nizamnamənin və təşkilatın fəaliyyətini tənzimləyən hüquqi-normativ aktların tələblərinə riayət olunmasının qanuniliyinin və əmlakının vəziyyətinə nəzarət edir. Ehtiyac olduqda şərhlər bildirir.
- Birliyin ildə bir dəfədən az olmayaraq maliyyə-təsərrüfat fəaliyyətinin təftişini aparır.
- Birliyin İdarə orqanının fəaliyyətində aşkarlanan qanun pozuntuları haqqında Birliyin İdarə heyyətinə dərhal məruzə etməlidir.
34. NTK-nın fəaliyyət qaydaları
34.1. NTK öz fəaliyyətini iclaslar,planlı və plandankənar təftişlər,eləcə də NTK tərəfindən müəyyən olunmuş digər formalarda həyata keçirir
34.2. NTK-nın iclaslarında bu orqanın üzvlərinin 2/3 iştirak etdikdə, həmin iclaslar yetərsay sayılır.
34.3. İclaslar NTK-nın müəyyən etdiyi cədvələ uyğun olaraq Birliyin ofisində və ya əvvəlcədən danışılmış yerdə həyata keçirilir.
34.4. NTK-nın iclaslarında məsələlərin müzakirəyə çıxarılması, Birliyin Ümumi Yığıncağı və İdarə heyyətinin təklifi ilə həyata keçirilir.
34.5. NTK-nın iclaslarının təşkilini NTK-nın üzvləri öz aralarında təmin edir.
34.6. NTK-nın iclaslarında qərarlar açıq səs vermə yolu ilə qəbul edilir.
34.7. NTK-nın hər bir iclaslarında protokollar aparılır.
34.8. NTK-nın protokollarında aşağıdakı məlumatlar əks olunmalıdır :
- NTK-nın iclaslarının keçirilmə yeri və vaxtı haqqında
- NTK-nın üzvlərinin ümumi sayı və iclaslarda iştirak edən üzvlərin sayı haqqında
- NTK-nın iclaslarında çıxış edən şəxslər və onların çıxışlarının əsas müddəaları haqqında
- NTK-nın İdarə heyyəti üçün hazırladıqları təklif paketlərinə dair səsvermənin nəticələri haqqında
34.9. NTK-nın iclaslarının protokollarının bütün nüsxələri NTK-nın üzvləri tərəfindən imzalanır və Birliyin möhürü ilə təsdiqlənir.
35. NTK üzvlərinin seçim qaydası
35.1. NTK üzvlüyünə gizlin, bərabər və fərdi əsaslarla keçirilən səs vermə nəticəsində seçilir
35.2. Üzvlər ancaq qeydiyyatdan keçmiş namizədə səs verə bilərlər. Sesvemə vəzifələr üzrə ardıcıllıqla keçirilir.
35.3. NTK üzvlüyünə seçkilər zamanı birinic üç ən çox səs toplamış namizədlər üzv seçilmiş hesab olunur.
35.4. Seçkinin nəticələri seçki günü açıqlanmalıdır və bu Əsasnamənin 6.5-ci maddəsində göstərilən qaydada elan edilməlidir