email shrift problemine gore oxunmursa elave olunmus pdf fayla baxin
dəyərli klub üzvləri,
havaların isinməsilə layihə və tədbirlərimiz çoxalır və təbii ki, sıralarımıza yeni üzvlər qoşulur.
bu səbəbdən qeydiyyatla bağlı məlumat və linkləri təkrar paylaşmaqda fayda var.
bu email qrupuna üzv olmayan lakin kluba marağı olan və tədbirlərdə iştirak edən dost-tanışınız varsa emailini göndərsin, əlavə edək.
klubumuzun facebook səhifəsi və qrupu olsa da rəsmi qeydiyyat üçün http://veloklub.az/uzvluk/qeydiyyat.php ünvanında üzvlərin hüquq və vəzifələrilə tanış olmalı və forma doldurulmalıdır.
6 aylıq (10 AZN) və ya 12 aylıq (15 AZN) ödəniş edərək qeydiyyatı təsdiqləmək mümkündür (məcburi deyil). ödəniş üçün bazar səhərləri mühasibatlıq departamentinin üzvlərindən (Cümşüd Sultanov, Nərgiz Ramazanova, Bəhruz Cəfərov) birinə müraciət edin. bu halda sizə klubun üzvlük kartı verilir və müxtəlif üstünlüklər əldə edirsiniz:
üzvlük kartlarının çapı davam edir. qeydiyyatınız təsdiqlənibsə dizayn komandasının tələblərinə uyğun şəklinizi (təbəssüm, kaska, yaşıl fon) bizə göndərin.
əgər belə şəkliniz yoxdursa hər bazar səhər 10-11 arası dənizkənarı bulvarda “Velosipedçinin Səhəri” layihəsinin məsul şəxsləri Hüseyn və ya Cəlaləyə yaxınlaşın.
şəkil mövzusunda sizə lazımi köməkliyi göstərəcəklər.
nümunə üçün şəkillər: http://www.facebook.com/album.php?aid=17434&id=100000070173938
qeydiyyat və ya buna bənzər mövzularda h...@veloklub.az ünvanına yaza bilərsiniz.
hörmətlə,
YVK HR