|
|
|||||||
|
Bu il 16–18 iyun tarixlərində “Bakı Ekspo” mərkəzində Azərbaycanda ilk dəfə olaraq bütün regionun yol-tikinti sənayesinin geniş mənzərəsini əks etdirən unikal və ixtisaslaşdırılmış tədbir - “Road and Traffic” 1-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi keçiriləcək. Bu sərgiyə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən dəstək verilir. “Iteca Caspian LLC” şirkəti və “ITE Group PLC” şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər.
Ölkədə beynəlxalq “Road and Traffic” sərgisinin keçirilməsi barədə qərarın verilməsi çoxsaylı layihələr və Azərbaycan hökuməti tərəfindən yol infrastrukturu və ictimai nəqliyyatın inkişafına külli miqdarda büdcə vəsaitinin ayrılması ilə bağlıdır. Bu sərgi çərçivəsində əsas diqqət yol tikintisi sahəsində mövcud olan ən son nailiyyətlərin nümayiş etdirilməsinə, yol hərəkətinin nizamlanması sistemində informasiya texnologiyalarının tətbiq edilməsinə və yeni şəhər nəqliyyatı növlərinin nümayişinə yönəldilib. Sərginin qarşıya qoyduğu digər prioritet məsələ isə nəqliyyat qəzalarının qarşısının alınması və azaldılması üzrə tədbirlər, habelə yol hərəkəti təhlükəsizliyi sahəsində qlobal böhranın həll edilməsi yollarının inkişafı ilə bağlıdır.
“Road and Traffic” sərgisi yol infrastrukturunun bütün bölmələrini əhatə edən tematik ekspozisiyalara - yol təhlükəsizliyi, ictimai nəqliyyat, yol infrastrukturu, nəqliyyatın intellektual idarə edilməsi sistemləri kimi seqmentlərə bölünüb. Sərgidə bu sahənin inkişafına öz töhfəsini verən yerli və beynəlxalq təşkilatların, inşaat və yol-tikinti müəssisələrinin, dillerlər və elmi-tədqiqat institutlarının iştirakı gözlənilir.
Beləliklə, 3 gün ərzində sərgi regionun yol tikintisi bazarının iştirakçılarına tərəfdaşlar və ixtisaslaşdırılmış təşkilatlar ilə mövcud əlaqələri qorunub saxlayaraq yeni əlaqələrin qurulması istiqamətində intensiv fəaliyyət aparmağa imkan yaradacaq. Bu isə öz növbəsində sözügedən sahənin hər bir seqmentində mövcud olan ən yaxşı nə varsa onu aşkar etməyə imkan verəcəkdir. Bundan əlavə, sərgi region infrastrukturunun gələcək inkişafı üçün əlverişli şəraitin yaradılmasına, satış bazarlarının genişləndirilməsinə, müştərək müəssisələrin yaradılmasına və ölkənin yol-tikinti bazarında investisiya layihələrinin, texnologiya və avadanlıqların təşviq edilməsinə imkan yaradacaq.
|
|
||||||
Gələcəkdə Iteca Caspian şirkətindən yenilikləri elektron poçt vasitəsilə almaq istəmirsinizsə, bu məktuba "UNSUBSCRIBE" mövzusu ilə cavab yazın.
If you would prefer not to receive e-mail newsletters from the Iteca Caspian in future, please reply to this e-mail with "UNSUBSCRIBE" in the Subject line.
Если Вы не желаете в дальнейшем получать новости от Iteca Caspian, пожалуйста, ответьте на это письмо с "UNSUBSCRIBE" в теме письма.