22 aprel – Beynəlxalq Yer Günü
Mart ayında keçirilən tədbirdən fərqli olaraq “Yer günü”nün məqsədi ətraf mühitin mühafizəsi işində insanları bir araya toplamaqdır.
İlk dəfə belə bir təşəbbüs 1970-ci ildə ABŞ-da yaranıb və zamanla beynəlxalq status alıb.
Bu gün bəşər övladı təbii fəlakətləri və insan fəaliyyəti nəticəsində Yer kürəsinin mövcudluğunu belə təhlükəyə alan bərpa olunmaz nəticələri xatırlayır.
1989-cu il aprelin 22-i ABŞ-ın Santa-Barbara adlı kiçik şəhərinin yaxınlığında yerləşən neft quyusundan milyonlarla ton neft axıb dağıldı. Bu,
ərazinin böyük bir hissəsinin çirklənməsinə, çoxlu sayda quş və dəniz heyvanının məhvinə səbəb oldu. Bu ekoloji fəlakətin nəticələrinin ortadan qaldırılmasında bütün şəhər əhalisi və Amerikanın digər şəhərlərindən könüllülər iştirak etdi.
Insanlar mitinqlər, nümayişlər, təbiətin qorunması naminə konsertlər həyata keçirir, təbiətin mühafizəsi üçün yeni qanunlar tələb edir, ağaclar əkir, küçələrdən və çay sahillərindən zibil təmizləyirdilər.
Həmin vaxtlarda Kaliforniya ştatının Yaşılları, məhşur ekoloq alimi Denis Xeynsomun rəhbərliyi altında amerika və dünya ictimaiyyətinə 22 Aprelin Beynəlxalq Yer günü kimi qeyd edilməsi fikrini irəli sürdü. Onların bu təşəbbüsü dəstəkləndi və tezliklə
yayılmağa başladı.
1990-cı ildə ABŞ-ın bu təşəbbüsünə 141 ölkə qoşuldu.
Hal hazırda isə Beynəlxalq "Yer günü" şəbəkəsi 167 ölkəni əhatə edir.
Həmin gün müxtəlif maraqlı tədbirlər keçirilir. Buna misal olaraq konsertlər, yarışlar, sərgilər, festivallar, konfranslar, dəniz sahillərinin tullantılardan təmizlənməsi və ənənəvi ağac əkməni göstərmək olar.
/*********************************************************/
MirYusif Mirzebeyli
Mob: +994 050 516 17 10
MSN: sain...@hotmail.com