Yashil Hefte!

4 views
Skip to first unread message

Yusif Mirz

unread,
Sep 7, 2011, 1:07:02 AM9/7/11
to velo...@googlegroups.com
Sentyabrın 4-də “Təbiət Dostları” Gənclər İctimai Birliyi “Yaşıl Həftə” adlı ekoloji-maarifləndirici kampaniyaya start verib. 2011-ci ildə ətraf mühitin qorunmasına həsr olunan bu kampaniya 4-11 sentyabr tarixlərini əhatə edəcək. Bir həftə davam edəcək silsilə tədbirlər kampaniyasının məqsədi insanları bir araya toplayaraq, ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırmaqdır. Bu yöndə həftə boyunca hər gün müxtəlif tədbirlər keçiriləcək. Tədbir açıq havada velosiped və piyada yürüşləri, müxtəlif idman və əyləncəli oyunlar, seminarlar və yeni nəslin maariflənməsi istiqamətində proqramlardan ibarət olacaq. Sonda isə həftə ərzində çəkilən fotolar toplanaraq, görülən işlərin fotosərgisi keçiriləcək. Sərgi rəsmi bağlanış günü, sentyabrın 11-də baş tutacaq.

 

İndi isə sizə “Yaşıl Həftə”nin tədbir gündəliyini təqdim edirik:

 

I gün

Tədbirin adı:     Yaşıl Həftə Açılış

Tarix:    4 Sentyabr 2011    Saat:    10:00-12:00

Məkan:    Bulvar, Qağayı Kafesi

 

Tədbirin facebook linki: http://www.facebook.com/event.php?eid=282816535068784

 

 

Məsul Şəxs:    Hüseyn Paşayev    051 904 37 01    h.pas...@alphaitd.com

 

/***************************************************************************************/

 

II gün

Tədbirin adı:    Beynəlxalq təcrübələrimizlə bölüşək

Tarix:    05.09.2011    Saat:    18:30-20:00

Məkan:    NISA        Ünvan: Şamil Əzibəyli küç. 88       

 

 

Xarici ölkələrdə keçirilən ekoloji fəaliyyətlər və məlumatlarla bölüşmək istəyənlər üçün görüş keçiriləcək. Proqram boyu maraqlı faktlar və vizual görüntülərlə digər yaşıllarla fikir və təcrübə mübadiləsi aparmasına kömək edəcəkdir.

 

Qeyd: Əgər NİSA-nın ofisinin yerini tanımırsınızsa, saat 18:00-da Nizami Metrosunun qarşısında olun.

 

Tədbirin facebook linki: http://www.facebook.com/event.php?eid=128134810617045

 

 

Məsul Şəxs:    Elşən N    050 340 10 40    els...@nuriyev.com

 

/***************************************************************************************/

 

III gün

Tədbirin adı:    Yaşıl Cinema

Tarix:    06.09.2011    Saat:    19:00-21:00

Məkan:    NISA        Ünvan: Şamil Əzibəyli küç. 88   

Yaşıl Həftənin 3-cü günü, 11-ci saat filminə baxmağı planlaşdırırıq.

 

Film ekoloji mövzuda çəkilmiş sənədli filmdir. Film haqda çox danışmaq istəmirəm, linkə girib haqqında oxuya bilərsiz:

http://www.imdb.com/title/tt0492931/

 

Film Rus dilində Türk dilində alt yazı ilə olacaq.

 

Filmə qatılmaq istəyənlər ya 18:30-da Nizami metrosunun qarşısında, ya da 19:00-da NİSA-nın ofisində olsunlar.

18:30-da Nizamidə toplaşıb ofis birgə gedəcəyik.

Yolunuz Yaşıl olsun :))

Təşkilatçı komanda: MirYusif  M. , Nəriman A., Esmira B., Tural M.

 

Tədbirin facebook linki: http://www.facebook.com/event.php?eid=169784259766218

 

Məsul Şəxs:    Şəbnəm M.    050 287 88 99    shebn...@mail.ru   

 

 

/***************************************************************************************/

 

IV gün

Tədbirin adı:    İşgüzar Velotur

Tarix:    07.09.2011    Saat:    19:00-21:00

Məkan:    Bakı ş.       

 

Çooox rəsmi olacaq bu velo yürüş ))

 

Məqsədimiz isə cəmiyyətə velosipedin normal və hətta ciddi nəqliyyat vasitəsi olmasını çatdırmaqdır. Bu işdə hər birinizin köməyinə ümid edir və 7 sentyabr tarixində hər birinizi rəsmi (klassik geyimdə) pedallamağa dəvət edirik..

 

Tur 19:00-da Azadlıq Meydanında başlayacaq və eyni məkanda başa çatacaqdır.  Tur qeydiyyatlıdır. Tura qatılmaq üçün ad, soyadınızı 050 516 17 10 nömrəsinə smslə göndərin. Qediyyatdan keçməmiş və klassik geyimdə olmayan iştirakçılar tura BURAXILMAYACAQ!

Qeydiyyat üçün son tarix: 07.09.2011 Saat 12:00

Turun Marşrutu:

 

http://maps.google.com/maps/ms?msid=217372255756676599760.0004ac127a57dcf6d75dc&msa=0

 

Məsafə 8.2km olacaq, yoxuşlar olmayacaq (Fəvvarələr meydanından Qoşa Qala qapısına olan yoxuşu saymasaq)

 

Tədbirin facebook linki: http://www.facebook.com/event.php?eid=169784259766218

 

Məsul Şəxs:    Miryusif M.    050 516 17 10    Sain...@yahoo.com

 

/***************************************************************************************/

 

V gün

Tədbirin adı:    YAŞIL DOSTLARINI TANI-T (ekoloji aksiya)

Tarix:    8 sentyabr 2011    Saat:    18:30-20:30

Məkan:    Park Bulvar AVM   

 

Dibçək güllərinin ətraf mühitimiz, sağlamlığımız üçün əhəmiyyətli və xeyirli olmasından xəbərsiz  olanlar sevdiyi dibçək gülü haqqında məlumat toplayaraq ekoloji aksiyaya qoşulacaq..

 

Asiyanın şərtləri aşağıdakılardır:

-daşınması çətin olmayan dibçək gülünü iştirakçılar ozləri ilə gətirməli

-gətirəcəkləri dibçəklər haqqında daha etraflı məlumat toplamalı və onu yazılı formada təşkilatçı komandaya göndərməli

-aksiya ərzində dibçəyini tanımalı və önəmli xüsusiyyətləri haqqında məlumatları bölüşməlidir

 

Aksiyada iştirak etmək istəyənlər dibçək gülü haqqında qısa məlumatı təşkilatçı komandaya göndərsinlər.

 

Qeyd: aksiya zamanı tez gələnlər (istəyindən asılı olaraq) qoç və üz hissələrinə rəssam Aytəkin tərəfindən xüsusi rəsmlər çəkiləcək…

 

Təşkilatçı komanda:  Sevinc N.,  Nurlan B., Aytəkin Ə., Ceyhunə M.

 

Tədbirin facebook linki: http://www.facebook.com/event.php?eid=207023126023703

 

Məsul Şəxs:    Nərgiz Ramazanova    (+99455) 617 00 89    nin...@live.ru

 

/***************************************************************************************/

 

VI gün

Tədbirin adı:    Seminar   

Tarix:    9 sentyabr 2011    Saat:    18:30-20:30

Məkan:    NİSA        Ünvan: Şamil Əzibəyli küç. 88

 

Azərbaycan Ekoloqlarının Tullantılar mövzusunda keçəcəyi çox maraqlı Seminar.

 

Tədbirin facebook linki: http://www.facebook.com/event.php?eid=193278664071118

 

Məsul Şəxs:    Şahlar İbişov

 

/***************************************************************************************/

 

VII gün

Tədbirin adı:    Şəhər Macərası III

Tarix:    10 sentyabr 2011    Saat:    17:00-21:00

Məkan:    Bakı   

 

Oyuna həm piyadalar həm də velosipedçilər qatıla bilər. Piyadalardan fərqli olaraq, velosipedçilərin qeydiyyatı vacibdir. Qeydiyyatsız gələn Velosipedçilər oyuna ya qatılmayacaq, ya da piyada kimi qatılacaqdır.

 

Velosipedçilər üçün qızıl qaydalar

 

Qayda 1.

Təhlükəsizlik vasitələrindən istifadə et! (şlem, əlcək və s.)

 

Qayda 2.

Yol hərəkəti qaydalarına əməl et!

 

Qayda 3.

Hər zaman diqqətli ol! Yayınma!

 

Qayda 4.

Tələsmə!

 

Qayda 5.

Yolunla paylaş və yol ver!

 

Qayda 6.

Özün haqqında dəqiq informasiya bildir!

 

Qayda 7.

Klub məqsədlərini nümayiş etdir! (digər insanlara da “velosipedi seçdim” və “ətraf mühitin qorunmasında maraqlıyam” mesajı ver)

 

Qayda 8.

Xarici görünüşünə fikir ver! Səliqəli geyin. (rəngli geyimlərə üstünkük ver, işıq əks edən fosforlu materiallardan istifadə et! )

 

Qayda 9.

Keçidlərdən istifadə et!

 

Qayda 10.

Səhhətinlə bağlı problemin olduğu zaman velosiped sürmə!

 

Qayda 11.

Magistral yollarda ehtiyyatlı ol!

 

Qayda 12.

Sürətli sürməyə çalışma!

 

Qayda 13.

Sürüşkən və yararsız yollarda asta sür!

 

Qayda 14.

Velosipedin əyləc, təkər və digər bu kimi vacib detallarının işlək vəziyyətdə olmasını yola çıxmazdan əvvəl yoxla və problemi həll et!

 

Qayda 15.

Qaranlıq vaxtı ön və arxa işıqların işlək vəziyyətdə olmasına əmin ol!

 

Qayda 16.

Piyadaların və avtomobillərin hərəkətinə mane yaratma!

 

Qayda 17.

Ölkə qanununvericiliyini əsas tutaraq qadağan edilən əşyaları üzərində gəzdirmək, istifadə etmək və sərxoş halda velosipedin sükanına əyləşmək qadağandır!

 

Veloyürüş zamanı tədbiq olunan qızıl qaydalar

 

Qayda 18.

Ümümi qızıl qaydalara əməl et!

 

Qayda 19.

Veloyürüşün məqsədi ilə tanış ol və yalnız qəbul etdiyin halda qatıl!

 

Qayda 20.

Veloyürüşə məsul olan şəxsin göstərişlərinə əməl et!

 

Qayda 21.

Yürüş zamanı dini, siyasi təbliğat və təşviqat fəaliyyətləri qadağandır!

 

Qayda 22.

Yolun sağ kənarı və 1 və ya 2 cərgə sırası ilə hərəkət et!

 

Qayda 23.

Öndə gedən velosipedçi ilə 2-3 metr məsafə saxla!

 

Qayda 24.

Yerüstü keçidlərdə, yol ayrıcılarında, qırmızı yanan işiqfora yaxınlaşdıqda iki cərgə yarat (No1 – No2, No3 – No4 və s.)!

 

Qayda 25.

Veloyürüş zamanı qulaqcıqlardan istifadə etmə! (bu ətrafını eşitməyə mane olur və sənə təhlükə yaradır)

 

Qayda 26.

Mobil telefona cavab vermək zərurəti yarandığı halda velosipedi saxlamalı və sonra cavab verməli! (Yalnız fasilələrdə telefon istifadə edilə bilər.)

 

Qayda 27.

Yürüşə başlamamışdan öncə qızıl qaydalara əməl edəcəyini imzanla təsdiq et!

 

 

Əgər bu qaydalara əməl edəcəyinizi təsdiq edirsinizsə, Ad Soyadınızı Nariman Aliyevə(055 590 12 26)  SMS-lə bildirin.

 

 

Tədbirin facebook linki: http://www.facebook.com/event.php?eid=152048771549188

 

Məsul Şəxs:    Nəriman Əliyev     055 590 12 26        Sha...@yahoo.com

 

/***************************************************************************************/

 

VIII gün

Tədbirin adı:    Party

Tarix:    11 sentyabr 2011    Saat:    17:00-22:00

Məkan:    Capone's Club         Ünvan: Tbilis prt.1025/30, Grand Hotel Europe   

 

Hər il olduğu kimi, bu il də "Yaşıl Həftə" Veloklubumuzun ad gününə təsadüf edir. Sizi ad günümüzü bizimlə birlikdə qeyd etmək üçün "GREEN PARTY"yə dəvət edirik. Party zamanı maraqlı oyunlar, canlı musiqi, rəqslər və sürprizlər olacaq.

 

Giriş biletlədir. Elektron bilet - 10 AZN, kağız bilet 12 AZN. 7 Sentyabr saat 21:00-dan sonra Elektron biletlərin satışı dayandırılacaq. Elektron bilet əldə etmək istəyənlər göstərilən tarixə kimi jafa...@gmail.com ünvanına AD, SOYAD və TELEFON NÖMRƏLƏRİNİ göndərsinlər.

Kağız bileti əldə etmək istəyənlər jafa...@gmail.com ünvanına və ya 0707876737 (Şahlar) nömrəsinə müraciət edə bilərlər.

 

Məkan: Capone's club (Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə üzbə-üz Avropa otelinin birinci mərtəbəsi )

 

Tədbirin facebook linki: http://www.facebook.com/event.php?eid=206753049384765

 

Məsul Şəxs:    Leyla Cəfərova    050 363 36 72        jafa...@gmail.com
 
/*********************************************************/

MirYusif  Mirzebeyli
Mob: +994 050 516 17 10
MSN: sain...@hotmail.com

Reply all
Reply to author
Forward
0 new messages