Əziz Yaşıllar, 12 may – Ekoloji təhsil günü
Ekoloji təhsil və ekoloji tərbiyənin ən yüksək səviyyəsi insanların davranışları və onların ekoloji mədəniyyətində öz əksini tapır. Ekoloji təhsil YUNESKO və BMT-nin ƏMM (Ətraf Mühiti Mühafizə) proqramı tərəfindən insan və təbiətin qarşılıqlı təsirinin tarazlı inkişafı üçün nəzərdə tutulmuşdur. ƏMM qurumunun 1972-ci ildə Stokholmda keçirilən konfransında Ətraf Mühiti Mühafizə istiqamətli Beynəlxalq Təhsil Proqramı təsdiq edilmişdir. 1992-ci ildə BMT-nin Rio deJaneyroda keçirdiyi ətraf mühiti mühafizə və təhsilin inkişaf etdirilməsini müzakirə edən konfransın yekun sənədlərində insan cəmiyyətinin yaşaması və davamlı inkişaf etdirilməsində ekoloji maarifləndirmənin böyük əhəmiyyətə malik olduğu qeyd olunmuşdur. “Ekoloji təhsil
günü”, əsasən, tədris müəssisələrinin müəllim və tələbələri tərəfindən ekoloji təhsilin vacibliyi, ekoloji şüurun formalaşması və dövlətlərarası təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə cəlb etmək üçün qeyd edilir. Bu gün ekoloji məsələlərə həsr edilmiş konfransların və seminarların, dəyirmi masaların təşkil edilməsi və keçirilməsi yolu ilə qeyd olunur. Bu bayram uşaq bağçalarından tutmuş, ali təhsil müəssisələrinədək – bütün təhsil müəssisələrində keçirilir.
Biz də, Yaşıl Velosipedçilər Klubu olaraq 14 may tarixində “Y@Z” aksiyası çərçivəsində “Ekoloji təhsil günü”nə həsr olunmuş velotur həyata keçirməyi düşünürük. Həmin gün ekoloji maarifləndirməni həyata keçirmək məqsədilə və ətraf mühitə qarşı qayğıkeş yanaşmanın təbliği üçün şəhərimizdə yerləşən bir çox ali təhsil ocaqlarını
ziyarət edəcəyik. ***Beləliklə, hamınızı ekoloji nəqliyyat vasitəsi olan velosipedin təbliğ olunmasında yaxından iştirak etməyə dəvət edirik. Tura qoşulmaq istəyən velosipedçilərdən xahiş olunur ki, 14 may saat 10:00-da “Gənclik” metrostansiyasının yaxınlığındakı “Ramstore”un qarşısında olsunlar.
Veloturun marşrutu : http://goo.gl/maps/vPxc
START: Gənclik metrosu, saat 10:00 Odlar Yurdu Universiteti Azərbaycan Kooperasiya Universiteti Azərbaycan Tibb Universiteti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Bakı Dövlət Universiteti Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Texniki Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti Bakı Slavyan Universiteti Xarici
Dillər Universiteti Bakı Musiqi Akademiyası Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Pedaqoji Universiteti FINISH: Azadlıq Meydanı
* Tur qeydiyyatlıdır!! * AD, SOYAD və MOBİL NÖMRƏNİZİ Hüseyn Paşayevə SMS və ya e-mail göndərməklə qeydiyyatdan keçə bilərsiniz: Tel: 051 904 37 01 E-mail: h.pas...@alphaitd.com * Qeydiyyat üçün son tarix: 13 may 12:00. * Tura qoşulanların siyahısı 13 mayda açıqlanacaq. Hörmətlə, Yaşıl Velosipedçilər Klubu | |