24 Aprel-Labaratoriya Heyvanlarinin Mudafiesi gunu

15 views
Skip to first unread message

Yusif Mirz

unread,
Apr 23, 2011, 1:07:20 AM4/23/11
to yvk_f...@yahoogroups.com, velo...@googlegroups.com
24 aprel – Ümumdünya laborator heyvanların müdafiəsi günü..

Bütün heyvanları müdafiə təşkilatları 24 aprel gününü laboratoriya heyvanlarının müdafiəsi günü kimi qeyd edir. Bu gün, xəstə heyvanlar üzərində təcrübə aparılmasına qarşı çıxan Beynəlxalq assosiasiya tərəfindən 1979-cu ildən etibarən qeyd edilməkdədir. Məhz bu ildən etibarən bütün əlaqəli təşkilatlar laboratoriya heyvanlarının üzərində təcrübə aparılmasına qarşı çıxmağa başladılar.
Lap qədim zamanlardan heyvanlar üzərində təcrübələr aparılırdı, lakin bütün bunlar sadəcə epizodik xarakter daşıyırdı. Bir anlayış kimi isə “laboratoriya heyvanı” məhz XIX əsrin sonlarında eksperimental biologiya və tibb elminin inkişafı ilə əlaqədar formalaşdı. XX əsrin ikinci yarısından etibarən heyvanlar üzərində aparılan elmi təcrübələr ayrıca istiqamət kimi fəaliyyətə başladı. Başda siçan və meymunlar olmaqla, laboratoriya heyvanları patoloji proseslərin araşdırılmasında, qida əlavələrində, kosmetik vasitələrin tərkibində və üzvi kimyada istifadə olunmağa başlandı.
Elmin inkişafının ilk mərhələlərində laboratoriya heyvanları ilə bağlı etik məsələlər aktual deyildi. Hazırda isə bioetika həm alimlərin, həm də cəmiyyətin əsas diqqət mərkəzində olan məsələlərdən biridir.
Bioetika, laboratoriya heyvanlarının istifadəsində heyvana daha az zərər yetirilməsi, onun məhv edilməməsi üçün ən son nəaliyyətlərdən istifadə, onların saxlanılmasının bütün tələblərə uyğun olması, mümkün qədər az heyvandan istifadə, yeni ağrıkəsicilərin tapılması və istifadəsi, heyvanların mümkün qədər başqa vasitələrlə əvəz edilməsi və alternativ metodların kəşfi deməkdir. Bioetikaya həmçinin heyvanların biologiya və tibb üçün laboratoriyalarda istifadəsi zamanı qarşıya çıxan mənəvi, hüquqi, fəlsəfi sosial və dini problemlər də daxildir.
Məhz ən tez və ən güclü etiraz Böyük Britaniyadan gəlmişdi. Belə ki, bu ölkədə 1876-cı ildə, heyvanlara zülm edilməsinə qarşı qanun qəbul edildi ki, burda söhbət heyvanlar üzərində təcrübədən gedirdi. 1986-cı ildə Britaniya Parlament Palatası yeni qanun qəbul etdi – “Heyvanlar üzərində elmi araşdırmalara dair akt”. Qanunun əsas məqsədi Daxili İşlər Nazirliyinin lisenziya verilməsi və idarəetmə təşkilatlarının sisteminə nəzarətin daha da gücləndirilməsi ilə bağlı idi.
ABŞ araşdırma mərkəzlərində əsas diqqət heyvanların ağrılarının araşdırılmasına və alternativ üsulların tapılmasına yönəldilib və testlər bu istiqamətdə aparılır.
1986-cı il 18 mart tarixində Avropa İttifaqının “Onurğalı heyvanların laboratoriyalarda istifadəsi üzrə konvensiya” qəbul edildikdən sonra laboratoriya heyvanlarının müdafiəsi istiqamətində ən geniş tədbirlər keçirilməyə başlandı və hətta alternativ metodların tapılması üzrə mərkəz (ECVAM) də yaradıldı.
Avropa Elmlər Fondu laboratoriya heyvanlarından istifadə üzrə 10 etik prinsip qəbul etdi və bu qaydaların əsas məqsədi laboratoriya heyvanların bir əşya kimi yox, hərşeydən öncə hissiyyatı olan, yaşayan bir canlı orqanizm kimi qəbul edilməsindən ibarət idi.
Bir çox ölkələrdə hətta bu məsələyə nəzarət edən etik komitələr yaradılır.
Bu gün alimlər heyvanların istifadəsi üzrə humanistliyi tərənnüm edən üç prinsipə əməl edirlər ki, bu da üç “R” konsepsiyası kimi tanınır:
• Replacement – Əvəzetmə (Mümkün olduğu qədər onurğalıların daha kiçik və onurğasız heyvanlarla və ya alternativlərlə əvəz edilməsi)
• Reduction – Azaldılma (İstifadə olunan heyvanların sayının minimuma çatdırılması)
• Refinement – Yaxşılaşdırma (Heyvanları saxlama şəraiti və istifadə təhlükəsizliyinin yaxşılaşdırılması)
Tibb işçiləri, bioloqlar, toksikoloqlar, farmakoloqlar və digər heyvanlar üzərində təcrübə aparanların problemləri adətən ümumidir və ölkə sərhədlərini aşır. Buna görə də bioetik üç “R” konsepsiyası Qərbi Avropa, Amerika, Kanada, Avstraliya, Yeni Zenlandiya və Yaponiyaya şamil olunur.
Bəzi ölkələrdə heyvanlar üzərində təcrübələrdən istifadə edilmir və tələbələr heyvanları əməliyyat etməkdən imtina edirlər. Bunun əvəzində onlara videofilmlər və kompüter proqramları təqdim edilir ki, bunun da nəticəsində bir çox heyvanların öldürülməsinin qarşısı alınır.
Ən yeni kompüter texnologiyası və proqramları sayəsində tələbələrin hazırlığında effektivlik artırılır və laboratoriya heyvanları üzərində təcrübələr gözə görünəcək qədər azalır. Bəzi hallarda isə tələbələrə özü, təbii şəraitdə ölən heyvanların cəsədləri də təqdim olunur ki, nəticədə heç bir heyvanı öldürməyə ehtiyac qalmır.
Təəssüflər olsun ki, elm özü hələ tamamilə laboratoiya heyvanların istifadəsindən imtina etməyə hazır deyil, buna görə də üç “R” konsepsiyasının tədbiqi hələlik həm elmin inkişafında, həm də heyvanların hüquqlarının müdafiə edilməsi üzrə təşkilatlarla qarşılıqlı razılığın əldə olunmasında ən yaxşı və əvəzolunmaz üsuldur.

 
/*********************************************************/

MirYusif  Mirzebeyli
Mob: +994 050 516 17 10
MSN: sain...@hotmail.com


Reply all
Reply to author
Forward
0 new messages