Artıq hamımıza məlum olduğu kimi qarşıda bizi təbiətin mühafizəsinə dair 3 ay müddətində davamlı təşkil edəcəyimiz tədbir və aksiyaları əhatə edən “Yaz” adlı ekoloji kampaniyamız gözləyir. Ənənəni pozmadan klubumuz 15 aprel tarixinin“Ekoloji Biliklər günü” olmasından istifadə edərək bu il də aksiyaya həmin gündən start verəcək.
Bəs görəsən ekologiya haqqında, ekoloji problemlər və bunun həlli istiqamətində nələr bilirik? Elə isə bildiklərinizi bizimlə və hamı ilə bir daha paylaşın!! Necə?!
Yaşıl Velosipedçilər Klubu düşündü ki, bu günü məhz klub üzvlərinin dəyərli fikir və məlumatlarının mübadiləsi vasitəsi ilə maarifləndirici tədbir təşkil etsin. Belə ki, sizlərin də köməyilə 16 aprel tarixində “Ekoloji Biliklər Günü”nə həsr olunmuş “Ekobiliklərimizlə paylaşaq” adlı seminar keçiriləcək. Seminarda hər hansı məlumatınızı və ya fikrinizi paylaşmaq və azacıq da olsa bu işdə köməyinizin olmağını istəyirsinizsə:
Adınızı, Soyadınızı, irəli sürdüyünüz problem və ya fikrinizi istər şəkil, istərsə də sözlə Word (doc/docx) formatda hazırlayıb in...@veloklub.az ünvanına 15.04.2011 saat 12:00-a qədər göndərməyiniz xahiş olunur. Göndərdiyiniz məlumatlar slayd şəklində iştirakçılara təqdim olunacaq.
Etdiklərimiz dəryada damla da ola bilər, lakin hər kəs elə bircə damla olsa, ətraf mühitin qorunması üçün öz töhfəmizdən bir pay vermiş olarıq!
Məlumatlarınızı paylaşın ki, “yaşıl aş”ımızda duzunuz olsun J