Azərbaycana aid 1 həftəlik ekoloji maarifləndirici bir kampaniyadır YAŞIL HƏFTƏ.
1 həftə ərzində bütün təbiət dostları güclərini bir yerə toplayıb müxtəlif maarifləndirici-əyləncəli fəaliyyətlərdən ibarət tədbirlər həyata keçiriləcək.
Yaşıl Həftə "Təbiət Dostları" Gənclər İctimai Birliyinin davamlı layihələrindən biri olub hər il sentyabr ayında keçirilir.
2011-ci ilin Yaşıl Həftəsi 4-11 Sentyabr tarixlərində həyata keçiriləcəkdir.
Gələcək nəsillərin sağlam ətraf mühitdə yaşaması naminə sizləri biz – ətraf mühit qoruyucuları ilə birgə olmağa çağırır və kampaniyanın həyata keçirilməsində kömək və dəstəyinizi gözləyirik...