|
|
|||||||||
|
25-27 may 2011-ci il tarixlərində regionun qida sənayesinin ən mühüm və əhəmiyyətli hadisələrindən biri olan “WorldFood Azerbaijan 2011” 17-ci Azərbaycan Beynəlxalq Qida sənayesi sərgisi keçiriləcəkdir. “WorldFood Azerbaijan” sərgisi bu sahənin mütəxəssisləri üçün yeni işgüzar əlaqələr qurmaq və mövcud əlaqələri möhkəmləndirməklə yanaşı, həm də qida bazarının yenilikləri və inkişaf təmayülləri haqqında məlumat əldə etmək üçün peşəkar bir meydançadır. Bu il “WorldFood Azerbaijan” sərgisində Almaniya, Azərbaycan, Belarus, Belçika, Hindistan, Hollandiya, İtaliya, Latviya, Bolqarıstan, Macarıstan, İran, İsrail, Şri-Lanka, BƏƏ, Fransa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən 120 şirkətin iştirakı gözlənilir. “WorldFood Azerbaijan” sərgisində qida sənayesinin demək olar ki, bütün istiqamətlərini əhatə edəcək və 5 mövzuya həsr olunmuş ekspozisiya nümayiş etdiriləcəkdir: “WorldFood”, “WorldDrink”, “FoodPack”, “WorldFoodTech” və “AgriHort”. “WorldDrink” ekspozisiyası içkilərin zəngin çeşidini təqdim edəcək. “FoodPack” stendlərində isə Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrin qablaşdırma avadanlıqlarının maraqlı çeşidi ilə tanış olmaq mümkün olacaqdır. “WorldFoodTech” ekspozisiyasında qida sənayesinin müxtəlif istiqamətləri, supermarketlər və laboratoriya analizləri üçün nəzərdə tutulmuş avadanlıqlar nümayiş etdiriləcəkdir. “AgriHort” sərgisi isə kənd təsərrüfatında istifadə olunan avadanlıq və texnikanı, habelə yemlər, yem əlavələri, gübrə və baytarlıq preparatlarını təklif edəcək. Sərginin ənənəvi bölmələrində mal, qoyun və quş ətləri, konservləşdirilmiş məhsullar, süd məhsulları, dondurma, ərzaq malları, meyvə və tərəvəz, uşaq və pəhriz yeməkləri, tütün məmulatları və s. məhsullar təqdim olunacaq. Qida sənayesi mütəxəssislərinin ildə bir dəfə görüşmələri üçün möhkəm zəmin yaradan “WorldFood Azerbaijan” sərgisi beynəlxalq əməkdaşlıq əlaqələri qurmağa və qida məhsulları çeşidini müxtəlifləşdirməyə şərait yaratmaqla yanaşı, həm də Azərbaycanın qida sənayesinə qoyulan sərmayələrin həcminin artmasına və ən yeni texnologiyaların tətbiqinə təkan verəcəkdir.
|
|
||||||||
Gələcəkdə Iteca Caspian şirkətindən yenilikləri elektron poçt vasitəsilə almaq istəmirsinizsə, bu məktuba "UNSUBSCRIBE" mövzusu ilə cavab yazın.
If you would prefer not to receive e-mail newsletters from the Iteca Caspian in future, please reply to this e-mail with "UNSUBSCRIBE" in the Subject line.
Если Вы не желаете в дальнейшем получать новости от Iteca Caspian, пожалуйста, ответьте на это письмо с "UNSUBSCRIBE" в теме письма.