|
|
|||||||||
|
May ayının 25-dən 27-dək Azərbaycanda ilk dəfə "Plastex Caspian" 1-ci Xəzər Beynəlxalq Plastik kütlələr və kauçuk sərgisi keçiriləcək. "Plastex Caspian" layihəsi bütün dünyada tanınmış "Plastex" sərgiləri brendinin bir hissəsidir və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər ölkələrin plastik kütlələr sənayesinin ən böyük sərgilərini birləşdirir. Sərgi bu sektoru bütünlükdə əhatə etməklə, plastik kütlələr və kauçuk emalı üçün avadanlıq istehsalçılarından tutmuş xammal və əlavələrin istehsalçılarına qədər polimerlər bazarının ən iri dünya liderləri ilə məhsuldar ünsiyyət qurmaq və qarşılıqlı sərfəli müqavilələr bağlamaq baxımından gözəl imkan yaradacaq. Sərgidə plastik kütlələrin və kauçukun tətbiq edildiyi tikinti işlərindən tutmuş mebel istehsalına kimi, habelə avtomobil detalları və yaxtalardan tutmuş məişət texnikasına qədər bütün sektorlar, o cümlədən hazır məhsul istehsalçıları da təqdim olunacaq. Layihənin debüt olmasına baxmayaraq, sərgi xarici şirkətlərin böyük marağına səbəb olmuşdur. Belə ki, sərgidə kommersiya şirkətləri ilə yanaşı, həmçinin Avstriya və Almaniyanın milli stendləri də təqdim olunacaq. İştirakçılar siyahısında "Azərkimya", Sumqayıt Texnoloji Parkı, "TP", "Textima" və "Zeppelin" kimi şirkətlərin adları var və onların iştirakı sərginin təşkilatçıları "Iteca Caspian" və "ITE Group" şirkətlərinin, habelə "GIMA" (Almaniya) və "ITE Gulf" (BƏƏ) şirkətlərinin də daxil olduğu tərəfdaş şəbəkələrinin fəal işi nəticəsində müyəssər olmuşdur. Kimya sənayesini əhatə edən ixtisaslaşdırılmış mövzu üzrə sərginin təşkili, iqtisadiyyatın qeyri-neft sektorlarının aktiv inkişafı fonunda ən aktual tədbir sayıla bilər. Azərbaycanda karbohidrogen və xammalın başqa növlərinin kifayət qədər əhəmiyyətli ehtiyatlarının mövcud olması iri kimya sənayesinin yaradılmasının başlıca səbəbi oldu və bu sənaye əsasən sintetik kauçuk, polietilen, yod və xlor sənayesinin məhsullarının istehsalı ilə təmsil edilir. |
|
||||||||
Gələcəkdə Iteca Caspian şirkətindən yenilikləri elektron poçt vasitəsilə almaq istəmirsinizsə, bu məktuba "UNSUBSCRIBE" mövzusu ilə cavab yazın.
If you would prefer not to receive e-mail newsletters from the Iteca Caspian in future, please reply to this e-mail with "UNSUBSCRIBE" in the Subject line.
Если Вы не желаете в дальнейшем получать новости от Iteca Caspian, пожалуйста, ответьте на это письмо с "UNSUBSCRIBE" в теме письма.