Rus Dilindən Azərbaycan Dilinə Tərcümə Proqramı Yüklə

1,248 views
Skip to first unread message

Basa Uram

unread,
Jan 25, 2024, 4:31:21 AM1/25/24
to trasimilsi

Nazir qeyd etdi ki, ana dilini xalqın ən böyük milli sərvəti hesab edən Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan dilinin və ədəbiyyatının inkişafına böyük önəm verib. Ulu öndərin, bütün çətinliklərə baxmayaraq, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsinə nail olması gələcəkdə üzərində müstəqil dövlətçiliyimizin təşəkkül tapacağı bünövrələrdən biri olub. Məhz onun dövründə Azərbaycan ədəbiyyatı yeni intibah dövrünü yaşayıb. Ulu öndərin rəhbərliyi altında müstəqil Azərbaycanda latın qrafikasına keçid tam təmin edilib və bu, keçmiş sovet türk respublikaları arasında bir ilk idi. Müstəqil Azərbaycan 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk Konstitusiyasında da Azərbaycan dili dövlət dili kimi təsbit edildi.

Bildirildi ki, Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı ilk sərəncamlardan biri məhz Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi olub. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan mədəniyyətimizin, incəsənətimizin, musiqimizin və digər ənənələrimizin əsasında dil dayanır.

rus dilindən azərbaycan dilinə tərcümə proqramı yüklə


Download File ⇒⇒⇒ https://t.co/41datKYvz3



Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi prosesində problem və perspektivlərlə bağlı fikirlərini bölüşdü. Bildirdi ki, Azərbaycanda uşaqların bir çox dillərdə təhsil almaq imkanı var. Lakin ölkədəki şagirdlərin 90 faizi ana dilində təhsil almağı seçir. Azərbaycan məktəbləri və universitetlərində son illər ərzində ana dilində tədrisin keyfiyyətinin artırılması istiqamətində bir çox işlər görülüb. Eyni zamanda, digər dillərdə təhsil alan şagirdlərə Azərbaycan dilində dərslər keçirilir. Bu il həmin dərslərin sayı digər illərə nisbətən artırılıb. Dilimizin Azərbaycanda kənarda tədrisi ilə bağlı işlər görməliyik. Yeni tədris ilindən bu istiqamətdə onlayn Azərbaycan dili dərsləri təşkil ediləcək.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev 90 il müddətində dilimizi ən çox qoruyanların məhz yazıçılarımız olduğunu dedi. O, bu illər ərzində dilimizlə bağlı görülən işlər, AYB tərəfindən ana dilində çap edilən kitab, qəzet və jurnalların nəşrində Ulu öndər Heydər Əliyevin böyük rolu olduğunu vurğuladı.

"Qloballaşmanın Azərbaycan dilinə təsiri və ana dilimizin saflığının qorunması mexanizmləri" adlı I panel Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyevanın moderatorluğu ilə gerçəkləşdi. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğunluğu və dilin inkişaf etdirilməsi mexanizmləri", "Dildə elmi üslubun inkişafına təsir edən amillər: elmi sahələrin inkişafı və dillərin inteqrasiyası", "Azərbaycan ədəbiyyatı Azərbaycan dilinin qoruyucusu kimi: dünən, bu gün, sabah", "Müasir ədəbi mətnlərin nitq mədəniyyətinə təsiri imkanları", "Söz yaradıcılığı prosesi: dilin daxili imkanlarının canlandırılması və geniş ictimai istifadəsi olan xarici mənşəli sözlərə vətəndaşlıq statusunun verilməsi", "Xaricdə yaşayan azərbaycanlılar arasında dilin qorunması" və "İnternet məkanında Azərbaycan dilinin funksionallığı" mövzularında çıxışlar dinlənildi.

Azərbaycan Dillər Universitetinin rektoru Xalq yazıçısı, akademik Kamal Abdulla bildirdi ki, Azərbaycan dilinin təsir dairəsini daha da genişləndirmək üçün mexanizm işlənib hazırlanmalıdır: "Azərbaycan mədəniyyətinə, dövlətinə, siyasətinə olan maraq dilimizə olan marağa gətirib çıxarır. Prezident İlham Əliyev Azərbaycanı dünyada daha da tanıtdırmaq üçün böyük işlər görür. Bizlər də dilimizi xarici ölkələrdə təbliğ etmək üçün əlimizdən gələni etməliyik. Bunun üçün də belə forumların təşkilinə böyük ehtiyac var".

Millət vəkili, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov Azərbaycan dilinin genetikası haqqında fikirlərini bölüşdü: "Məlum olduğu kimi, Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Buna baxmayaraq, dilimizin lüğət tərkibinə nəzər yetirsək görərik ki, türkdilli sözlərin sayı çox azdır. Dilimizə keçən sözlərin çoxu isə ərəb, fars və Qərb dillərindən gəlib".

Yazar, publisist Aqşin Yenisey söylədi ki, Azərbaycan dilinin bu gün elmi, fəlsəfi və texnoloji məsuliyyət arealı barədə ciddi düşünməliyik. Hazırda Azərbaycan dilinin uğurla daşıdığı yeganə məsuliyyət ədəbi məsuliyyətdir: Dilimizin ədəbiyyat ərazisində problemi yoxdur. Onun elmi, fəlsəfi və intellektual ərazidə problemi var. Bu problemləri aradan qaldırmağın yolu xarici ölkələrin elmi-kütləvi ədəbiyyatını dilimizə tərcümə etməkdən keçir".

Bizə bu sual veriləndə çox vaxt cavab verməkdə çətinlik çəkirik . Hə deyim yoxsa, yox? Bu sualın cavabını hə və ya yox cavabı ilə məhdudlaşdırmaq mümkün deyil. Daha aydın cavab demək olar ki, mən bu səviyyədə ingilis dilində danışıram. Yaxşı, gəlin danışdığımız ingilis dili səviyyələrini və onlar haqqında nələri bilməli olduğumuzu öyrənək və onlara ətraflı nəzər salaq.

Yüksək səviyyədə ingilis dilində danışıla bilən bir səviyyədir. Əgər Advanced (C2) səviyyəsindəsinizsə, ingilis dilindən ana dili kimi istifadə edə bilərsiniz. Fikirlərinizi ətraflı, uzun və səlis şəkildə ifadə edə bilərsiniz. İstəsəniz, uzun söhbətləri asanlıqla başa düşə, film və seriallara altyazısız baxa və hətta ingilis dilində kitab da yaza bilərsiniz. Fərqli vurğuları, deyimləri və tərs cümlələri başa düşə bilərsiniz.

df19127ead
Reply all
Reply to author
Forward
0 new messages