Proqram mühəndisliyi təkcə proqram təminatının texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məslələrlə də məşğul olur. Bundan əlavə, proqram mühəndisliyinin əsas məqsədlərindən biri də proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir.
Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, yaradılması, idarə edilməsi ilə maraqlanan sahədir. İlk dəfə 1968-ci ildə NATO-nun keçirdiyi proqram təminatı mühəndisliyi konfransında bu termindən istifadə edilib. İEEE tərəfindən proqram təminatı mühəndisliyi barədə "Software Engineering Body of Knowledge" (SWEBOK) nəşr olunub.
Proqram təminatı mühəndisliyi dinamik şəkildə dəyişən peşə sahəsidir. Aparat platformalarının fasiləsiz şəkildə inkişaf etməsi, eyni zamanda, onların sənaye və istehsalatın müxtəlif sahələrində tətbiqinin getdikcə artması proqram təminatına olan tələbatı daha da artırır. Bununla yanaşı, proqramlaşdırma texnologiyaları da dayanmadan inkişaf edir. Minlərlə proqramlaşdırma dili mövcud olduğuna görə bu dillər üçün müxtəlif kitabxanalar, modullar, işlənilmə mühiti və s. yaradılır. Proqram vasitələrinin işlənilməsi üçün proqramın həyat dövrünün bütün mərhələlərini əhatə edən modellər yaradılmışdır. Böyük proqramları yaradarkən əsasən aşağıdakı mərhələlərdən istifadə edilir:
Nə vaxtsa bütün ziyankar proqramları təsvir etmək üçün "virus" və "troya atı" anlayışları kifayət edirdi. Lakin həmin vaxtlardan kompüterlərin yoluxdurulması üsulları və texnologiyaları xeyli inkişaf edib və bu iki anlayış ziyankar proqramların bütün rəngarəngliyini təsvir etmək üçün kifayət deyil.
Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası təsdiq edilib.
Qərara əsasən, dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir.
Bu Qayda ali kateqoriya dövlət orqanları, mühafizə olunan şəxslər, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri tərəfindən, habelə qorunan obyektlər və dövlət sirri təşkil edən məlumatların işlənilməsi üzrə istifadə edilməsi nəzərdə tutulan texnoloji avadanlığa və proqram təminatına şamil olunmur.