Tədbirdə çıxış edən Qafqaz ölkələri üzrə Vitse Prezident və Rəhbər, Orifleym-Azərbaycanın Baş Direktoru Kemal Kaya çıxış edərək bildirib ki, Oriflame şirkəti dünyanın ən öndə gedən qlobal şirkətlərindəndir. Şirkətin 20 illik fəaliyyəti dövründə Azərbaycanda görülən işlərdən danışan Kemal Kaya bildirib ki, İsveç ölkəsinin adı çəkiləndə hər kəsin ağlına "Oriflame" şirkəti, (dürüst, güvənilən bir şirkət) gəlir. Bizim yola çıxdığımız şirkət dünyanın ən etibarlı şirkətlərindən biridir. Şirkətin uğurunun əsasında bir neçə təməl prinsipi durur. Əlçatan olmaq - Bizim işimizdə təməl prinsiplərimizdən biri olan əlçatan olmaq o deməkdir ki, Oriflame şirkətinin hər bir məhsulu hər kəsə çatdıra bilməkdir. Uğurumuzun digər bir sirri qabaqcıl texnologiyaları şirkətin fəaliyyətində tətbiq etməkdir. Yeni texnologiyaları işimizdə davamlı olaraq əks etdirməkdir. Oriflame şirkətinin əsas özəlliyi etibarlı, güvənli olmaqdır. Oriflame hər zaman etik dairələrə, qanunlara həmişə hörmətlə yanaşıb. Heç bir zaman müştərilərinə, dostlarına, istehsalçılarına, əməkdaşlarına qarşı laqeyd olmamışdır. Şirkət olaraq verdiyimiz sözlərin hər zaman arxasında durmuşuq. Oriflame üçün bu gün çox xoşbəxt gündür. Orifleymin təmsil olunduğu ölkələrin sayı 60-dan çoxdur. 50 ildir fəaliyyət göstərən şirkət gözəlliyin uğurun simvolu olduğunu ortaya çıxardı. Gözəlliyin eyni zamanda dostlarla paylaşıldığı zaman daha gözəl olduğuna inanırıq. 20 il boyunca çox uzun bir il oldu və çox böyük əmək sərf olundu. Bu baxımdan liderlərimizə, məsləhətçilərimizə , menecerlərimizə, əməkdaşlarımıza, Oriflame-in Azərbaycandakı inkişafına dəstək verən hər kəsə minnətdarlığımızı bildiririk. Oriflame olaraq Azərbaycana inanırıq və bu ölkənin potensialına, gücünə, iqtisadiyyatına inanırıq. Və ümid edirəm ki, Azərbaycanda daha bir 20 il də qeyd edəcəyik. Zəngin Oriflame tarixinin bir parçası olduğum üçün inanılmaz dərəcədə qürur duyuram! Bu illər əzində biz bütün dünya üzrə böyük həmfikirlər cəmiyyəti yaratmağa nail olmuş, bu mərhələyə birlikdə çatmışıq. İndi özümüzü heç vaxt olmadığımız qədər güclü və möhkəm hiss edirik. Əminəm ki, qarşıda bizi hələ bir çox qələbə və nailiyyətlər gözləyir, tərafdaşlarımızla birgə biz yeni-yeni zirvələr fəth edəcək, istehlakçılarımızı isə qabaqcıl məhsullar və Oriflame-in maraqlı layihələri ilə yaxşı mənada təəccübləndirəcəyik", deyə K.Kaya vurğulayıb.