Böyük Britaniyanın RPS Energy Ltd. şirkəti tərəfindən süni intellektin proqram təminatı vasitəsilə təchiz edilən dronlar, Qarabağda mina sahələrinin tədqiqat və təhlil xidmətlərinə cəlb olunub. Müvafiq razılaşma Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ilə əldə olunub.
Münaqişədən sonrakı mərhələdə Qarabağda külli miqdarda mina və PHS-lə yanaşı, yersəthi və yeraltındakı müharibənin digər təhlükəli qalıqları da qeydə alınır. Süni intellekt texnologiyasının tətbiqi vasitəsilə fərqli partlayıcı tərkibli və gövdəsi müxtəlif materiallardan hazırlanan qurğuların eyni ərazidə (qarışıq mina sahəsi) müəyyən edilməsini mümkün edir. Həmçinin, dronlar təhlil edilən layihələrin təyinatı üzrə uçuş trayektoriyasını icra etmək qabiliyyətinə malikdir.
Qarabağda minatəmizləmə əməliyyatlarında istifadə edilən dronların proqram təminatı ərazilərdə aşkar edilən yeni obyektlər üzrə yaddaşın yenilənməsi imkanı yaradır. Həmçinin, süni intellekt proqramı ərazilərin çirklənmə səviyyəsinə görə müxtəlif təmizləmə metodologiyalarının tədbiqini təmin edir.
f448fe82f3