2. Bundan sonra işəgötürən yerli məşğulluq xidmətini inandırmalıdır ki, sizin vəzifənizə yerli mütəxəssis və ya Avropa İttifaqından olan birini tapa bilmir. Bunun üçün həmin şirkət (yəni işəgötürən, işçi axtaran) ölkənin bununla bağlı rəsmi portalında vakansiya elan edir. Müəyyən müddətdən (1-3 ay çəkir) sonra, müraciət edən olmadıqda, həmin şirkət məşğulluq xidmətinə müraciət edərək sizin namizədliyinizin təsdiqlənməsi üçün ərizə verir. Ərizədə bütün şərtlər göstərilməlidir.
Yəni, məsələn, Polşada iş icazəsi almaq 6 aya qədər vaxt aparırsa, vizanın açılması üçün işəgötürənin dəvəti - urzędzie pracy - kifayət edir. Böyük Britaniya da isə məsələ daha mürəkkəbdir. Burada işəgötürənlə razılaşdıqdan sonra və vakansiyanın mətbuatda elan edilməsindən sonra, sponsor sertifikatı da tələb olunur. Bu sertifikatı almaq üçün işəgötürənin müvafiq lisenziyası olmalıdır.