Gozel bir hedis (Ebu Hureyre)

1 view
Skip to first unread message

Qiyas Huseyn

unread,
May 16, 2009, 1:13:49 AM5/16/09
to

Bismilləhir-rahmənir-rahim.

 

Ravi : Əbu Hüreyrə

Hədis : Rəsulullah (səv) buyurdular ki: "Allahın, yollarda gəzib zikr edənləri araşdıran mələkləri vardır. Allahu Təalanı zikr edən bir camaata rast gələrlərsə, bir-birlərini "Axtardığınıza gəlin!" deyə çağırarlar. (Hamısı gəlib) onları qanadlarıyla əhatə edərək dünya səmasına qədər aranı doldurarlar. Allah, -onları ən yaxşı bilən olduğu halda- mələklərdən soruşar: "Qullarım nə deyirlər?" "Səni təsbeh edirlər, sənə təkbir oxuyurlar, sənə tahmid oxuyurlar. Sənə təzim edirlər" deyərlər. Rəbb Təala soruşmağa davam edər: "Onlar məni gördülərmi?" "Xeyr!" deyərlər. "Ya görsəydilər nə edərdilər?" "Əgər səni görsəydilər ibadətdə çox daha irəli gedərdilər; daha çox təzim, daha çox təsbehdə ollardılar" deyərlər. Allah təkrar soruşar: "Onlar nə istəyirlər?" "Səndən," deyərlər, "cənnət istəyirlər" "Cənnəti gördülərmi?" deyər, "Xeyr ey Rəbbimiz." deyərlər. "Ya görsəydilər nə edərdilər?" deyər. "Əgər görsəydilər," deyərlər, "cənnət üçün daha çox ehtiras göstərərlər, onu daha israrla istəyərlər, ona daha çox rəğbət göstərərdilər." Allah Təala soruşmağa davam edər: "Niyə istiazə edirlər?" "Cəhənnəmdən istiazə edirlər" deyərlər. "Onu gördülərmi?" deyər. "Xeyr Rəbbimiz, görmədilər" deyərlər. "Ya görsəydilər nə edərdilər?" deyər. "Əgər cəhənnəmi görsəydilər ondan daha şiddətli qaçarlar, daha şiddətli qorxardılar" deyərlər. Bunun üzərinə Rəbb Təala bunu söyləyər: "Sizi şahid edirəm, onları bağışladım!" Rəsulullah (səv) sözünə davamla bunu izah etdi: "Onlardan bir mələk deyər ki: "Bunların arasında filan günahkar qul da var. Bu onlardan deyil. O başqa bir məqsədlə gəlmişdi, oturdu." Allah Təala: "Onu da bağışladım, onlar elə bir camaat ki onlarla oturanlar da onlar sayəsində bədbəxt olmazlar" buyurar.

Kuttubi Sittə Hədis No : 1941

Reply all
Reply to author
Forward
0 new messages