Dua

8 views
Skip to first unread message

Fuad Memmedov

unread,
Mar 9, 2009, 5:55:21 PM3/9/09
to bank...@yahoogroups.com, Meneviyyat
Dua-bu sözün mənası sığınmaq,xahiş etmək və yalvarmaq mənasını verir.Daha düzgün tərif  versək dua,hər şeyə gücü çatan və zənginliyi sonsuz olan birinə yalvarma mənasını verir.

Dua yalnız inanclı insanların həyatında iştirak edən bir anlayış kimi görünsə də əslində inanclı-inancsız hər kəsin həyatında var. Hər hansı bir inanc sistemi ilə əlaqəsi olmayan kəslər belə çətin vəziyyətə düşdükdə özündən daha böyük bir gücə sığınmaq istəyir.O gücdən kömək gözləyir.O adam bəlkə bu gücü Allah,Tanrı,və yaxud Budda olaraq xarakterizə etmir,amma yenə də bir üstün gücdən,qarşılaşdığı çətinlikdən özünü qurtarmasını arzu edir.

Bəs görəsən niyə insanlar xüsusilə çətin vəziyyətlərdə hər hansı  bir gücə sığınmaq istəyirlər? Və bu necə bir istəkdir ki, inanclı-inancsız hər kəsdə var?  

İnsan dünyaya gələrkən çox gücsüz olur və bir çox şeyə ehtiyac duyur. Ana insanın ilk sığınacağıdır.Ana yeni doğulmuş insan üçün həm qoruyucu həm də bəsləyicidir. 

Zaman keçdikcə insan böyüyür.Böyüdükcə ananın rolu azalır və bir müddət sonra da ana həyatımızdan çıxıb gedir.Bu müddət ərzində insan xeyli böyüyüb formalaşır,amma problemlər,ehtiyaclar da bir o qədər çoxalmış olur. Kiçikkən yalnız sevgiyə və ana südünə ehtiyac duyan insanın ehtiyacı xeyli artır. Fəlakətlər, xəstəliklər, qəzalar insanın ətrafını sarıyır.Və insan bu ehtiyaclar və çətinliklər qarşısında tək başına mübarizə aparmaq məcburiyyətində qalır.Üstəlik  də daima sığındığı anası və atası yanında deyil.Və bu çətinliklər və ehtiyaclar qarşısında çıxılmaz qalan insan,sığına biləcəyi və kömək istəyə biləcəyi bir güc axtarır.Və nəhayət dua etməyə başlayır. 

Beləliklə insan ehtiyaclarını qarşılaya bilmədikdə duaya müraciət etməyə başlayır.İnsanın ehtiyacları isə müxtəlif cür olur.İnsan ehtiyaclarını təsnif edənlərdən biri də Abram Masloudur.Masloua görə insanın tələbatları beş yere bölünür: 

Fizioloji tələbatlar:İnsanın əsas tələbatları sırasında ilk olaraq fizioloji tələbatları gəlir.Fizioloji tələbatlar yemək,içmək,yatmaq kimi təbii tələbatlardır.Bu tələbatlar ödənilmədikdə həyati əhəmiyyət  kəsb edən funksiyalar təhlükə altına düşə bilər. 

Təhlükəsizliyə olan tələbatlar:İnsanın ən əhəmiyyətli ehtiyaclarından biri də təhlükəsizliyə olan ehtiyacdır.Çünki təhlükəsizlikdə olduğunu hiss edə bilməyən hər hansı bir insanın hərəkət sahəsi olduqca azalar.Təhlükəsizliyimizə mane olan hər hansı bir şərait  mövcud olarkən dinc həyat yaşamağımız mümkün deyil. 

Sevgiyə olan tələbatlar:İnsanı həyata bağlayan əhəmiyyətli ünsürlərdən biri də sevgidir.Və sevgiyə olan tələbat insanın əhəmiyyətli tələbatlarındandır.Sevgiyə olan tələbat ödənilmədikdə ruhi pozğunluqlara gətirib çıxara bilər. 

Hörmət-Möhtərəmliyə olan tələbatlar:Hər bir insan özünə dəyər verilməsini istəyir.Əgər bir insana heç kim dəyər vermirsə,bu o deməkdir ki,o adamın varlığı ilə yoxluğu arasında hbir fərq yoxdur.  

Özünü Aktuallaşdırma Tələbatı:Bu ehtiyac insanın malik olduğu potensialı istifadə edərək hədəflərinə və ideallarına çatma ehtiyacıdır.İnsan həyatını bu ehtiyacına görə idarə edir.  

İnsan hər hansı bir şəkildə bu ehtiyaclardan və bunların xaricində var olan ehtiyaclarından  hər hansı birininin ödənilməsində aciz qaldıqda bu ehtiyacları ödəyə biləcək,sonsuz xəzinələri olan və gücü hər şeyə çatan uca bir gücə sığınmaq istəyir. İnsan bu gücü inancına bağlı olaraq fərqli adlarla adlandırır.Adlar dəyişsə də lakin əsas məqsəd və məna dəyişməz olaraq qalır. 

Ortaya belə bir maraqlı sual çıxır,bəs görəsən inancından asılı olmayaraq hamımızın müraciət etdiyi,dua mexanizminin bizim üçün əhəmiyyəti nədən ibarətdir??? 

Dr.Herbert Benson tərəfindən 10 il müddətində davam edən və 1800 adamın iştirak etdiyi araşdırma,indiyə qədərki ən etibarlı nəticələrin əldə edildiyi eksperiment kimi izah olunur.ABŞ hökumətin 2.3 milyon dollar fond ayırdığı araşdırmalardan gəlinən nəticəsi isə,dua və xəstəliklərin yaxşılaşması arasında həqiqətən də əlaqənin olmasıdır.

Newsweek´in araşdırmasına görə,insanların 72%i dua edərək xəstəlikdən daha tez xilas olmağın mümkünlüyünə,duanın yaxşılaşmağı asanlaşdırdığına inanırlar.

Bundan başqa Chicago´daki Rush Universitetinin araşdırmasına görə,nizamlı olaraq ibadət və dua edənlərin erkən ölüm nisbəti,dinə bağlı olmayanlara nisbətən  25% daha azdır.

Duke Universiteti-nin cərrahiyə əməliyyatı keçirən 750 xəstə üzərində apardığı başqa bir araşdırmada da, "duanın yaxşılaşdırıcı gücü" elmi olaraq sübut edilmişdir. Araşdırmaların bizə verdiyi nəticə onu göstərir ki,həqiqətən də insanın hər hansı bir fövqəl qüvvəyə sığınması və dua arzusu,psixoloji olaraq bizi rahatlaşdırır.Bu prosesin necə baş verməsi elmi cəhətdən tam şəkildə izah edilməsə də,sübut olunmuşdur ki,dua oxuyan xəstələrin yaxşılaşma nisbəti digər xəstələrə nisbətən daha yüksəkdir.

Beləliklə,DUA  ETMƏK bizim bu və ya digər şəkildə ehtiyac duyduğumuz və bizi psixoloji olaraq rahatlaşdıran bir prosesdir.

Reply all
Reply to author
Forward
0 new messages