"MÜSƏLMANA HARAM" BULAĞI

5 views
Skip to first unread message

Qiyas Huseyn

unread,
May 14, 2009, 11:25:06 PM5/14/09
to

"MÜSƏLMANA HARAM" BULAĞI

Vaxtilə Bursada bir müsəlman, köhnə adı "Yəhudilik Yolağzı", bu günki adı Ərəb Şükrü olan yerdə bulaq tikdirib və başına bir kitabə əlavə edir: "Hər qula halal, Müsəlmana haram!.." Bursa paytaxt olduğu üçün təbii ki Osmanlı bu işə qarışırki, müsəlmanlara qarşı bu necə fitnədir!

Gedirlər qazıya şikayətə, adam tutulub yaxa-paça padşahın hüzuruna gətirilir. "Bu necə fitnədir, dini İslam, əhalisi Müsəlman olan böyük dövlətdə sən qalx bulaq düzəlt, amma suyunu Müsəlmana qadağan et!.. Olacaq işdirmi, nədir səbəbi, ağlınımı itirdin?.." deyə adama qarşı gəlirlər. Adam: - "İcazə verin, səbəbini deyim, lakin isbat və dəlil şərtdir…" dedikdə qazı hirslənmiş:- "Nə dəlili, nə isbatı?.. Sən fitnə çıxardın, Müsəlman əhalinin dincliyini qaçırdın, qətlin vacibdir!" deyir. Deyir amma, bir tərəfdən də maraqlanir:- "Nədir səbəbin?.." deyə soruşur. Adam:- "Bir tək Sultana deyərəm…" deyə cavab verincə, ortalıq yenə qarışır. Söz Sultana getmiş, adamı saraya aparırlar. ..Padşah da əsəbiləşir amma, digər tərəfdən o da maraqlanır:- "De baxaq nə deyəcəksənsə. Bu necə işdir ki, həm bulaq düzəldirsən, həm də hər qula halal, Müsəlmana haram yazırsın? . ."Adam, başı önündə danışar:- "Dəlilim var, lakin isbat lazımdı."- "Ya dediyin kimi güclü deyilsə dəlilin?.."- "O zaman boynum, hökmə tükdən incədir Sultanım…" "Sultanım, hər hansı bir sinaqoqdan təsadüfi bir xaxamı izahsız həbs edin, bir həftə saxlayın. Baxın nələr olacaq. "Dediyi edilir adamın. Bütün etnik qruplar bir olur, başlarında Yəhudilər, "nə olur, bu nə zülm?.. Bizim din adamımıza biz zaminik, nə lazım olsa söyləyin edək, o günahsızdır, lazım olsa kəfalət ödəyək..." Ətraf ölkələrdən belə elçilər gəlir, elçilər məktub üstünə məktub gətirir… Bir həftə dolunca, adam:- "Sultanım, artıq buraxmaq zamanıdır" deyir. Xaxam buraxılır, etnik azlıqlar xoşbəxt, bu səfər Sultana təşəkkürlər, hədiyyələr göndərilir. Az zaman keçir ki, adam:- "Eyni işi hər hansı bir kilsədən hər hansı bir keşiş üçün edin Sultanım" deyir. Eyni şəkildə bir keşiş tutulur və eyni reaksiyalar artaraq davam edir. Həftəsi dolunca da sərbəst buraxılır. Xoşbəxtlik və sevinc nümayişləri daha bir çoxalır, təşəkkürlər, təşəkkürlər... Sultan:- "Bitdimi?.." deyir adama.

- "Sultanım son bir iş qaldı, sonra hökm zamanıdır icazənizlə" deyir.- "İndi nədir istəyin?.."- "Paytaxtımız Bursanın ən sevilən, ən sözü dinlənən, etimad edilən alimini alın minbərindən" Adamın dediyini edırlər, Ulucami imamını Cümə xütbəsinin ortasında götürürlər və aparırlar. ..Və nə olur bilin baxaq? . .Bir Allahın qulu çıxıb, "nə olur, siz nə edirsiniz?.. Heç olmazsa xütbə bitənə qədər gözləsəydiniz", kimi tək bir kəlam etmir, imamın arxasından gedən, axtaran-soruşan olmur. ..Bir həftə keçir, "harada imam" deyə gələn-gedən yoxdur!.. Axmaq və cahil bir imam təyin edilir yerinə, nə danışdığını öz qulağı eşitməyən tam doqmatik tipdən biri… Camaat halından razı, başlayır dedi-qodular, o keçən həftə tutulan böyük alim üçün:- "Biz də onu adam bilirdik, müəllim bilirdik…" "Kim bilir nə edibki ona görə də həbs ediblər!.."- "Vah vaah!.. Yanıram arxasında qıldığım namazlara…"

- "Soruşma, soruşma. .."Padşah, qazı və adam izləyirlər olub-bitənləri. Sonunda Padşah bulağı düzəldəndən soruşur:- "Həə, nə olacaq indi? . .Adam:- "Buraxmaq vaxtıdır. Bir də üzr istəyib halallıq almaq lazımdır müəllimdən. ""Haqlısan" deyir padşah, deyilənin edilməsi üçün əmr buyurur və adama dönərək:- "Ey böyük Sultanım, siz iradə buyurun zəhmət olmasa, belə Müsəlmanlara su belə halal edilərmi? . ."Sultan ağrılı-ağrılı təbəssüm edir:

- "Hava belə haram, hava belə!.." deyir...

Reply all
Reply to author
Forward
0 new messages