Dünyanın ən sirli təriqətləri:
heyrətamiz sərvət, şoka salan adlar! - FOTOLENT

19:15 09-05-2009
Onlar
ya dünyanı idarə edir, ya da idarə edənləri
təsir altında saxlayır

Deyilənə görə, əslində dünyanı
idarə edənlər elə onlardır. Hamımız
onların haqqında çoxsaylı miflər,
əfsanələr eşitmişik. Söhbət
dünyanın ən sirli və cazibədar
təriqətlərindən gedir. Türkiyə
mətbuatında bu təriqətlər barədə
yazılanları Lent.az-ın oxucularına təqdim edirik. Beləliklə...
Dünyanı idarə etdiyi iddia olunan ən sirli
örgütlər hansılardı? Onların
məqsədləri nədir? Necə yaranıblar? Bu sirli
təriqətlər nə qədər insanı
birləşdirir?
1. Masonluq
“Mason” kəlməsi “daş ustası”
mənasını verir. Başlanğıcda mason qrupları
həqiqi masonlardan, yəni daş ustalarından ibarət idi.
Amma sonradan hələ də məlum olmayan
səbəblərdən qruplara daş ustası olmayan insanlar
da daxil oldu və onlara da “Azad və qəbul edilmiş
mason” (free mason) deyildi.
5 milyon üzv
Masonluğun 16-cı əsrin sonu, 17-ci əsrin
əvvəlində yarandığı bildirilir. Bu, bir növ
“Qardaşlıq” qruplaşmasıydı. Hazırda
dünyanın bir çox ölkəsində yayılıb
və 5 milyon üzvü var. Sadəcə İngiltərə,
İsveçrə və İrlandiyada 480 min, ABŞ-da isə
2 milyon üzvü olduğu deyilir.
Masonların gizli sirləri
Masonların ən dəyərli simvolizmi sirr və gizlilikdir. Masonluqda
simvollardan biri də rituallara dərindən
yiyələnmək, onları yaymaq və uzunömürlülüyünü
saxlamaqdır. Bundan başqa, xüsusi mason
kəlmələri, işarələri də mövcuddur.
2 İllüminati
Bu təriqət 1776-cı ildə Almaniyanın Münhen
şəhərində Adam Veişaupt adlı bir hüquq
professoru və Baron fon Knigge tərəfindən
yaradılıb.
Savad, savad, savad...
İllüminati, “savadlanmış, maariflənmiş,
bilimli” mənasını verir. Bu qrupun məqsədi
cəhalətlə, təzyiqlə və kilsə ehkamları
ilə mücadilə etməkdir. Əvvəlcə əsl
məqsədləri din doqmalarından uzaq olmaq, azad
düşünmək, Nyutonçu pozitiv
düşüncənin önünü açmaq idi. Sonralar
isə gizli siyasi məqsədlər də güdülməyə
başlandı. İllüminati dünya siyasət tarixində
bəlkə də üzərində daha çox gizlilik
nəzəriyyəsi daşıyan qrup halına gəlib.
Kilsəyə qarşı
İllüminati təriqətinin yaradılmasının
əsl məqsədi barədə bunları deyirlər:
“Kilsənin düşüncə tərzinə və
əsl məqsədlərinə böyük antipatiyası
olan Qalileo Qaliley bir qrup yaradaraq, din ehkamları ilə
mübarizə aparmaq üçün parlaq və
zəkalı gəncləri, həddən artıq
ağıllı insanları bir yerə toplayıb, onlara
azadlığın, azad düşüncənin,
maariflənmənin faydasını başa salmağa çalışıb.
1774-cü ildə Mason olan Veişaupt bu əməllərin
masonluq içərisində də olduğunu bilsə də
masonluğun fəlsəfəsinin daha çox siyasət
üzərində qurulduğunu görürdü. Bundan
başqa, o, Almaniyada böyük təsirə sahib olan
kilsə hegemonluğuna son vermək qərarına gəldi.
Elə bu məqsədlə də 1776-cı ildə
özü kimi düşünən 11 insanla bərabər
“İllüminati”ni qurdu.
3. Opus Dei
Opus Dei, 1928-ci ildə Madriddə adi bir keşiş olan Jose
Maria Escriva de Balaguery Albas tərəfində qurulan 79 illik
İspan əsilli bir təşkilatdır.
Katoliklərin təriqəti
Katolikliyə sadiq, inancları və iş-güc sahibi olan insanları
bir yerə toplayaraq Papaya Vatikandan kənarda dəstək olacaq
bir qrup yaradıldı. Bu qrupa yaxşı təlim
keçmiş, elit insanlar qəbul edildi. Bu günə kimi də
Opus Dei Vatikanda ən görkəmli təriqətlərdən
biri hesab edilir.
Gizli bir örgüt olan Opus Deinin bütün üzvləri
katolikdirlər. Bundan başqa, qrupda hər ölkəyə
görə cavabdeh olan Kardinallar var. Onlara görə,
Papanın şəxsi Kilsədən də
üstündür. Düşüncələrinə
görə, Papa Tanrı Krallığının
müqəddəs öndəridir. Belə bir
mərtəbəyə yüksələ bilən insan isə
əlbəttə, hamıdan üstün bir insandır. Bu düşüncələrlə
də təriqət üçün kilsə ikinci plana
düşür.
Heyrət ediləcək
sərvət
2,8 milyard dollar sərvəti, 15 universiteti, 97 təlim məktəbi,
36 ibtidai məktəbi olan Opus Dei ilə bağlı indiyə
kimi bir çox mübahisələr olub. İndiyə kimi
onların barəsində müxtəlif fikirlər və
ittihamlar səslənsə də təriqət bunların
heç birinə aydınlıq gətirməyib.
4. Quru kəllə və
sümüklər təriqəti
Bu təriqət Nyu-Havendeki Yale universitetində 1832-ci ildə
Vilyam H.Rasselin başçılığı ilə bir qrup
tələbə tərəfindən qurulub.
Örgütə girmək asan deyil
“Quru kəllə və sümüklər”
təriqəti Yalenin digər gizli örgütləri
(Fərman və Açar, Kitab və İlan, Qurd Başı,
Eliyahu və Berzelius) arasında ən qədimi və
etibarlısıdır. Bu universitetin son kurslarındakı
tələbələrindən hər il sadəcə 15 insan
təşkilata daxil ola bilir.
Hədəf yeni dünya
düzəni
Ən böyük hədəfləri Yeni Dünya
düzənini gerçəkləşdirməkdir.
Təriqətə qatılanları da bu hədəfə
uyğun olaraq təlimləndirirlər. 1898-ci ilə
qədər ABŞ-ın rəsmi rəhbərliyi üzərində
sadəcə bir qədər təsir imkanları var idi.
Təriqət dünyanın ən zəngin insanlarına
yetişməyə çalışır. “Quru
kəllə və sümüklər” təriqətinin
digər mason örgütlərinə nisbətən Amerikada
daha çox yayıldığı və təsir
gücünün olduğu da bildirilir.
5. Trilateral Komissiya
Bu 1973-cü ildə Devid Rokfeller, Henri Kissencer və Zbiqnev
Bzejinski tərəfindən qurulmuş gizli bir
örgütdür.
Təriqətin məqsədi
Bu təriqət toxumları ABŞ-da cücərən
“Yeni dünya quruluşu” fikrini dünyaya, yəni
Şimali Amerika, Avropa və Yaponiyaya daha yaxşı yaya
bilmək üçün yaradılıb.
Tək dünya dövləti qurulsa,
piramida birləşəcək
Bzejinski 1973-1976-cı illər arasında rəhbərlikdə
olub. Təriqətin simvolu su şəkilindədir. Belə ki,
Yer kürəsinin üç tərəfindən su
axını birləşmək üçün eyni
səmtə axır, lakin hələ
birləşməyiblər. Bunları birləşdirən
tək və çox böyük üçbucaq meydana
çıxır. Üçbucaqların hər biri
trilateralın üç bölgəsini göstərir.
Üçbucaqlar həm də piramidanın simvoludur.
Böyük piramidanın birləşməmiş olması
onu göstərir ki, hələ tək dünya dövləti
qurulmayıb.
6. Bogema klubu
1872-ci ildə qurulub. Təriqətin əsas üzvləri
ABŞ-ın qərbindəki elit təbəqədir.
Respublikaçı prezidentlər və prezidentliyə
namizədlərin hamısı bu təşkilatın
üzvüdür.
Hər bölgədə izləri
var
Fəaliyyətləri son dərəcə gizli olan bu
təşkilatın aşkara çıxmasına ABŞ
dövlət gücləri əngəl olur. Bununla
yanaşı, mərkəzdəki evlərdə eyni anda
yüzlərlə insanı həftə sonu bir araya
gətirə bilirlər. ABŞ-ın hər
əyalətində izləri var. Simvolları bayquşdur. Rituallarda
bayquşa itaət edirlər və bayquş motivindən
istifadə edirlər.
Əsas nöqtələrdə
zəngin üzvlər var
Bogema klubu həm çox zəngin, həm də əsas nöqtələrdə
elitarların olduğu daha üstün və daha çox gizli
bir klubdur. 1000-ə yaxın ABŞ eltarı intensiv olaraq
həftə sonu Kaliforniyada və ya digər əyalətlərdəki
iri həyətyanı sahəsi olan evlərdə toplanıb,
tədbirlər keçirirlər. Eyni zamanda başqa rituallara
da əməl edirlər.
Türkiyə mətbuatından çevirdi:
Səbinə Əvəzqızı
Best
Regards,
Rasila A.
Abdullayeva
"Bank
of Baku" OJSC
Yasamal
Branch/Operational Division
H. B.
Zardabi str., 574; Baku, Azerbaijan
Tel:
(+99412)433 8515
Fax:
(+99412)433 8525
E-mail: rababdu...@bankofbaku.com
www.bankofbaku.com