Bağışlamaq
Bir lisey müəllimi bir gün dərsdə şagirdlərinə bir təklif edir: "Bir həyat təcrübəsinə qatılmaq istərdinizmi?" Şagirdlər çox sevdikləri müəllimlərinin bu təklifini tərəddüdsüz qəbul edirlər. "Yaxşı" deyir müəllim. "Bundan sonra nə desəm edəcəyinizə də söz verin" Şagirdlər bunu da edirlər. "İndi sabahkı tapşırığınıza hazır olun. Sabah hamınız bir plastik torba və 5 kilo kartof gətirəcəksiniz!" Şagirdlər , bu işdən çox bir şey anlamadılar. Amma ertəsi səhər hamısının partalarının üzərində kartoflar və torbalar hazırdır. Özünə maraqlı gözlərlə baxan şagirdlərinə belə deyir müəllim: "İndi, bu günə qədər bağışlamağı rədd etdiyiniz hər adam üçün bir kartof alın, o adamın adını o kartofun üzərinə yazıb torbanın içinə qoyun." Bəzi şagirdlər torbalarına üç-beş dənə kartof qoyarkən, bəzilərinin torbası az qala ağızına qədər dolur. Müəllim, "Yaxşı indi nə olacaq?" deyər kimi ona baxan şagirdlərinə ikinci sözünü deyir: "Bir həftə boyunca hara gedirsinizsə gedin, bu torbaları yanınızda daşıyacaqsınız. Yatdığınız yataqda, mindiyiniz avtobusda, məktəbdəykən partanızın üstündə? həmişə yanınızda olacaqlar." Aradan bir həftə keçir. Müəllimləri sinfə girər girməz, deyiləni etmiş olan şagirdlər şikayətə başlayırlar: "Müəllim, bu qədər ağır torbanı hər yerə daşımaq çox çətindi." "Müəllim, kartoflar iy verməyə başladı. Vallah, insanlar qəribə baxırlar mənə artıq." "Həm sıxıldıq, həm yorulduq?" Müəllim gülümsəyərək şagirdlərinə bu dərsi verir: "Görürsünüz ki, bağışlamayaraq əsl özümüzü cəzalandırırıq. Özümüzü ruhumuzda ağır yüklər daşımağa məhkum edirik. Bağışlamağı qarşımızdakı adama bir lütfkarlıq olaraq düşünürük, halbuki bağışlamaq ən başda özümüzə etdiyimiz bir yaxşılıqdır.