SABINA NASIBOVA
unread,Jun 6, 2009, 12:13:53 PM6/6/09Sign in to reply to author
Sign in to forward
You do not have permission to delete messages in this group
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to menev...@googlegroups.com
Ələkbərova Ülviyyə 1991-ci ildə İmişli rayonunda anadan olmuşdur.18 yaşi var. Anasi ilə birlikdə Suraxani rayonu, kərpic zavodunun, daş karxanasında sığınacaq tapib. Atasi isə Imişli rayonunda iflic xəstəliyi diaqnozu ilə xəstəxanada yatir. Ülviyyənin beyin nahiyyəsinin ənsə payında şiş aşkar edilib. Bir neçə ay bundan oncə Mərkəzi Klinik Xəstəxanasında əməlliyatın 1-ci hissəsi həyata keçirilmişdir. Həkim: Hikmət; Cərrah: Kamal Hepkup.
Əməliyyatın 1-ci hissəsinden 4 ay sonar Ülviyyə yeniden əməliyyat olunmalı idi. Amma artıq ilk əməliyyatdan 4 yox, 6 AY ötüb. Artiq həmin yerdə (beyində) 15% kristallaşma gedir ki, bu da öz təsirini göstərir. Artıq Ülviyyənin sol gözündə korlaşma gedir.
Bundan əlavə Ülviyyənin qadın orqanlarında da xəstəliyi var. Elə hər şey də bununla əlaqədar müayinə olunanda bilinib. Əməliyyat üçün 7152 AZN tələb olunur.
Anasi, Ələkbərova Sənəm xanım kərpic zavodunda fəhlə kimi işləyir (kərpic daşıyır). Özünün dediyinə görə “ac qalmamaqşün işləyirəm”.
Yaşadiqlari daxmada nə masa, nə stul, nə soyuducu, daha dəqiq desək, bir neçə gün bundan əvvəl onlara pay gətirilən iki çarpayıdan başqa heç nə yoxdur.
GƏLİN ONLARDAN ÖZ KÖMƏYİMİZİ ƏSİRGƏMƏYƏK!!! Ülviyyənin hələ 18 yaşi var, onun hələ bir çox həyata keçməyən arzulari var….
Yardım etmək istəyənlər bu telefon nömrəsinə (055 827 43 72 TURAL) müracitə edə bilərlər.