“Peyğəmbər Əfəndimiz (s.ə.s.) nə uzun, nə də qısa idi. Uzuna yaxın orta boylu idi. Saçları nə qıvrım, nə də düz idi. Qıvrımla düz arasında dalğalı bir saçı vardı. Nurani üzü nə tam yumru və şiş, nə də uzun və arıq idi. Lətif bədəni qırmızıya çalan gül rəngli, nurani və ağ idi. Gözləri qara, kirpikləri uzun idi. İri sümüklü, çiyinləri də geniş idi. Narın bədənində olan tüklər sinəsindən aşağıya enən yerdə daha aydın görünürdü. Mübarək əl və ayaqları yerli-yerində ölçüyə malik idi. Yeriyərkən sanki yoxuşdan aşağıya enirmiş kimi əzəmətlə addımlayar, ayağını yerə sərbəst basardı.Bir kəslə danışarkən və ya bir şeyə baxacağı zaman bütün bədəni ilə o tərəfə yönəlirdi.İki çiyni arasında peyğəmbərlik möhürü var idi ki, onsuz da, O, nübüvvət mənzuməsinin möhürü–son peyğəmbərdir. İnsanlar içərisində sinəsi ən geniş olan O idi. İnsanların ən doğru sözlüsü, ən xoş xasiyyətlisi, ən həlimi, ən mürüvvətlisi, ən alicənabı, ən zərifi, ən kübarı, ən lətifi yenə O idi. Onu ilk dəfə görən şəxs istər-istəməz, Onun qarşısında bir ucalıq hissinə qapılır; Onun atmosferinə girib Onu yaxından tanıma şərəfinə nail olanda da artıq Ona aşiq olur, Ona tutulur, Ona vurulur və Ona məftun olurdu. Onu vəsf etmək istəyən biri acizliyini etiraf edərək: “Nə Ondan öncə, nə də Ondan sonra Onun kimisini görmədim, görəcəyimi də ehtimal etmirəm”, − deyirdi.Salatu-salam, təhiyyatu-ikram, bütün ehtiram Ona, Onun alinə və əshabına olsun, ya Rəbb!