Bilməlisən ki...

6 views
Skip to first unread message

Qiyas Huseyn

unread,
Sep 5, 2009, 3:19:42 PM9/5/09
to

Bilməlisən ki... Bilməlisən ki ...
Divarda asılı diplomlar insanı insan etməyə çatmaz.

Bilməlisən ki ...
Eşq sözü nə qədər çox istifadə edilsə,
məna yükü o qədər azalar.

Bilməlisən ki ...
Qarşındakını qırmamaq və inanclarını müdafiə etmək arasında
xəttin haradan keçdiyini tapmaq çətin çox çətindi.

Bilməlisən ki ...
Həqiqi dostlar arasına məsafə girməz.
Həqiqi eşqlərin də!


Bilməlisən ki ...
Ailə həmişə insanın yanında olmur.
Qohumunuz olmayan insanlardan maraq, sevgi və güvən
öyrənə bilərsiniz.
Ailə hər vaxt bioloji deyil

Bilməlisən ki ...
Nə qədər yaxın olsa olsunlar ən yaxşı yoldaşlar da
hərdənbir incidə bilər. Onları bağışlamaq lazımdır.

Bilməlisən ki ...
Bəzən başqalarını bağışlamaq yetmir.
Bəzən insanın özünü bağışlaya bilməsi lazımdır.

Bilməlisən ki ...
Ürəyiniz nə qədər qan ağlayarsa ağlasın dünya sizin
üçün dönməsini dayandırmır.

Bilməlisən ki ...
Şərtlər və hadisələr, kim olduğumuza təsir etmiş ola bilər.
Amma kim olduğumuzdan özümüz məsuluq

Bilməlisən ki ...
İki adam münaqişə edirsə, bu bir-birlərini
sevmədikləri mənasını verməz. Etməmələri də sevdikləri
mənasını verməz.

Bilməlisən ki ...
Hər problem öz içində bir fürsət saxlayar.
Və problem, fürsətin yanında çox kiçik qalar.

Bilməlisən ki ...
sevgini tez itirirsən, amma peşmanlığın uzun illər
çəkir.
Reply all
Reply to author
Forward
0 new messages