“Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında
baş vermiş terror aksiyasını həyata keçirənlərdən 3-nü şəxsən görmüşük. Sifəti
maskalı şəxslər idi". Bu barədə RİA-ya hadisənin şahidləri danışıblar...
- Mənim dostumu gözümün qabağında vurdular. Gözlərimin qarşısında can
verdi. 3 nəfər idilər. Başlarında maska vardı. Heç nə elyə bilmədim. Qorxudan
qaçıb canımı qurtardım. Amma rəsmi məlumatlarda deyirlər ki, bir nəfər olub.
Necə bir nəfər olub ki, elə üçünü 3-cü mərtədə, Elektrotexnika kafedrasında
gözləri ilə görənlər var. Şəxsən hadisə zamanı yaralanan Yusif də bunu təsdiq
edər. O da dedi ki, 3 nəfər maskalı şəxslərdi. Bizim xüsusi təyinatlılar içəri
daxil olanda maskalarını çıxarıb uşaqlara qoşulud çölə qaçdılar. Polislər imkan
vermədilər ki, ağzımızı açıb deyək ki, qaçırlar, tutun. İtələyə-itələyə
çıxardılar hamını çölə, - deyə tələbələrdən biri təəsüratlarını RİA-nın
ADNA-nın qarşısında divaryazma aksiyasından reportaj hazırlayan əməkdaşına
danışdı.
- Eşitdiklərini danışırsan, yoxsa gördüklərini?
- Birini mən şəxsən görmüşəm, - tələbə söhbətinə davam etdi. - Qara kurtka
geyinmişdi, ayağında “kariçni” rəngdə krasovka vardı, köhnə cins şalvardaydı.
Boy-buxunlu biri idi.
- Qaqaş sən bu barədə polisə ifadə vermisən?, - deyə dolu bədənli, ortaboylu,
qarabuğdayı bir oğlan kənardan tələbyə sual verdi.
- Yox, dindirən var ki, ifadə də verim.
- Qaqaş, sən hər gördüyünü hər yerdə danışma, - deyə, oğlanın qoluna girib camaatın
içərisinə tərf çəkdi.
- Mən şəxsən görməmişəm, amma uşaqlar dınışırlar ki, terrorçulardan birinin əynində
ağ köynək olub. Kafedranını qapısını açıb gülürmüş, - başqa bir tələbə söhbəti
davam etdirir. - Bir nəfərin olması barədə deyilənlər yalandı. Gözləri ilə
görənlər olub. Biri aşağıda darağı dəyişəndə yuxarıda atəş səsləri gəlirdi.
“Uşaqların əksəriyyəti qanitirmədən
öldü”
- Həlak olanların əksəriyyəti qanitirmədən ölüblər, - başqa bir tələbə söhbətə qoşuldu.
- Təcili yardım maşınları zəngdən 40-45 dəqiqə sonra gəldilər. Həkimlər durub
baxırdılar, biz yaralıları qucağımızda aşağı daşıyırdıq. Əminliklə deyə bilərik
ki, Cabbarov Savalan qanitirmədən öldü. Bunu şəkillərdən də aydınca görmək
olar. Biz onu yuxarıdan düşürdəndə sağ idi. Köynəyində o qədər də qan yox idi.
Amma sonradan aşağıdakı şəkillərinə baxırıq, bütün qan içərisindədir.
“Pəncərədən polisləri çağırırdıq”
- Terrorçular içəridə camaatı qırırdı, polis çöldən tamaşa edirdi, - deyə başqa
bir tələbə söhbətə müdaxilə edir. - Pəncərədən qışqırırdıq ki, uşaqları vururlar,
girin içəri, yerlərindən tərpənmirdilər. Hadisədən 40 dəqiqə sonra polis içəri
daxil oldu.
- Ümumiyyətlə silahın səsindən müəyyən edə
bildiniz hansı silahdan atəş açlır?
- Dərsdə oturmuşduq. Bayırdan güllə səsləri gəldi. Əvvəl əhəmiyyət vermədik. Elə
bildik kimsə fişəng partladır. Ardıcıl atırdılar. Avtomat silahdan atılan kimi,
- deyə tələbələrdən biri sualı cavablandırdı. - Exo verirdi deyə səsindən müəyyən
etmək olmurdu. Həm də müəllimlər atəş səsini eşidib, qapının qarşısını kəsdilər,
qoymadılar çölə çıxaq.
- Amma mən bir neçə giliz gördüm Fərdanın meyitinin yanında, - deyə başqa bir tələbə
müdaxilə etdi. - Balaca gilizlər idi.
- Bəs tapançanı gördün?
- Qara rəngli tapança idi, elə bil paslı idi.
- Fərdanın özünü necə, heç əvvəllər görmüşdüz
məktəbdə?
- Yox görməmişdik.
- Bəs dönər satanı necə, tanıyırdız?
- Belə görmüşdük, dönər alırdıq bəzən oradan, amma tanışlığımız yox idi.
- Bəs Fərdanın özünü vurduğunu görən
olub?
- Yox, mən çıxanda o yerdə uzanmışdı. Amma deyirlər ki, onu snayperlə vurublar.
Onun meyiti olan yerdə pəncərənin şüşəsi də sınmışdı.
Başqa bir tələbə müdaxilə edir. – Altıncı mərtbəyə mən də çıxmışdım. Orada pəncərələr
sınmamışdı. Pəncərələr aşağı mərtəbədə sınmışdı.
“Uşaqlar dərsə gəlmək istəmirlər”
– Yekaternburqda diskotekada 4 nəfər ayaq altında qalıb öldü, şəhərdə matəm elan
elədilər. Amma bizdə terror hadisəsi olub, 13 nəfər ölüb, bir o qədər də yaralı
var, amma bunu faciə adlandırırlar, matəm elan eləmirlər. Niyə?! Düşünürlər
terror deyib, matəm elan eləsələr caamatda xof yarana bilər. Artıq o xof var,
heç kəs dərsə girmək istəmir o hadisədən sonra, - deyə başqa bir tələbə ölkədə
matəm elan olunmamasına etirazını bildirir. - Birinci gün hamını dərsə
çağırıblar. Qızlar ağlaşırlar ki, bizim dostlarımız ölüb burada, necə oturaq
dərsdə. Gəlib görərsiz, heç kəs qorxusundan gələn deyil.
“Pulluların uşaqları dərsə silahla gəlirlər”
- Pulluların uşaqları var, burada oxuyan, Məhərrəm, Mahir, Mətləb, həmişə üstlərində
silah gəzdirirlər. Bundan başqa maşınlarında da həmişə silah olur. Başqa vaxt
silahlarını gözümüzə soxub “risovkalıq” edirlər, - tələbələrdən biri söhbətin
mövzusunu dəyişdi. - Həmin gün onlar da binadaydılar. Deyirik ki, silahınız
var, niyə atəş açmırsız, qaçıb gizlənirsiz? Cavab verirlər ki, can hər şeydən
əzizdi, canımızdan bezməmişik ki, özümüzü təhlükəyə ataq.
“Rektorun otağına kamera var, binada isə
yoxdu”
- Bunları tələbələrin təhlükəsizliyi qətiyyən maraqlandırmır. Rektorun otağında
kamera quraşdırılıb. Utanmsa tualetə də kamer qoydurar, - tələbələrdən biri ADNA-dakı
təhlükəsizlik tədbirlərindən gileyləndi. - Bu boyda binaya bir kamera da
yerləşdirlməyib. Qapıda bir polis nəfəri də daynamır. Bir yaşlı kişi ilə qoca
qadındı. Istənilən adam girib çıxır. Mən özüm başqa məktəbdə oxuyram, dəfələrlə
gəlmişəm bura. Bir nəfər soruşmayıb ki, a bala hara gedirsən, kimsən. Amma indi
ziyarətə gəlmişik, içəri buraxmırlar. Gül gətirmişik qoymağa, deyirlər olmaz.
Amma öldürməyə gələnlərin qarşısını kəsən də olmur. Camaat yas içərisindədir,
bunlar tələbənin qanı axan yerə gətirib hansısa istirahət mərkəzinin elanını
yapışdırıblar. Qoparmaq istəyirik, polis imkan vermir. Bu qədər hörmətsizlik
olar. Hələ də bina qan qoxuyur, amma bunlar camaatı mayın 30-da “Şəfa”
istirahət mərkəzinə çağırırlar.