Hellojob.az, iş axtaran və işverənləri bir araya gətirən bir platformdur. Saytda geniş iş elanları, şirkətlər haqqında məlumatlar, interaktiv alətlər mövcuddur. İş axtaranlar sayt üzərindən CV-lərini göndərərək və ya elanlara müraciət edərək uyğun işi tapa bilərlər. İşverənlər isə vakansiyalarını saytda yerləşdirərək geniş bir iş axtaran kütləsinə çatmaq imkanı əldə edirlər.
Yeni olmasına baxmayaraq Azərbaycanda fəal olan iş axtarış saytlarından biridir. Sayt iş axtaranlar üçün müxtəlif sahələrdə iş imkanlarını təklif edir.
Elə bir qeyri-adi özəlliyi yoxdur, amma bir vakansiya saytı üçün lazım olacaq şeylərin çoxu yaxşı səviyyədə tətbiq olunub.
Azərbaycanda ən çox ziyarət edilən iş axtarış saytlarından biridir. Saytın vakansiya bazası genişdir və istifadəçilər üçün hər zaman güncəl məlumatlar təqdim edilir. Sürətinə görə seçilir, mobil telefonda ən tez açılan saytdır.
Layihə fəaliyyətinə 2008-ci ildə başlayıb və hal-hazırda geniş vakansiya saytlarından biridir. Saytın interfeysi sadə, daha doğrusu primitivdir. Filtrləmə imkanları zəifdir, amma illər öncə ölkədə ən populyar vakansiya saytlarından biri idi. Əsasən aşağı maaşlı işlər burada nəşr olunur.
Azərbaycanda iş axtarış saytları arasında ən yaxşısını seçmək əslində çətin görünə bilər. Amma analizimizin köməyilə ən populyar olan və ən geniş funksionala malik vakansiya saytlarını
356178063d