Kitab biologiyanın tədris proqramına daxil olduğu bütün ixtisas proqramlarında (tibbin bütün sahələrindən tutmuş, tibb bacılığına, əczaçılığa, aqronomluğa, müxtəlif müəllim, mühəndislik və elm sahələrinə qədər) istifadə olunur.
Ərtoğrul Alışbəyli Elmi Spektr jurnalının həmtəsisçilərindəndir. Hal-hazırda Radboud Universitetində mühit səslərinin beyində işlənmə mexanizmi üzərinə doktorantura araşdırmaları aparır. Bundan əvvəl Kanadanın McGill Universitetində anatomiya və hüceyrə biologiyası üzrə bakalavr və Amsterdam Universitetində davranış neyroelm ixtisası üzrə magistr təhsili almışdır.
Naqi Məhəmmədzadə Bakı Dövlət Universitetinin biologiya bölümündən məzun olan Naqi lüğətin hazırlanması, terminologiyanın araşdırılması, yoxlanılması və elmi-kütləvi videoların hazırlanmasını təşkil edir.
df19127ead