Express Entry ilə miqrasiya üçün müraciətçilərin bank hesabı tələbləri yeniləndi. Böyük bir fərq yoxdur, rəqəmlər cuzi artıb. Dəyişiklikdən sonra bank hesabına olan tələblər belədir: Ailə üzvlərinin sayı Tələb olunan məbləğ (Kanada dolları) 1 $12,669 2 $15,772 3 $19,390 4 $23,542 5 $26,701 6 $30,114 7 $33,528 hər əlavə nəfər $3,414
Kanadanın İmmiqrasiya və Vətəndaşlıq Nazirliyinin 9 aprel, 29 aprel, 19 may, 9 iyun və 1 iyul 2020-ci ildə verdiyi qərara əsasən ərizəçilərin Viza Müraciət Mərkəzinə müvəqqəti yaşayış vizaları üçün kağız müraciətinin qəbulu dayandırılmışdır. 1 oktyabr 2020-ci il qəbul edilmiş qərarla bu məhdudiyyət bəzi istisnalarla 30 sentyabr 2021-ci il tarixinədək uzadılmışdır. Bu istisnalarla tanış olmaq üçün Kanada Vətəndaşlıq və İmiqrasiya Nazirliyinin (IRCC) saytına daxil olun.
Express Entry proqramı Kanadada daimi yaşayış yerini əldə etmək üçün öz peşəsində ixtisaslaşmış şəxslər üçün sürətli emal sistemidir. Kanadaya immiqrasiya üçün ən məşhur və asan yol sayılır.
dafc88bca6