Plagiatlıq prosesi və bu prosesin tərkib hissələrinə, eləcə də plagiatlığa qarşı mübarizə üsullarına həsr edilmiş çoxlu işlər mövcuddur. Əksər işlərdə plagiatlıqmətn tipli mənbələrdə rast gəlinən bu və yaxud digər təzahür formasına görə növlərə ayrılır:
Yazı işində sadəcə başqalarının sözündən və fikrindən istifadə etmək plagiat sayılmır. Tədqiqat işlərini hazırlayarkən, öz məhsulunuz olmayan və başqa yerlərdən istifadə etdiyiniz hər şey plagiat ola bilər. Bunlara nümunə olaraq aşağıdakı elementləri göstərmək olar.
Bəzən bəzi insanlar bilərək plagiat yazılar hazırlasa da, bir çox hallarda plagiarizm ehtiyatsızlıqdan baş verir. Yazı işi hazırlayarkən aydın məsələdir ki, siz başqa mənbələri oxumalı, onlardan faydalanmalı və öz işiniz üçün istifadə etməlisiniz. Akademik sahənin ən bəsit təməli budur. Başqalarının işlərini oxuduqdan sonra boşluqları görüb, öz töhfənizi vermək. Ona görə də elm daim öz-özünü təkzib etməlidir. Yazı, tədqiqat işi və dissertasiya yazarkən istədiyiniz qədər mənbəyə müraciət edib, araşdırmaq haqqınız var. Bununla işinizin təməlləri daha sağlam olur. Ancaq istifadə etdiyiniz mənbələrə düzgün istinad verməsəniz, yazı içində düzgün formatlama qaydalarından istifadə etməsəniz, işinizdə plagiarizm olacaq, hətta buna yol vermədiyinizi düşünsəniz belə. Ona görə işinizin akademik etik qaydalara uyğun olması üçün dörd vacib nüansa diqqət yetirməlisiniz:
Mətni parafraz etmək isə sitatdan fərqlidir. Burada siz mənbədə olan fikirlərin və ya məlumatların mənasını dəyişdirmədən öz sözlərinizlə yenidən yazırsınız. Ancaq çox diqqətli olmalısınız, düzgün formatlanmadıqda istifadə etdiyiniz fikirlər plagiata çevrilə bilər. Plagiata yol vermədən parafraz etmək bir növ strategiya və söz bazası tələb edir. Yəni burada siz istifadə olunan fikirləri öz sözlərinizlə elə ifadə etməlisiniz ki, oxucu həm onu anlasın, həm də digər işlərdən götürüldüyünü düşünməsin. Parafraz etdikdə sözlərin sinonimlərindən və ya oxşar versiyalarından istifadə etmək olar, ancaq cümlənin strukturu tamamilə fərqli olmalıdır. Bununla belə ideya başqasına məxsus olduğu üçün istinad göstərilməlidir.
Nümunələrdə parafrazlaşdırılmış, original və plagiat mətnləri görürsünüz. Birincidə müəllifin əsas fikri yenidən ifadə edib yığcamlaşdırdığı görülür; cümlə quruluşu və məlumat sırası da dəyişdirilib. Plagiat nümunədə isə mətn eyni olmasa da, eyni ifadələr çoxluq təşkil edir; cümlə quruluşu və məlumatların sırası olduğu kimi qalıb. İstinad göstərilsə də, yoxlamada böyük ehtimalla plagiat kimi görünəcək.
Plagiat proqramlarına keçməmişdən əvvəl parafraz proqramlarına nümunə göstərək. Hazırda böyük kütlənin istifadə etdiyi iki əsas platforma var: Quilbot və Paraphrasing tool. Hər iki platforma işinin öhdəsindən gələ bilir. Quilbot proqramının Word əlavəsi də var. Yazı yazarkən bu əlavə sizin işinizi daha da asanlaşdıracaq, çünki əlavə addımlara gərək qalmadan, proqram daxilində parafrazdan istifadə edə bilərsiniz. Bu proqram cümləni parafraz etdikdən sonra sözləri sinonimləri ilə dəyişə biləcəyiniz hissələri də göstərir. Ancaq hər iki proqramı istifadə edərkən, diqqətli olmanız lazım olan bəzi nüanslar var. Birincisi bu proqramlar süni zəka alqoritmasında çalışdığı üçün göstərdiyi nəticələr original fikirdən tamam fərqli ola bilər, yəni əvəzlədiyi sözlər məntin konteksinə uymaya bilər. Ona görə hər dəfə istifadə etdikdə, cümləni bir dəfə də özünüz diqqətlə oxumalısınız. İkincisi, bu proqramlar bəzi hallarda qrammatika qaydalarına da riayət etmir. Qrammatika qaydaları akademik mətnlərdə çox önəmlidir və qrammatikası yaxşı olmayan mətn hər nə qədər güclü araşdırma olsa da, zəif təsir bağışlayır. İndi isə keçək plagiat proqramlarına. Siyahını əvvəlcə ödənişli proqramlardan başlayıb, daha sonra ödənişsizləri nümunə çəkəcəm. Qeyd etdiyim proqramları təcrübədən keçirmişəm və söz verdikləri kimi işləyirlər.
Birinci sırada Scribbr gəlir. Bazarda mövcud olan ən böyük plagiat proqramlarından biridir. Öz bazasında milyonlarla materiala sahibdir və Turnitin məntiqi ilə işləyir. Qiymətləri isə istifadə məqsədlərinə görə dəyişir. Bahalı proqram kateqoriyasında olmaqla, 20 dollardan başlayır və maksimum aldığı məbləğ 40 dollardır. İşiniz hazırlayıb bitirdikdən sonra plagiarizmin ciddi yoxlanacağı bir yerə göndərirsinizsə, onda bu qiymətlərə bu platformanı istifadə etməyə dəyər. Platformadan qeydiyyatdan keçdikdən sonra yazınızın söz aralığını seçib, ona uyğun ödəniş edirsiniz. Proqram isə sizə detallı hesabat çıxararaq, yazınızın yoxlanılmış halını təqdim edir.
Ödənişsiz plagiarizm proqramlarına isə iki əsas onlayn platformanı nümunə göstərə bilərəm. Bunlardan birincisi Plagiarisma.net, ikincisi isə Plagiarism detectordu. Bu iki platformanın digərlərindən fərqi sayt daxilində hesabat verməsi və simvol limiti olmasıdır. Daha çox funksiyadan istifadə etmək üçün qeydiyyatdan keçməlisiniz. Plagiarism detector ödənişli versiyada daha çox imkan təqdim edir, ancaq ödənişsiz versiya da sizin işinizə yarayacaq. Burada etməli olduğunuz, mətni kopyalayıb platformada yoxlamaqdır. Bəzi ödənişsiz plagiat platformaları sizin yazılarınızı yaddaşda saxlayır və növbəti dəfə yoxlayanda onu plagiat kimi göstərir. Bu iki platforma mətnləri yaddaşda saxlamır və rahatlıqla istifadə edə bilərsiniz. Həm parafraz, həm də plagiat platformalarını eyni anda istifadə etməklə arzuladığınız nəticələri əldə etmək olar.
f5d0e4f075