Xaricdə daimi yaşayan, etibarlıq müddəti bitmiş və ya səhifələri dolmuş pasport sahibləri, xarici ölkə ərazisində pasportunu itirmiş şəxslər və ya yeni pasport almaq istəyən Azərbaycan Respublikası vətəndaşları artıq yeni nəsil biometrik pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin Konsulluq şöbəsinə müraciət edə bilərlər. Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə və şəxsiyyət vəsiqəsinin əsli ilə birlikdə şəxsən Səfirliyə gəlməlidir. Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada AR Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.
Xarici ölkədə pasport oğurlandığı və ya itirildiyi təqdirdə səfirlik və konsulluqlarımız tərəfindən vətəndaşın şəxsiyyətini və vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsində operativliyin təmin edilməsi məqsədilə xarici ölkəyə səfər etməzdən öncə pasportun və şəxsiyyət vəsiqəsinin surətinin çıxarılması tövsiyyə olunur.
Azərbaycan Respublikasının ümumvətəndaş pasportu (bundan sonra pasport) - onu daşıyan şəxsin vətəndaşlığın və şəxsiyyətini təsdiq edən sənəddir. Pasportun etibarlıq müddəti bitdikdə və ya səhifələri dolduqda vətəndaş yeni pasport almalıdır. Bütün pasportlar ölkə daxilində - Azərbaycanda rəsmiləşdirilir. Vətəndaşın xarici ölkədə daimi yaşaması və pasportunun etibarlıq müddətinin bitməsi onun vətəndaşlığının xitamına səbəb olmur.
Xaricdə daimi yaşayan, etibarlıq müddəti bitmiş və ya səhifələri dolmuş pasport sahibləri, xarici ölkə ərazisində pasportunu itirmiş şəxslər və ya yeni pasport almaq istəyən Azərbaycan Respublikası vətəndaşları artıq yeni nəsil biometrik pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin konsulluq bölməsinə müraciət edə bilərlər. Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədlərlə və şəxsiyyət vəsiqəsinin əsli ilə birlikdə şəxsən Səfirliyin konsulluq bölməsinə gəlməlidir. Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada AR Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.
Xaricdə daimi yaşayan, etibarlıq müddəti bitmiş və ya səhifələri dolmuş pasport sahibləri, xarici ölkə ərazisində pasportunu itirmiş və ya pasportu oğurlanmış şəxslər, habelə18 yaşı tamam olan Azərbaycan vətəndaşları yeni pasport almaq üçün Səfirliyin konsulluq şöbəsinə müraciət edə bilərlər. Müraciət edən şəxs müvafiq qaydaya uyğun ardıcıllıqla tərtib edilmiş sənədləri Səfirliyin konsulluq şöbəsinə təqdim etməlidir. Qaydaya uyğun tərtib edilməyən və ya səliqəsiz hazırlanmış sənədlər baxılmadan geri qaytarılacaqdır.
Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.
Qeyd olunan Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə müvəqqəti və daimi yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.
Əgər Azərbaycan Respublikasının vətəndaşı xarici ölkə ərazisində olarkən ümumvətəndaş pasportunu itirərsə, və yaxud onun pasportun oğurlanarsa, yararsız hala düşərsə və etibarlılıq müddəti bitərsə, vətəndaş bu barədə dərhal Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğuna məlumat verilməlidir.
Maddə 14. Vizaların rəsmiləşdirilməsi Viza almaq üçün əcnəbilər gəlişin məqsəd və müddətini göstərməklə, viza verilməsi haqqında ərizə ilə (şəxsən və ya nümayəndəsi vasitəsilə) ölkəsində və ya üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda isə birbaşa müvafiq icra hakimiyyəti orqanına müraciət edərək, tələb olunan sənədləri və viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənədi ərizəyə əlavə etməlidirlər. Viza rəsmiləşdirilməsi Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.Turistlər viza almaq üçün turizm şirkətləri vasitəsilə müraciət edirlər.Turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) müraciət edə bilərlər. Bunun üçün əcnəbilərin yaşadığı ölkədəki Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına, Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları olmayan ölkələrdə yaşayan əcnəbilər üçün isə üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına müraciət edilir. Elektron qaydada viza almaq üçün səfirliklərin və konsulluqların internet informasiya ehtiyatlarında yerləşdirilmiş elektron ərizə-anket doldurularaq, şəxsin pasportunun, fotoşəklinin, dövlət rüsumunun ödənilməsi haqqında sənədin və səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiq edən sənədlərin (turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiq edən sənəd) skan edilmiş surətləri elektron qaydada səfirliklərə və konsulluqlara göndərilir. Sənədlər daxil olduqdan sonra onlara qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılır və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edənin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış məlumat verilir.Elektron qaydada verilən viza pasporta yapışdırılmır və sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunur. Sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən pasportda və vizada şəxsin Azərbaycan Respublikasının ərazisinə daxil olması və Azərbaycan Respublikasının ərazisini tərk etməsi barədə qeyd aparılır.Elektron qaydada verilən vizanın maşınla oxuna bilən xüsusi kodu olur. Elektron qaydada verilən viza blankının təsviri və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.Turistlərə viza almaq üçün turizm şirkətləri şəxsin sənədlərini həmçinin poçt vasitəsilə Azərbaycan Respublikasının səfirliklərinə və konsulluqlarına göndərə bilərlər. Sənədlər səfirliyə və ya konsulluğa daxil olduqdan sonra onlara qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılır və viza rəsmiləşdirilərək, şəxsin pasportu və digər sənədləri (səfirlikdə və ya konsulluqda qalmalı sənədlər istisna olmaqla) poçt vasitəsilə turizm şirkətlərinə qaytarılır. Viza verilməsindən imtina edildikdə, sənədlər müvafiq məktubla geri qaytarılır.Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizənin forması və dövlət rüsumunun məbləği, habelə Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları olmayan ölkələrdə yaşayan əcnəbilərə viza alınması üçün müraciət olunmalı üçüncü ölkələrdə Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları barədə məlumat müvafiq icra hakimiyyəti orqanının, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilir.Viza verilməsi haqqında əcnəbilərin ərizələrinə əlavə edilən sənədlərin siyahısını Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, onlardan tutulan dövlət rüsumunun məbləği isə qanunla müəyyən edilir.Viza verilməsi haqqında əcnəbilərin ərizələrinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının səfirlikləri və konsulluqları onlara müraciət olunduğu gündən ən geci bir ay keçənədək, onların səfəri təcili müalicəsi, yaxud Azərbaycan Respublikasında yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiq edən sənəd təqdim olunduqdan ən geci 48 saat keçənədək baxırlar. Turistlərə viza verilməsi haqqında ərizələrə müraciət edildiyi gündən ən geci on beş iş günü keçənədək baxılır. Bu Qanunun 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş hallarda viza verilməsi haqqında xahiş, səbəbləri yazılı şəkildə ərizəçinin nəzərinə çatdırılmaqla rədd edilir və onun təkrar ərizəsinə imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır.Viza verilməsi haqqında ərizəyə baxılmasında süründürməçiliyə yol verilməsindən və ya ərizəyə baxmaqdan imtina edilməsindən əcnəbilər inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
dafc88bca6