Məlumatınız olsun ki, internet banka yalnız öncədən təyin olunmuş ya ASAN imza, ya da SMS vasitəsi ilə daxil ola bilərsiniz. Eyni zamanda hər iki tipi istifadə etmək imkanı mövcud deyil. Əyər, Sizə öncədən SMS və istifadəçi adı vasitəsi ilə daxil olmaq imkanı verilibsə, ASAN imza ilə daxil olan zaman qeyd edilən xətanı alacaqsınız:
Authentication method is not assigned.
Nəzərə alın ki, əgər büdcə və vergi ödənişlərini etmək istəyirsinizsə, bu zaman Ölkə daxili deyil, büdcə ödənişlərini seçməyiniz lazmıdır. Belə ki, həmin hissə vasitəsilə siz büdcə klassifikasiya kodu və büdcə səviyyə kodunu yığmalısınız.
İstənilən əməliyyatın (Ölkəxarici ödənişlər daxil olmaqla) ödəniş tapşırığını Hesablar -> Hesabdan çıxarış bölməsindən, vaxt aralığını və Ödəniş hesabını seçərək axtarışa verə bilərsiniz. Bu zaman, Ödənişlə bağlı məlumatın Əməliyyat Nömrəsi-ə sıxaraq Ödəniş tapşırığını yükləmək və çap etmək mümkündür.
MT SWIFT formatında çıxarışların İnternet Bank vasitəsilə alınması qısa zamanda mümkün olacaqdır. Hal-hazırda SWIFT çıxarışını ödəniş tapşırığı formasında Bankın möhürü ilə və ödənişə daxil etdiyiniz bütün məlumatlarla ala bilərsiniz. MT formatında SWIFT məlumatlarını isə filiala müraciət edərək emailinizə ala bilərsiniz.
Bildirmək istərdik ki, internet bank daxilində olan hesabdan çıxarış forması sizin cari gün ərzində olan hesabdaxili hərəkətləri göstərmək üçün istidadə edilməlidir. Biz bu məlumatları 24 saatlıq müddət daxilində istifadə etməyi, daha dolğun əməliyyat məlumatlarına isə növbəti gün hesabınız barəsində sizə elektron məktub formasında gələn çıxarışdan almağı tövsiyə edirik.
Ödəniş tapşırığı almaq üçün əməliyyat nömrəsinin üzərinə tıkladıqda, əməliyyatlar Ölkədaxili, Valyuta mübadiləsi və Vergi ödənişidirsə Ödəniş tapşırığının içərisində komissiya məbləğini görə bilərsiniz. Əməliyyat SWIFT əməliyyatıdırsa komissiya malumatı Ödəniş tapşırığında qeyd edilməyəcək. SWIFT əməliyyatlarında komissiyanı, hesab üzrə çıxarış məlumatları arasında görə bilərsiniz.
Əgər rəhbər şəxs əməliyyatları Təsdiq gözləyən əməliyyatlar pəncərəsindən imzalayırsa o zaman yeni yaradılmış əməliyyatı imzalanacaqların siyahısında gömrək üçün Yenilə () düyməsini sıxmaq lazımdır. Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan daxil olur amma imzalanacaqlar siyahısında həmin əməliyyatı görmürsə Əməliyyatlar bölməsində Başlanmış əməliyyatlar-dan ödənişin hansı statusda olmasını yoxlamaq lazımdır. Ehtimal var ki, əməliyyatı yaradan sonradan əməliyyatı silib.
Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan daxil olur amma heç bir əməliyyat görmürsə, o zaman Müştəri xidmətlərinə müraciət edib, bunu bildirmək lazımdır. Ehtimal var ki, sizin istifadəçi əməliyyatları təsdiqləmək üçün sazlanmayıb.
Kütləvi ödəniş faylında Öz hesablarınız arasında, Bankdaxili, Ölkədaxili, Vergi və büdcə, Ölkəxarici ödənişləri etmək mümkündür. Bir kütləvi ödəniş faylında bütün qeyd edilən ödənişləri yığmaq və bir imza ilə əməliyyatı həyata keçirmək imkanı var.
Birləşmiş Krallığa aid olan səlahiyyətli orqanların verdiyi sənədlərin xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən qəbul edilməsi üçün leqallaşdırılma yolları. Birləşmiş Krallıq sənədlərin ölkə daxilində istifadəsi üçün leqallaşdırılmasını tələb etmir.
df19127ead