ÖZ TÜRKÇƏ SÖZCÜKLƏR
Dillə eləcədə sözcüklərlə bağlı danışıb yazmaq , bilgi ötəsi sorumluluq istər. Bu sorumlulğa titiz düşüncə yürütməklə souynmaq olar . Bilik yerinə olasılıqlara sarılaraq düşüncə yürütməklə, qaş düzəldiyimiz yerdə göz çıxardarıq . Ona görədə bir ulusun ana varlığı olan dilə sayqılı davranıb, biliklərimizlə önərilərimizi özəl düşüncələrdən uzaq içdənliklə sunmalıyıq . Bu yoldə Azərbyacanda əskidən " terminolji komitəsi " Türkiyədə isə " Türk dil kurumu " yetərli olmasada çalışmışlardır . Bu suçlamamın nədəni bu iki ölkəyə dil vergisi vermədən soxulan minlərlə yabancı sözcüklərin olmasıdır. Bunların soxulmasında dildən sorumsuz görünən alverçi , muğənni , işçi, siyasətçilərin yanında , dildən sorumlu olmaları gərəkən yazıçıların , qoşuqçuların, fəlsəfəçilərin , qəzetəçilərin , dilçilərində yabancı söz vurğunluğundan dolayı payları vardır . Bu vurğunçuluq qarşısında savaşmadan uduzmuş durumda olaraq yabancı sözcüklərə özgəçilik ( kapitülasyon) payı veririk .
Yuxarıda adlarını çəkdiyim dildən sorumsuzlara bu yöndə bir söz deyilərsə, çiyinlərin silkələməkdan başqa nəsnə deyəcəkləri olmaz . Ancaq dildən sorumlu olanların bu yöndə suçlamalar qarşısında yersiz , anlamsız yorum yozumdan başqa nə deyəcəklərini bilmirəm . Bunların bir çoxları " Sözün doğrusuyla " anlamlı dilçilikdən uzaq yalnız " məndə " varam demək üçün toplumu çaşbaş salmaqdan başqaq nəsnə edəməzlər .
Ömər Faiq Nömanzadə hardasa 100 il bundan öncə demiş " iyrənmiş ərəb , fars sözlərini yan yana düzüb, ədəbiyat demək , ədəbiyatı bilməmək deməkdir " . Bu anlamda alışılmış , ölməz ( klasik ) denilən bir çox nazimi qoşuqçu alaraq çiyinlərimizə yüklmişlər , daşıtdırırlar . Salman mümtaz M . Ə. Sabirə Türk qoşuqçularından hansını bəyəndiyini sormuş. Sabir N. Kamalla , R . Əkrəmin adlarını demişdir . S . Mümtaz isə , T . Fikrəti sorduqda " O ərəb şairidir " yanıtlamışdır .
Doğrusu bu gün əruz dışında yazılan Y. Əmrədə, Q. Burhanətdindən , Tufarqanlı.Abbasdan öz türkcə bir dizi oxurkən , yüz illər ötsədə dilmanca eləcədə yorum yozuma gərəkmi var !? Bu əngin göy kimi açıq Türkcədir, ərəb saçı kimi qarışıq əruz deyildir . Ona görədə Kaşğarlı Mahmut çəkinmədən Bağdada öz Türkcəsilə axın etmış , şımarıq ərəb xəlifəsinə " Türk atı ərəb atından yürək olduğu kimi , Türk dilinində ərəb dilindən yürək olduğunu bildirmiş " . Bu biliklə ürək işini Y. H. Hacəb QUTADQU BİLİKlə süsləmış , Türkcəyə dırnaq ucu yan baxanları Ə ,Ə , Nəvayi eyləmlərlə( Fiillərlə) məhkəməlik ( Muhakimətülluğətenlə ) etmişdir .
Fuad Köpürlünün " Dədə qorqudu tərəzinin bir tayına , qalan klasik Türk ədəbiyatını o bir tayına qoysan, dədə qorqud ağır basar " deməsi doğrunu yansıdır. Bu gerçəkliyi dartışmaq , Türk dilinin özəlliklərini bilməyənlərə söz payı verə bilər . Onun ötəsi çənə yormaq üçün yorum yozum ola bilər . Dədə qorquda olan deyim biçimlərini biriləri ilkin yazım örnəkləri kimi görürlər , ancaq onlar gerçək Türk tümcələrini yansıdar. O tümcələr ilkinliyi kimi də gözəlliyilə özəlliklərini qoruyub saxlamışlardır . Bizm bu gün çeviri dillə danışdığımız aydındır. Tümcə vurğularımız ərəb, latin , ingilis dillərindən çevirmələrdir . Buna görədə Türkcənin sözcükləri tümcəyə uuym saxlamır. Bu nədənlə dilimizə yabancı sözcüklərin girməsi erkən mənimsənir .
A .M .Vongaben " Əski Türkcənin grameri" yapıtında deyir : " İndiyə kimi Türkoloqlarla dilçilər, gerçək Türkcənin diltörəsini anlıyamamışlardır ". Dədə qorqudu oxurkən dodaqların arasında qalan o gözəl Türkcənin dadına doymamağın nədənidə bu ola gərək .
İndiyə kimi Türkcəni topluma sevdirməmişik desəm , suçum boyun qırmaz . Bildiyimiz kimi bir çox xaqanlarımızda Türkcədən hürkmüş , özgəyə tapınmış , " özgə çıraqlarına yağ olmuşlardır ". Bunların saysız örnəkləri geçmişliyimizdə ( tariximizdə ) vardır. Mən bunun ana nədənlərini belə özətlirəm :
1- Egemənlik öncüllüyü : Türk xaqanları egemənlik dönəmlərində öncüllüyü siyasi , əsgəri yönətimə vermiş , öz dilinə qarşı sorumluluq duymamış , bunun tərsı başqa dillərə qayğı göstərmişlərdir . Qəznəli Mahmutdan , Qacar, osmanlı saraylarına kimi bir çox örnəkləri vardır . " özü Türk oğlu Türk , Amma deyir Türkü cəhalətdir " ( M . Şəbüstərli )
2 – Ülkü düşgünlüyü : Xaqanlarımız bütün geçmişlərini egemənlikləri üçün yadırğayıb , unutqanlığa vardıqları kimi , qoşuqçularımızla bilginlərimizdə yansılama eləcədə sayruluğuna tutulmuşlardır . Ona görədə özgə ölçütlərlə " Bu düşvar asan olmamışdır ". Toplumla bilginlər eləcədə qoşuqçuların aralarında anlaşılmazlıq duvarı hörülmüşdür. İslam inancının aşıladığı ərəbcə egemənliyidə Türkcənı dar alana sıxışdıraraq yeni sözcüklərin törənməsini qısıtlamışdır .
3- Dil bilgisizliyi : Üstə yorumladığım iki ana nədənin aşıladığı sonucu ,Türkcə doğru düzgün incələnməmiş , onun gəlışmə yolları göstərilməmişdir . Bu nədənlə Türkcəyə qarşı bir ön yarğı söz konusu olmuş , bilimdən dışlanmışdır .
Bu son nədənlə bağlı bir az genış yazmağı düşünürəm . Umarım yorumlarımda gerçəkləri deyə biləm .
Türkcənin gözəl özəlliklərini bilmədən , dil bilgisindən uzaq əskidən ərəb , fars indisə avropa dillərinə vurqunluq duyulub , Türkcə sözcüklər kölgədə qalmış , unudulmuşdur . Bunun yorumunda dilçilər sürgünə göndərdikləri Türkcələri " arxeyqləşmış " deyə dışlar , yabancı sözcüklərə " vətəndaşlıq " vermədə sakınca duymamışlardır . Bu işində bir nəçə nədəni vardır . Biriləri bilikli olaraq Türcəyə qarşı qaşınmalarından ( alerji) dolayı bu işi görərlər. Onlara nədən bu işi gördüklərini sorarsan dillərini ayaxlarından uzun göstərərək " Türkçə bilim dili deyil ", " yetərsizdir " kimi anlamsız nədənlərlə öz bayağılıqlarını göstərərlər . Bu kəsimlə dillə bağlı söz verib, almaq yersızdır. Biriləridə yabancı sözcüklərdən pozla bilik süsü olaraq yararlanırlar . Bunlarında ağızlarına " nə böyük söyləyirsən " deməklə anı dağlarına yolamaq olar . Ancaq biriləri isə bunu dilçilik adına görürlərdir . Bunlar qaranlıq düşüncələrə qapılıb, dediklərində dirənər , gerçəyi bilsələr belə üzlərinə gəlməzlər . Bunlarla doğrudan savaşmaq gərəkir . Bunlar sözdə bu ulusun dostusalar, işdə qənimidilər . Bu nədənlə onların bellərinə yüklənmiş ad sana baxmadan öz dillərilə danəşmaq gərəkir.
Türkçəni indiyə kimi qoruyan dilin özü olmuşdur . Dilin səs uyuşumula ( ahəng qanunu) əklərin çoxluğu bu qorunmanın təməli olmuşdur . Səs uyuşumu dilin pozulmamasını , eklər isə yeni sözlərin yaranmasınıa olanaq sağlamışlardır . Türk dili matimatik kimi düzənli bir dil olmağıyla yanaşı , döğa musiqisi dilidir . Bu dildə doğada olan bütün səslərdən fiil düzəltmək olar . Örnək üçün "Ş " şaqqıldadı , " T " Taqıldadı , " z " zıqqıldada, ... Bir sözlə Türkçəylə doğanın bütün varlığını çizmək olar . Gələcəkçi ( fütürist ) N. Hikmətin qoşqusunun en gözəl yönlərini bu doğa səsləri duydurur . Bu səslərdən yaranan sözlər Türkçəyə özəldir . Belə bir özliklərlə varlı olan dili dilnçiliyə götürmək bilim adına olduğu kimi insanlıq adınada yaraşmayır . Bu dilənçi dilçilik Türkçəni yoxluğa götürən bir yoldur . Buna onay verənlər bu dilin qənimləridilər .
Biriləri bunu dil alış verişi olaraq görürlərdir . Ancaq burada yanılırlar. Türkçənin Yapı özəllikləri geçmişdə basqısı altında tutulan ərəb, fars inidisə Avropa dillərindən ayrıdır . Bu dillərdən gələn sözlər Türkçənin özəlliyi olan səs uyuşumuna uymaz , dildə qarışıqlıq yaratdığı kimi deymdədə çətinlik çıxardar . Bu konunun başqa bir olumsuz yönünü eski TDK başqanlarından Prof. Dr. H. Zülfikar belə dəyərləndirir :
" Yabancı kökənli termin Türkçəsini / Türkçədə bu kəlməyə qarşılıq bulunmaz , bu kavram Türkçə olaraq ifadə edilməz . Bulunan qarşılıq əsas anlamı verməz / gibi çeşitli səbəblər irəli sürərək kullanmamak bir bakıma düşüncənin olgunlaşmasına ,bilginin yayılmasına əngəl olmak deməkdir . Türətilən kəlmələrin zamanla anlam gennişləməsinə uğradığı bir gerçəktir . "
" Konu öğrenim çağında bulunan öğrənciler açısından çok daha önəmlidir . Konsantrasyonla , rezistans terimləri dilimizdə yoğunlaşma ilə dirənç sözlərilə karşılanıyor . Öğrəncilər bu Türkçə kəlmələrin tanımlarını öğrənmədən öncə köklərdəki anlamlardan eklerdeki görəvlərdən bəlli bir çağrışıma ulaşarak bu sözləri kavraya bilməkdədirlər . Halbuki batı dillərindən geçən karşılıklarını özəl olaraq öğrənmək zorundadırlar . Bu tür kelimelerin telafuzlarıla yazımlarıda öğrəncıyə ek bir yük gətirir ". ( Terim sorunları, terım yapma yollar . s . 25- Prof . Dr. H. Zülfikar)
Məncə yabancı sayruluğuna tutulanlara , gərəkən yanıt yetərincə bu tümcələrdə verilmişdir . Nədənsə biriləri Türkçəyə qaşınmalarından dolayı yenədə başqa olumsuzluqlar irəli sürürlərdir . Bunlar bilincdən uzaq içlərində olan pıslıyı araya qoymaqdadırlar .
Türkçənin dil özəlikləri egemən olan dillərdən ayrı olduğu üçün , onlardan borc almada öz varlığını itirər yavaş - yavaş başqalaşmağa doğru gedər .
Min ildən artıqdır Türkçəyə ərəbcəilə farscadan çoxlu sözlər gəlmişdir . Bu sözlər bu dilin özəliyini daşımadıqları üçün qısır qalmış , ölülərilə də bu dilə yük olmuşdur. Bu gün belə Azrbaycan Türkcəsinə baxsaq bu iki yabancı dilin sınlaqı ( məzarlığı ) durumunda olduğu görünür. Bir çox sözlər anlamlarını belə dəyişmiş , köksüz duruma gəlmişlərdir . Sözlərin yaranmasında mitilogiyanın etgən olduğunu düşünsək , bu yanlış işlə bilimlə insanlığa nə kimi pislik etdiyimiz aydın görünər . Biz dilənçi dilçiliklə yalnız öz geçmişimizi baltalamır başqa uluslarında uyğarlığını pozuruq ( Təhrif edirik ) . Bu gün ölü ( arxeiq) söz deyə arı Türkcə sözləri tapıb üzə çıxartmaq , geçmişliyimızə ışq tutmaq , Türk uyğarlığının yeni araştırmalarına götürər bizi. Örnək üçün ərəbcəsini işlətdiyimiz " həkim " sözü " yerinə Divani luğatı Türkdə olan " sağucu " sözü bütün yönlərilə ağır bastığı kimi bir bilim uyğarlığınında göstərgəsidir . Həkim sözünü bütün bitikləri toplayaraq Türkcələşdirib , bir Türkə anlatmağın çətinliyni bilməmiz gərəkir . Ancaq yazıb , oxuması olmayan bir Türkə "sağatmaq " fiilindən "sağucu " adının düzəltilməsini açıqlayıb , anlatmaq çətin olmaya gərk . Biz yüzlərlə yaşaya biləcək sözlərimizi öldürməklə öz geçmişimizi baltalar, qırımlara ( duşmanlara ) " Ətraki bi idrak ", " köçəri , bayağı Türk " kimi qara yaxma söz payı veririk . Örnək üçün , 1 000 ilə yaxın yaşı olan bir bitiktə ( Divani luğati Türkdə ) ütü (ütük) sözünün olmasi dərin Türk uyğarlığının aydın göstərgəsidir . Yüzlərlə belə sözü sürgünə göndərərək özümüzü gülünc duruma gətirib , dədələrimizin üzünə kölgə salmışıq .
Bu yabancı sözlər yalnız Türkcəni dilsiz etməmiş , dilin yumuşaqlığında əlindən almışdır . Bu sözlər ipəyə yamanan bez kimi əprik , yaraşıqsız olduqlarından səs uyuşumuna da uymadıqlarından dili də topolamaya götürmüşdür . Azərbaycanın əski dilçilərindən olan Fərhatzadə !926.cı ildə yazdığı ( nə üçün ərb əlifbası Türk dilinə yaramaz ) yapıtində belə bir sonuca varır . Ərəb əlifbası bir dağıdıcı qoşundan çox Türk dilini dağıtmışdır . O , yapıtında bu konunu çox dərindən incələmiş , bilkli olaraq bu sonuca varmışdır . İnanc yoluyla soxulan ərəb , fars sözcüklərinin dağıdıcılığı da o əlfabedən az olmamışdır .
Məncə Türkcənin söz törədən əklərini başqa dillərin fiilərilə tartının gözlərində ölçərsək, eklərimiz ağır basar . Doğanın bir səsindən minlərlə fiil , fiillərdən çeşitli ad, sifət düzəldə biləcək bir dilin yaramaz dilənçiliyə gərəyimi var !? Yazıb oxuması olamyan dədələrimiz gərəyində altun kimi gözəl sözcükləri düzəldib , bizə ərməğan etmişlərdir. Biz bunu başara bilmiriksə suçu dildə deyil , öz biliyimizdə , bacarımızda bilməliyik .
Bu gün dilin qorunub saxlanması eləcədə gəlişməsi yazqan əlinə alıb , dildən yararlananların borcudur. Bu nədənlə yabanı sözcükləri gömrükdən girmədən öncə yaxalayıb , adını dəyişdirərək Türk ölkələrinə giriş verilməlidir . Bu yolda dilçilərlə yanaşı yazıçının , qoşuqçunun , gəzetəçinin də ulusal görəvlərindən biri bu olmalıdır . Bir ölkəyə girən kiçik bir maldan vergi alındığı kimi , söz vergisinində alınması gərəkir . Yoxsa dil yabancı dillərin atıqlığına çevrilə bilər . Bu iş görülərkən Sayın Prof. Dr .H . zülfkarında bir uyarsını göz önündə tutmamız gərəkir .
" Terim türətmək mekanik olaraq bir köklə bir əki birləştirmək demək deyildir . Bu bəsit işi hər kəs yapa bilir . Terim yaparkən dilin incəliklərini bilmək , kəlmənin səs , ahənk , yapı yönlərini hesaba qatmaq , qarşılayacağı kavramı hər yönüylə iyi dəğərləndirmək gərəkir . Ötə yandan türətiləcək kəlmənin bir istetik yanının da bulunması gərəkdiyini unutmamaq gərəkir ". ( Terim sorunları , terim yapma yollar . S. 40 )
Bu konu sözcük düzəltmə yolunda çox önəmlidir . Türkiyədə "camaşır makinesi " , Azərbaycanda isə " paltaryuyan maşın" deyə işlənir . Türkiyədə düzəldilən sözün türkcəylə yaxından uzaqdan ilgisi yoxdur . Farsca bir adla ( came ), fiilə (Şır , şostən) latincə ad ( makin ) artılaraq düzəldilmışdir . Nədənsə Türkiyədə Türk qardaşlarımız dedikləri başqa Tür ağızlarından yaranmağa ərinmışlərdir . Bu gün Azərbaycanda toplumun mənimsədiyi çox gözəl Türkcə sözlər vardır , bunların yerınə Türkiyədə indi də yabancı sözlər işlənir . Örnək üçün bütün türk dilinin özəlliyini , gözəlliyini daşıyan " çimərlik " sözü , "plaj " yerinə işlənir . Yazıb oxuması olmayan qoyuna çimənlikdən danışsan anlayacağı kimi , yazıb oxuma öyrənməyən çoçuğa da çimərlikdən danışsan " o nə " deməyəcəyi aydındır . Ancaq nədənsə üzü batıya mıxlı Türkiyədə bu yöndə sözdə qardaşlıq varsadə , iştə görünmür .
Söz düzətməkdə sözün gözəlliyinin , yumuşaqlığının toplumun mənimsəməsi açısındanda önəmlidir . Bu gün Türkiyədə devlətin dilə azda olsa qayğsından dolayı öz Türkcə minlərlə yeni sözü topluma mənimsətdirilmişdir . Bu sözlərin içində yüzlərlə səs uyumuna yumayan sözlərdə vardır, ancaq toplum bunları gərksinim olaraq mənimsəmişdir .
Türk dilinin kurallarına uyaraq yeni sözlər yapılmalı , geçmışdə olduğu kimi səs uyumuna uymayan sözlərin düzəltməsi aza endirilməlidir . Mən Azərbaycanlı qoşuqçu R. Rızanın " Tərcümeye hal yerinə " , önərdiyi " illərliyi " sözünü Türkiyədə mənimsətilən " öz geçmiş " sözündən daha gözəl eləcədə doğru bilirəm . Burada qoşuqçunu incə ruhu sözü bayağılıqdan uzaq mum kimi yumuşatmışdır . Una görədə söz yaradılarkən qoşuqçılarında düşüncələrini alarsaq qazancımız çox olar .
Türkçənin söz düzətmək olanağı dartılışacaq deyildir . Bu gün acunun ən uzun sözü olaraq bilinən " Çekoslavakiyalaşdıramadıqlarımızdanmısınız ?" Bir muzik deyilsə nədir !? Neçə kəz söz hallanıb , anlam dəyişib , Türkçə əklərin uyumundə pozuqluq yoxdur. Bax budur dil teknolijisi .
Burada F. H. Dağlarcanın bir sözünü anımsayıram . " Mən Türkçəmi yüzdə doxsana çıxartmışam ." 50 ildən artıq bu sözü deyən ulusun yeni quşaqları nədən övünərək deməsin " mən yüzdə yüz Türkçəylə yazıram ". Bu yüzdə 90 o böyük qoşuqçunun səzünü əzik deyil çox dadlı , çoxda gözəl göstərmişdir .
Burada Şəhryarın bir dizəsini demədən geçəmirəm. " Türkün dili tək sevgili istəkli dil olmaz özgə dil qatsan bu əsil dil əsil olmaz " .
Burada deyinəcəyim başqa bir konu isə, ərəbcəldən aldığımız " və "ilə farsçadan aldığımız "ke , ki " bağlaclarıdır . Tümcə tikimində iri sap yerinə işlənən bu bağlaclara gerçək Türkçədə yer yoxdur . Bunlar Türkçənin sözdizimini ( sentaksını) pozmuş , dilin axıcılığını önləmişdir . Dədə korkutda mirzənin suçundan bu bağlaclar azda olsa vardır . Bunlar olmayan yerdə dədə qorqud bal kimi dadlı , çay suyu kimi axıcıdır . Bunlarsız tümcələrimiz daha gözəl daya axıcı olur, deyə düşünürəm . Bunlar diltörəmizi en etgiliyən eləcədə pozan etgənlərdir . Bunların yerinə dilimizdə "la , lə , ila, ilə ", " kən , " kimi doğma bağlaclarımız vardör . Ərəblər kimi " Leyli və məcnun " deyildisə , Türk kimidə " Əslilə ( ilə ) kərəm " daha çox deyilib mənimsəndi . Bu iki yabacı bağlacda bir bayağılıq , qondarmalıq sezilməkdədir .
Günümüzdə ortaq Türkçənin necə olması danışılır . Məncə ortaq Türkçə arı yazılan Türkçə olmalıdır . Bu arı Türkçə çağla çeşıtlı ağızlarıda birləşdirər . Bu yolda Bütün Türk ağızlarında olan arı Türkçələrə öncəlik verilməlidir . Hüsen Kazım Qədrinin dərləyib , topladığı " Türk lüğəti " sözlüyü bu yola klavuzluq edə biləcək bir qaynaqdır . Umarıq bir gün bu çox dəyərli qaynaq yenidən bastırıla .
Burada önərilən ÖzTürkçə sözcüklərin ana qaynağı Türk dil kurumunun " Bilgi " bölümünün sunduqlarıyla yanaşı Ali Püsküllüoğlunun " Öz Türkçə klavuzu " , Dədə qurqud , eləcədə kemal Demirayın " Təməl Türkçə sözlük " lər olmuşdur .
Burada bir çox səs uyuşumuna uymayan önərilər vardır . Bunların gələcəkdə aza endirilməsi ümidilə .
Ersan Erel
11.08. 2007
A
Abone. Fra : Sürdürüm
Agrafi . yunan : Yazma yitimi
Ağıl .ərəb : us
Aksesuar. Fra : Donatımçı, bəzəkçi
Aksiyon . fra : Bəlit
Aktuel .fra : Güncəl
Alakart ( a la carte ) fra :
Seçimli yemək
Alerji. Yunan : Qaşınma
Alternatif . fra : seçenek
Amblem ( ambleme ). Fra :
Bəlirtkə
Ampirik ( empirique ). Fra :
Dənəyə dayalı n
Anarşi .yunan : Dərəbəylik , qarışıqlıq
Anatomi .yunan : Gövdəbilim
Animasiyon . fra : Canlandırma
Angajman ( engagement ).fra :
Bağlantı
Anket. Fra : Sormaca
Anomali . fra : Sapaqlıq
Anons.fra : Duyuru
Ansambl ( ensemble ) . fra :
Topluluq
Ansikloprdi . fra :Bilgilik
Anten . Fra : Duyarqa
Anti . yunan : Qarşı
Antipati ( antipathie ) . fra
: Sevimsizlik , soyuqluq
Antipatik .fra : sevimsiz , soyux
Antitez . yunan : Qarşısav
Antre .fra : Giriş , Başlanqıc yeməyi
Aranjman . fra : Düzənləmə
Aranjör. Fra : Düzənləməçi
Arbitraj. Fra : Ara qazanc
Arboretum . latincə. :
Ağac parkı
Arketip( archetype) . fra :
İlkörnək
Aroma. İtaliyanca : Xoş qoxu
(gözəl qoxulu)
Aromatik: Xoş qoxulu
( gözəl qoxulu)
Artikülasyon (articulation). Fra :
Boğumlanma ( dilçilikdə )
Asimilasyon . fra : özümləmə
Asparagas .ing : Şişirmə xəbər , Şişitmə sav
Astronom . fra : Göybilimci
Aupair. Fra : Baxıcı
Aut . ing : Dişarı
Avangart ( avant-garde ) . fra :
Öncü
B
Bakirə. ərəb : Ərdən
Balans . fra : Dəngə
Barikat . fra : Önləc
Bariyer ( barriere ). Fra .
Əngəl
Barkod (barcode). Ing :
Çizgi imi
Bearish . ing : Düşən (
alverdə )
Bestseller . ing : Çoxsatan
Bedminton . ing : Tüklütop
Bədbin . fars : Qaramsar
Bədir. ərəbcə : Dolunay
Bəlağət .ərəb : Sözbilimi
Bəyannamə . ərəb : Bildirgə
Bəyanat . Ərəb : Dəməç
Biblografija .ərəb : Qaynaqça
Biyografi. Yunan : İllərlik , yaşam öyküsü
Biyolog . yunan : yaşam bilimci
Blactop. Ing : Küçə basketbolu ( Küçə səbəttopu
)
Blokaj ( blocage) fra :
Tutmaq , durdurmaq
Boarding gart . ing :
Uçuş kartı
Botanik . fra : Bitgi bilimi
Bounspas . İng : Səktirmə pas ( səbəttopda
)
Brand extention . ing :
Marka türləməsi ( im türləməsi )
Branş.fra : Dal , qol
Brifing . ing : Özətçə
Buldozer. Ing : Yoldüzər
Bullish . ing : Yüksələn
(alverdə )
Burjuva .fra : Kənsoylu
C
Cani .Ərəb : Qıyıcı
Casting , ing : Oyuncu seçimi , yoxlama çəkimi
Casus . Ereb : Ağızlıqçı
Cərəsəqil . ərəb : Qaldiricı
Charter. Ing : Dolmuş uçaq
Check-list .ing : Dənətim çizəlgəsi
Cihaz. ərəb : Ayqıt
Cinayət. ərəb : Qıyım
Ç
Çare . fars :Umar
D
Dealline. Ing : Sunan
Defakto . latincə : Edimli
Defans. Fra : Savunma
Deprasiyon.fra :çöküntü
Detay. Fra : ayrıntı
Determinizm . fra : Bəlirlənimçilik
Determinist .fra : Bəlirlənimçi
Demogoji.fra . Duyğu sömürüsü
Demokrasi.yunan : Elerki
Demokratik. Yunan : Elergil
Deolasman.fra : Dişsaha
Destinasyon. Fra : Varacaq , varışyeri
Deterjan. Fra : Arıtıcı
Dezenformasyon. Ing :Yanıltma
Dəlil . ərəb : Bəlgit
Diaspora . fra : Qopuntu
Diktatör . Latin : Buyurqa
Dinamo. Fra :Sürükləyici , Gücləndirici
Direksiyon. (rol , fərman ) fra
: Yönəltəç
Direktif . : Yönərgə
Direktor . fra : Yönətmən
Disiplin . Fra :Düzəncə
Disponibilite . fra : hazır pul
Diyalektik materyalizm .fra :
Eytişimsəl özdəkçilik
Dogma. yunan : İnaq
Dogmatik .fra : İnaqsal ( inaqçı )
Doktrin. Fra : Öğrəti
Done, data .fra : Veri
Donor . fra : verici
Duayen .fra : ağsaqqal
Dünya .ərəb : Acun
Düşman. Fars : Qırım
E
Editör. Fra : Yayımçı
Egoist .fra : Məncil
Egosantirik .fra : Məniçinçilik ( Mənüçünçülük)
Egzistansiyalist. Fra
: Varoluşçu
Ehsas . ərəb : Duyum
Ehtimal .ərəb :Olasılık
Eklektik ( eclectique ).fra :
Seçməçi , karmacı
Ekliptik. Fra : Tutulum
Ekran. Fra : Görüntülük
Eksantrik (excentrique ). fra: Dış mərkəzli
Eksperimantalizm . fra :
Dəneysəlçilik
Eksper. Fra : Uzman
Ekspersyonizm.fra : Dışavurumçuluq
Ekspozisyon (exposition ). Fra
: Eərgiləmə , sərgi
Elmi.ərəb : bilimsəl
Emperyalizm. Fra : Yayılımçılıq ,Sömürgəçilik
Empresyonist. fra : İzlənimci
Emprivizasyon . fra :
Doğmaca ( filbədahəe)
Endirek . ing: Çiftvuruş , ikilivuruş ( ayaxtopunda )
Endeks .ing : Dizin , göstərgə
Enerji. latin : Erkə
Enfeksiyon. Fra : Bulaşma
Enflasyon .Latin : pulçoxluğu , Para şişginliyi
Enformasyon ( information
).fra : Danışma , tanıtma , savlaşma ,bilgiləndirmə
Ent ( hand ). Ing : Əl. Əllə oynama
Entegrasyon . fra : Bütünləşmə , uyqunlaşmaq
Entelektualizm .fra : Anlıqçılıq
Epigrafi.fra : Yazıtbilimi
Epilog .yunan : Sondeyiş
Eskiz .fra : Taslaq
Estetik. Yunan : gözəllik
Ethnos. Yunan : Ulus , budun
Etimoloji.yunan : Kökənbilim
Etnik . yunan :Azınlıq, budunsal
Etnografya . yunan :
Budunbetim
Etnolog .yunan: Budun bilimci
Etnoloji. Yunan :Budun bilimci
Ə
Ədalət .ərəb : Türə
Əbədi. ərəb : Bəng , ölümsüz
Ədəbi.ərəb :Yazınsal, yazımlı
Ədəbiyat.ərəb : yazim
Əfsanə.fars: Söyləncə
Əməl.ərəb :Edim
Əşirət.ərəb : Oymaq
Əvəz . ərəb : Ödün
F
Fabrika . latin : İşlik
Facia.ərəb : Ağlatı
Faiz . ərəb : Ürəm
Faks . fra : Bəlgəgeçər ( bəlgeç
)
Fakslamaq : Bəlgəçləmək
Faktör.fra :Etkən, etmən
Fantezi. Fra :Düşləm
Farziye . ərəb: Varsayım
Fatalizm . fra : Yazqıcı
Feminism ( feminisme ) . fra :
Qadinçılıq
Fenomen ( phenomene ). Fra – yunan :
Görüngü ( felsefede )
Fenomenizm . Görüngülük (olaycılıq )
Festival .fra : Şənlik
Fetşizm ( bütpərəstlik ). Fra
:Tapıncaqçılıq
Fədakar.ərəb, fars : Özverili
Fəzilət. ərəb : Ərdəm
Figürasyon ( figuration ) . fra :
Biçimləmə
Filibustering. Ing :
Önləmə, əngəlləmə
Filtre. Latin : Süzgəç, Süzək
Final four . ing : son dört
Folklor. Ing :Toplumyazım
Fonem. Yunan : Ses
Fonetik.Yunan : sesbiligisi
Fonoloji . fra : Səsbilim
Forex. Ing : Döviz , yabancı para
Form .Latin : Biçim
Formalist. Fra : Biçimçi
Formasyon .fra :Biçimlənmə
Forvet ( forward ) ing:
İləriuc ( axıncı)
Forward. Ing : Çatdırmaq , irəli
Fosil .fra : Daşıl
Fraksiyon . fra : Bölüntü
Free-lance . ing : Bağımsız , başına buyuruq
free-shop. Ing :
Gömrüksüzmağaza
Full- time. Ing :Tam gün, bütün gün
Fütürizm.fra :Gələcəkçilik
Füzyon. Fra : Birləşmə , qaynaşma
G
Garaj. Fra : Taşıtlıq
Genetik . Fra : soyaçekim , qalıtbilim
Geoloji. fra : Yerbilim
Global . fra : Kürtüəsəl, Toptan, dünya çapında
Grado. Italiyanca : Düzey, seviye , (derece)
Gramer . yunan : Dilbilgisi
H
Haf .ing : Oyun qurucu
Hakim.ərəb : Egemən
Hakimiyət. Ərəb : Egemənlik
Hale. ərəb : Ayla
Happy- hour .ing : Endirim saatları
Hat-trik. Ing: üçləmə
Heca. ərəb : Səsləm
Heykəl .ərəb : Yontu
Heykəltəraş . ərəb , fars
: Yontuçu
Həcv . ərəb : yergi
Hədəf. ərəb :Ərək
Həkim. ərəb : Sağuçı
Həmdərt. Fars. Bündəş
Həmfikir .fars, ərəb :Düşündaş
Həmpa . fars : omuzdaş ,yoldaş
Həmsədə .fars, ərəb : Səsdaş
Hedging .ing : Qoruma
Hədəf. ərəb: Ərək
Həkkak .ərəb : oymaçı
Hərarət.ərəb : İsi
Hərəkət. ərəb : Devinim
Hərəkətli. ərəb : Devingən
Həssas .ərəb :Duyarlı
Hikayə. ərəb : Öykü
Hikmət .ərəb : Bilgəlik
Hilal . ərəb : ayça
Hit . ing : Gözdə
Hiyerarşi .yunan : Sıraqulluq , Ardqulluq
Hizb . ərəb : Bölük
Hobi. Ing : Düşkü
Huquq . ərəb : Tüzə
Huquqçu : Tüzəci
Humanist .fra : İnsancıl
Hücum. ərəb : Axın
İ
İddea. ərəb : Sav
İddeanamə.ərəb, fars :Savca
İdealist .Ülküçü
İdeal .fra : Ülkü
İdxalat. ərəb: Dışalım , Gətiri
İfadə .ərəb : Anlatım
İflas . ərəb : Batqı
İhmal .ərəb: Savsaklamak , Usallıq
İhmalkar.ərəb, fars : osal
İhtimal. ərəb: Olasılık
İqtibas. ərəb : Alıntı, aktarma
İxracat .ərəb : Dışsatım , Götürü
İxtar. ərəb : uyarı
İlahiyat ( teoloji ).ərəb
: Tanrıbilim
İlham . ərəb : Əsin
İllüzyon . fra : Göz bağı , yanılmaca
İndeks .fra : dizin
İndividüalist .fra : Bireyçi
İnformasyon. Fra : Danışma
İnhisar. ərəb : Təkəl
İnkar .ərəb : yadsıma
İnkişaf .ərəb :Gəlışmə
İnsider . ing : İç ortaq
İnovatif .ing : Yeniləşimci
İpnoz ( hipnoz ) . yunan :
Uyutum
Ipotek ( rehin ) . Yunan : Tutu
İradə .ərəb : istək , istənc
İrrasyonal. Fra : Usdışı
Irs .ərəb : Qalıq
İrsi .ərəb : Qalıtım
İrtica .ərəb : gerçilik
İskele . italiya : Yanaşlıq
İstatistik.fra : Sayıbilim
İstihsal . ərəb : ürətim , yetirim
İstisna .ərəb : Ayrıq
İşarət . ərəb : im
İzolasyon ( isolation ).fra :
Yalıtım
İzolatör .fra : Yalıtqan
İzole etmək : Soyutlamaq , yalnız buraxmaq
J
Jakobenzim ( jacobenizm ). Fra :
Təpədənenməçilik
Jeneratör. Fra : Ürətici
Jenerik ( generique ) , fra : Tanıtmalıq
, Tanıtma yazısı
Janr ( genre ).fra :
Tür, çeşit, biçim
Jeolog . yunan :Yerbilimçi
Jooloji . yunan : yerbilim
Jupiter( Müşterı ). Ərəndiz
Jüri . ing : Seçici
K
Kainat.ərəb : Evrən
Kalibrasyon . fra : Ölçümləmə
Kalite ( keyfiyət ). fra , ərəb
: Nitəlik
Kalori.latin : Isına
Kampüs ( campus) . fra :
yerləşkə
Kamuflaj .fra : Alalama
Kantitatif ( quantitatif). Fra :
Necəlik ( kəmiyət )
Kaos ( khaos ) yunanca :
Qarışıqlıq
Kapasite . latin : Sığa , tutum
Kapital . fra : Anamal
Kapitalist. Fra : Anamalçı
Kapitülasyon . italia.fara
: Özgəçilik
Karakter .yunan : Özyapı
Karizma ( charisma ). Yunanca :
Etkiləyicilik
Karvan. Fars : Arğış
Kaşif .ərəb : Bulqucu
Katarak .yunan : Ağsu
Kehanet . ərəb : Bilicilik
Keyfiyət- ərəb : Nitälik
Kəmiyət .ərəb : Necəlik
Kəşf . Ərəb : Bulqu , buluş
Kəşfçi . ərəb : Bulqucu
Kifayət.ərəb :Yetərlik
Kitab. ərəb : Bitik
Kitabə .ərəb : Yazıt
Kitabxana . ərəb, fars
: Bitiklik
KlasikLatin , fra : Alışılmış
Klasör . fra : Qovluq , siralaç
Koalisyon. Ing : işbirliyi
Kolaj. ( collage ) : Kəsyap
Kokpit. Ing : Pilot köşkü , uçaqçı köşkü
Koleksiyon .fra : Dərləm
Kombine .fra : Birləşik, toplu
Komedi. Fra : Güldürü
komünikasyon.fra : İlətişim
Kontak .fra : Sürtüşmə
Kondisyon ( condition ). Fra : Erk ( güc)
Konfigürasyon .fra :
Yapılandırma
Konfeksiyon .fra
: Geyimevi
Konjonktür ( conjoncture ).fra :
Əlverişli , topludurum
Konkre . fra : Somut
Kornometre. Yunan : Süreölçer
Konserv. Fra : Dinləti
Konstellasyon. Ing : Takımulduz
Konsolidasyon .fra :
Pekişdirmə , gücləndirmə
Kontrat . italiya. Səzləşmə
Konvertibl ( convertiblr ) . fra :
Çevrilgən
Koridor. Fra : Geçenek, geçid
Korelasyon ( correlation ) . fra : Bağlılaşım
Kozmoloji. Yunan : Evrənbilim
Kozmopolit . Yunan : Evrəndəş
Kozmos (kosmos ) .yunan
: Acun , evren
Kredibilite . Fra : Güvənilirlik
Kriminoloji . fra : Suçbilim
Kripto .fra - yunanca :
Sakli yazı , gizli yazı
Kriptoloji. Fra : Gizli yazılar
Kriter. Yunan : ölçüt
Kriz .yunan : Bunalım
Kronik. Yunan : süregən
Kronoloji . yunan : Zamanbilimi
Kültür. Fra.latin : Əkin
Kültürel. Fra : Əkinsəl
Küratör . ing : kollayıcı
Q
Qaidə . ərəb : Kural
Qəbilə . ərəb : Boy , Oymaq
Qələm . ərəb : Yazqan
Qənaət . ərəb : Kanı
Qurbangah.ərəb,fars : Sunaq
X
Xəbər . ərəb : sava
Xəbərçi . Savaçı
Xəstəxana . fars : Sayruevi
Xəyal. ərəb : İmgə
Xəyalpərəst . Ərəb, fars
: Düşçü
Xilqət .ərəb : Yaradılış
Xoşbin .fars : iyimsər
L
Lap
-top . ing : Dizüstü
Liberal .fra : Ərkinci
Liberasyon (liberation ) . fra :
Özgürlük , ərkinlik
Liberalizm .fra : Ərkincilik
Libero . İng : son adam
Light . ing : yumuşaq , yağsız
Link. Ing : İlişim
Lirizm . fra , yunanca :
Duyğulu , çoşqulu
Liste. İtaliyanca : Dizəlgə
Loder . ing :Yükləyici
Logo . ing : Ayırmac
Lojistik .fra : Donanim
Lot .fra : Tutam , pay
M
Maaş .ərəb: Aylıq
Maç.ing : Qarşılaşma , yarışma
Madde. ərəb: özdək
Maddi. ərəb :Özdəkçi, özdəksəl
Mahiyət.ərəb :Özlük
Manzara .ərəb : Görünüm, görünüş
Markaj ( marquaqe). Fra :
Tutma , kölgələmə
Marketing . ing : Bazarlama
Materyal.latin: Gərəç
Materyalist .fra : özdəkçi
Matka.ərəb : Dəlgi
Mazoşist. Fra: Özəzər
Medya( media) ing : İlətişim aracları
Mekanizma. Yunan: Düzənək
Melodi. Yunan : Əzgi
Metafizik. Yunanca: Fizikötəsi
Metamorfoz ( metamorphose ) . fra :
Başqalaşma , dəyişmə
Metamorfizm . fra : Başqalaşım, dəyişim
Metot. fra : Yöntəm
Metodik.fra : Yöntəmli
Metodoloji.fra: Yöntəmbilim
Məbəd. ərəb: Tapınaq
Mədəni. ərəb : Uygar
Mədəniyət. ərəb : Uygarlıq
Məfhum. ərəb: Qavram
Məğlubiyət. : Yenilgi
Məhsul.ərəb : yetir, ürün
Məktub . ərəb : Yazqı
Məqbuz.ərəb : Alındı
Məxrəc. ərəb : Çıkak
Mələk . ərəb : Bikə
Məlumat. Ərəb: Bilgi
Təmas . ərəb : Toxunma
Təmiz . ərəb : Arı
Mənəvi. ərəb : Tinsəl
Mənzumə.ərəb: Dizgə
Mərasim. ərəb: Törən
Mərkəz. ərəb : Özək
Mərsiyə. ərəb : Ağıt
Məsajş . fra : İləti
Məsnət. ərəb : Dayanaq
Məsul. ərəb : sorumlu
Məsuliyət . ərəb : Sorumluluq
Məşvərət. ərəb : Gənəşmə ( kənkəş)
Mətbə.ərəb : Basımevi
Mətbuat. ərəb : Basın
Məzar. : ərəb: Sın
Məzarlıq . Sınlaq
Məzlum .ərəb: Əzilən
Məzmun. ərəb : Anlam
Məznun. ərəb: Sanık
Miqyas.ərəb : Ölçək ( Ölçüm )
Milenyum ( milenium) . ing :
Minil
Miras. ərəb :Qalıt
Misra. ərəb :Dizə
Mistisizm . latin : gizəmlilik
Misyon.fra : Görəv, özgörəv
Mit. Yunan : Söyləncə
Mizrab. ərəb : Çalgıç
Modern . fra : çağçıl ,
Modernizm.fra :Çağdaşlıq
Monarşist .yunan : Birerki
Monopol. Fra : Təkəl (
inhisar )
Monotizm.fra : Tək tanrıçılıq
Monoton. Yunan : Durğun, Təkdüzə
Montaj. Fra: Qurqu
Morfem.yunan : Biçimbilim
Morfoloji.yunan : Yapıbilgisi
Motel .ing : Ylçuevi
Motif.fra : Örgə
Motto. Italyanca : İlkə söz
Möcüzə . ərəb: tansıq
Muamele. ərəb : İşləm
Muəssisə. ərəb : Qurum
Muhafezekar. ərəb.fars
: Tutucu
Muhasib.ərəb:Sayman
Muhteva . ərəb : Içərik
Muhtəməl.ərəb : Olası
Muqavimət. ərəb : Dirənc
Muxtariyət.ərəb : Özrəklik
Musəhhih. ərəb : Düzəldən, Düzəltmən
Mücərrət. ərəb :Soyut
Mükafat . ərəb : Ödül
Mükəlləf. ərəb : Yükümlü
Müqəddəs . ərəb : Qutsal
Mülkiyət. ərəb : İyəlik
Mümkün. ərəb : Olanaq
Mürəttib. ərəb: Dizgiçi
Mürtəce .ərəb : Gerici
Müsrif. ərəb : Sovurqan
Müstəbid. ərəb : Basqıcı
Müstəmlikə .ərəb : Sömürgə
Müstəsna .ərəb : Kuraldışı
Müşahidə. ərəb : Gözləm
Müşəxəs. ərəb : Somut
Müşavirə. ərəb : Gənəşmək, danışım
Müşfiq. ərəb : Sevəcən
Müştəri. ərəb : Alıcı
Mütdət. ərəb : sürə
Mütəcanis (həmcins ). ərəb
: Türdəş
Mütəcaviz. ərəb : Saldırqan
Mütəfəkir. ərəb : Düşünür
Mütəxəssis.ərəb : Uzman
Mütəkamil. ərəb : Olqun , gəlişgin
Mütəmail. ərəb : Əyilimli
Mütənasib. ərəb :
Oranlı
Mütəradif . Ərəb : Anlamdaş
Mütəşəbis . ərəb : Girişgən
Mütəşəkkil . ərəb : Oluşmuş
Mütəvali. ərəb : Ardıcıl
Mütəvazi . ərəb : Göstərişsiz
Müttefiq . ərəb : Bağlaşıq
N
Naturalist . fra : Doğacı
Naturizm . Fra : Doğaçılıq
Navigatör ( navigateur ) . fra :
Yönləyici ( gəmiçilikdə)
New age . ing : Çağcil muzik
New wave .ing : Yeni dalğa
Nəccar . ərəb( dülgər ).
Doğramaçı
Nəcib . ərəb : Soylu
Nəfəs .ərəb : Soluk
Nəsil. ərəb : Quşaq
Nəzəri .ərəb :Kuramsal
Nəzəriyə. ərəb :Kuram
Nəzirə . Ərəb : Bənzər , bənzək
Nida. ərəb : ünləm
Nisbət.ərəb : Oran
Nizam .ərəb :düzən
Nizamnamə. ərəb, fars : Tüzük
Nod ( node ). Ing : Düğüm , yumuru
Nostolji .fra : Yurtsama
Nüan .fra : çalar
Nütq .ərəb : Söyləv
O
Obje. Fra : Nəsnə
Objektif. Fra :Nəsnəl
Obsesyon.fra : Takıntı
Ofansif. Ing : Atağayönəlik , Axınçı
Okazyon. (occasion ) fra:
firsat, olanaq
Oliqarşi.yunan :Takımerki
Ombudsman . ing : Kamu dənətiçisi ( yoxlayıçısı
Optimist.fra : İyimsər
Ordövr ( hors- doeuvre). Fra :
Yeməkaltı , ön yemək
Orijinal.fra : Özgün
Ornitoloji . fra : Quşbilimi
Oryantalist ( şərqşünas).fra :
Doğubilimci
Otobiografi.yunan : İllərlik, özgeçmiş
Otomasyon (automation).fra :
Kəndiişlərlik
Otomatik ( automatique).fra :
Kəndiişlər
Otonom. Yunan : Özrək
Otonomi. Yunan : Özrəklik
Otorite .latin : Yetki , güvən
Otoriter. Latin. Fra : Yetgili
Outlet center . ing :
Fabrikadan stış mərkəzi ( iş satış özəyi)
P
Palyatif . fir : Geçici , anlıq
Pandul.fra : Sarqı, sarqaç
Panel . ing : Birdəlik ( Toplugörüşmə)
Panteizm.yunan: Doğatanrıçılıq,Bütüntanrıçılıq
Pantomim.yunan: Sözsüz oyun
Paradoks .yunan : Qarşıtlam
Paralel. Yunan : Koşut
Parametre. Yunan : Dəğişdirgən , Ölçüt
Parkur .fra : Qaçış yolu , qaçışlıq
Parite . fra : Dəyərdəşlik
Pasif (Məful) Fra :Edilgin
Patoloji. Yunan : sayrılıqbilim
Pedagog.yunan: Eğitimci
Pedagoji.yunan: Eğitimbilim
Pederşahlıq . fars : Ataerkil
Peeling . ing : Soyum, derisoyma
. Tibdə gözəlləşdirmədə işlənilir
Pergar. Fars : Yayçizər
Periyodik .fra : Dönəmli
Periferi. Fra : Qırax, çevrə
Periyot ( periode) .fra :
Dönəm, sürə, bölmə
Performans( performance ). Fra :
Sonuc, başarım
Perspektif. Fra : Görüngə
Pesimist.fra : Qaramsar
Petrol . latin : Daşyağı
Peyqəmbər. Fars : Elçi, Yalvaç
Pisimist . fra : Qaramsar
Pitoresk ( Pitoresque) .Fransızca :
Gözalıcı, görünümlü
Plaj. Fra : Çimərlik
Plan. Fra : Tasar
Plasman.fra :Yatırım
Platform . fra : Alan
Play-bak.ing : Söyləmsəmə
Play-maker. Ing : Oyunqurucu
Plaza . latin : İş mərkzi
Plonjon ( plongeon ). Fra :
Dalış
Popüler.fra : Ünlü
Portere.fra: Dizək
Potansiyel . fra : Gizligüc
Pozisyon .fra : Durum , konum
Pozitif ( müsbət).fra
:Olumlu
Pozitivizm .fra :Olquculuq
Plürealist .fra : Çoxulçu
Pratik. Fra :Uygulama
Prensip . fra : İlkə
Pres ( presse ). Fra :
Basqı
Prespektif .fra : Görüngə
Prestij .fra : Sayqınlıq
Prezantasyon . fra :
Sunuş, göstərmə , tanışdırma
Prezante etmək : Tanıtmaq , sunmaq
Prefabrik . fra : Qurma
Prime- time . ing : Altun saatlar
, Dəyərli anlar
Primtif .latin : İlkəl
Problem.yunan : Sorun
Progmatik. Yunan : Yararçı
Progmatizm.yunan. fra
: Yararçılıq
Program . yunan
: İzləncə
Proje .latin : Tasarı
Projektör . fra : Işıldaq
Prolog .yunan : Öndeyiş
Proses. Fra : Sürəç
protez. Fra : taxma
Provaksyon . fra : qışqırtma
Provakatör. fra :Qışqırtıçı
R
Radikal.fra : Köktənçi
Radikalizm. Fra : Köktənçilik
Radyasyon .Latin : Işını
Radyoaktif .fra : ışınetkin
Radyoloji .latin : Işınbilim
Rahat- ərəb : Ərin
Raket. Fra. ərəb : Vuraç
Randman. Fra : Verim
Rapor. fra : Yazanaq
Rapartör.fra. Sözcü
Rəsətxana.ərəb,fars: Gözləmevi
Rasyonalist. Fra : Usçu
Rasyonalizm.fra : Usçuluq
Rasyo ( ratio ) . ing :
Oran ( nisbət)
Rasiyonalizm . fra :
Usçuluk
Reaksyon. Fra : Təpki
Reel. Fra : Gerçək
Reform.fra : düzəltim
Refrandom . latın : Toplumsəsverməsi , Xalqoylaması
Refüj . fra : ortaqaldırım
Rejim.fra : Düzən
Rejisör. Fra : Yönətmən
Reklam.fra : Tanıtma
Rekor.ing: Üstünlük
Remix . ing : Bindirmə , yüksətmə , çoxatma
Retrospektif . fra :
Geriyədönük , dündən bugünə
Revizyon. Fra : İnələmə , yoxlama
Rezervasyon. Fra : Ayrıtma
Rezonans. Fra : Yankılayış , seslenim
Rəhbərlik. Fars: Kılavuzluq , öndərlik
Rəmz.ərəb : Simgə
Rəng. Fars : Boya
Ritim. Yunanca : Dizmə
Rivayət.ərəb : Söylənti
Romantik. Fra : Duyğulu
Romantizm.fra: Duyğuçuluq
Royalty . ing : Yazıpayı ( təlif haqqı )
Rönesans.fra : Yenidəndoğuş
Rüşvət.Ərəb : Yeyinti
Rüşvətçilik.: Yeyintiçilik
Rüya.ərəb : Düş
S
Sabit. ərəb : Durağan
Sabotaj . fra : Baltalama
Sadə. Fars : Yalın, göstərişsiz
Saxtekar. Fars : Düzənci
Sansür .Yunan : Sıxıdənətim , sıxıçılıq
Santimantal. Fra : Duyqulu
Satir. Yunan : Yergi
Satirik.yunan : Yergici
Self- servis . ing :
Seçal
Seans .fra : Göstərim
Semantik. Yunan : Anlambilim , Anlamçılıq
Semiyoloji . fra : Göstərgəbilim
Sempatik.yunan : sevimli , canayaxın
Sempatizan ,yunan : Duyğudaş , yandaş
Sempozyum . Yunan :Bilgiləndirmələr
Senkronizasyon ( synchronisation ) . fra :
Eşləmə ( sinama, televizyon)
Senkronizə etmək . fir :
Eşləmək
Sentaks. Yunan : Sözdizimi
Sentez . yun an : Bireşim
Server . ing: sunucu
( bilgisayar alanında işlənir)
Səhlənkar .ərəb,fars :
osal
Sərmayə . fars : Anamal
Sərmayədar . fars : Anamalçı
Səhnə. ərəb : Oyunluq
Səlahiyət. ərəb : Yetgi
Səviyə. ərəb : Düzey
Səviyəli : Düzeyli
Səyyah. ərəb : Gəzgin
Səyyal. ərəb : Axıcı , Axışqan
Səyyarə . ərəb : Gəzəgən
Sir . Ərəb : Giz
Side effect . ing : yan etki
Sidewalk sale . ing
: Qaldırım satışı , mağaza önü satışı
Simultane . fra : anında
Sinonim .fra : anlamdaş
Sismolog . fra : Dəprəmbilimçi
Sistem. Yunan : Dizgə
Sistematik . Dizgəsəl , dizgəli
Site . fra : Bölgə
Skandal . fra : Utanca
Spesiyal ( special ) .fra :
Özəl
Sofizm. Yunan :Bigiçilik , Ynıltmaca
Solidarist. Fra : Dayanışmaçı
Sosyal .fra : Toplumsal
Sosyalist .fra : Toplumçu
sosyalizm .fra : Toplumçuluq
Sosyoloq .Latin : Toplumbilimçi
Sosyoloji .latin :Toplumbilim
Söhbət. ərəb : Söyləşi
Spiker. Ing : Danışan
Standart . ing : Təkbiçim
Stil.fra : Biçim
Stratus . latin : Katman bulut
Strüktüralist. Fra : Yapısalçı
Strüktüralizm. Fra : Yapısalçılıq
Surnaturalizm .fra : Doğaüstüçülük
Surrealizm . Fra : Gerçəküstüçü
Sübjektif.fra.Öznəl
Süje.fra : Öznə
Sürpriz . fra : Şaşırtı
Ş
Şarjfra : Doldurma , yükləmə
Şema . yunan : Çizəm
Şəfəqət . ərəb : sevəcən
Şəffaf .ərəb : Saydam
Şəhvət. ərəb : Kösnü
Şərəf. ərəb : Onur
Şifrə. Italyan, ərəb : Gizləc
Şiir.ərəb : Qoşuq
Şikayət. ərəb : Yakınma
Şikayətçi :Yakınıcı
Şov ( show).ing : Göstəri
Şovmən ( showman). Ing : Göstərici
Şovrum (showroom) . ing :
sərgi evi
Şua .ərəb : Işın
Şuur . ərəb : Us, Bilinç
Şuuraltı : Bilinçaltı
Şüphə. ərəb : Kuşku
T
Taarüz . ərəb : Axın , Saldırı
Tampon (mane).fra :Önlək
Tarix . ərəb : Geçmişlik
Teenage . İng : ərgənlik çağı
Teenager . ing : Ərgən , yeniyetmə
Teknik. Yunan : Uyqulayım
Telekomünikasyon . fra
: İlətişim
Teleks . fra : Uzyazım
Telepati . yunan : Uzaduyum
Tema. Yunan : İzlək
Teokrasi . yunan : İnerki ( inancerki )
Teori. Fra : Kuram
Terapi . fra : Sağlatım , Sağatma
Termosfor . fra : İsiyuvar
Təchizat. ərəb : Donatı
Təcrübə . ərəb : Dənəyim
Təcrübi : Dəneysəl
Tərbiyə . ərəb : Eğitim
Tətbir. ərəb :Önləm
Təəsub .ərəb :Bağnazlıq
Təhqiq . ərəb : Soruşturma
Təhlil.ərəb : Çözümləmə
Təhmil .ərəb : Yükləmə
Təkamul . ərəb : Evrim
Təqdim . ərəb : Sunma
Təqdis. ərəb : Kutsama
Təqvim. ərəb : Günbilgisi
Təxəyyül . ərəb : İmgələmə
Təxsis . ərəb : Özgüləmək
Təlim.ərəb : Öğrətim
Təlimat. ərəb : Yönərgə
Təminat . ərəb : Güvəvcə
Tənzim. ərəb : Sıralama
Tərəqi .ərə : İrəliləmə
, Gəlişmə
Tərəzi. Fars : Tartı ,
Tartaç , çəkəc
Tərif . ərəb : Tanım
Tərtibat . ərəb : Düzənək
Tərkib . ərəb : Biləşim
Təsir . ərəb : Etgi
Təsisat . ərəb : Döşəmlər
Təsvir . ərəb :Betim
Təsviri : Betimsəl
Təşkilat . ərəb : Örgüt
Təzminat . ərəb : Ödəncə
Təzyiq . ərəb : Basınc
Timing . ing: Zamanlama
Tiraj .fra :Baskı , Baskısayı
Think- tank. Ing : Beyin takımı
Totalitarizm . fra : Bütünçülük
Totem . Qızıl derilerin dilinden
: Onqon
Totemizm . Qizlder- fra
: Ongunçuluq
Topless .ing : Üstsüz
Trafik . İtaliya.fra : Gedişgəliş
Tragedya (trajedi ) .Yunan-fra :
Ağlatı
Transformasiyon . fra
: Dönüşüm
Tribleks .fra : Üç qatlı
Türbülans ( turbulance ). Fra :
Burgac ( buruq ) , hava burgacı
U
Underwriting . İng :
Üstlənim, üstələnmə ( zəmanət)
Unsur . ərəb : Öğe
Uslub. ərəb : Anlatı, biçim
V
Verasət. ərəb : Qalıtım
Versiyon .fra : Üz , nüsxə, sürüm , uyarlama
Vəkil. ərəb :Savunman
Vicdan. ərəb : Duyanc
Voltaj . fra : Gərilim
W
Worout . ing : Alıştırma
Web . ing : Ağ ( tor )
Web sayfası : Ağ yarpağı
Websitəsi : Ağ bölgəsi
Webmaster . Ing : Ağyönəticisi
Z
Zehn .ərəb : Anlıq
Zəfər . ərəb : Yengi
Zəlzələ. ərəb : Dəprəm
Zərf. ərəb : Bəlirtəc
( dilçilikdə )
Zəmir. ərəb : Adıl
Zid .ərəb : Qarşı
Ziyafət. ərəb. Şölən
Zoolog . Fra :Heyvanbilimci
Zooloji . yunan : Hevanbilimi