Növbəti Sosial Yeniliklər Düşərgəsi keçiriləcək

1 view
Skip to first unread message

Emin Huseynzade

unread,
May 31, 2011, 6:18:46 AM5/31/11
to Azərbaycan və Türkiyə Dil Birliyi
Mərkəzi Praqada yerləşən “Transitions” təşkilatı İnternetlə bağlı
ideyaların maliyyələşdirilməsi və ən yaxşı ideyanı açıq müsabiqə
vasitəsilə seçmək məqsədilə internet və mobil telefoniya sahəsində
təcrübəsi olanları - iştirakçı və ideya sahibləri qismində bu ilin
iyul ayında keçiriləcək növbəti Sosial Yeniliklər Düşərgəsinə (SYD)
dəvət edir.
Sosial Yeniliklər Düşərgəsi əhalinin sosial problemlərini həll etmək
və ya əhalinin sosial tələbatlarına cavab vermək məqsədi ilə
hazırlanmış internet əsaslı layihələrin müsabiqəsidir (düşərgə
haqqında ətraflı məlumat tədbirin saytında yer alıb: www.syd-az.net).
SYD-nin əsas məqsədi əhalinin sosial problemlərini həll edən və digər
sosial tələbatlarına cavab verən orijinal layihələrin reallaşmasının
dəstəkləmək və seçilmiş layihəyə pul mükafatını verməkdir.
Təşkilatçıların bu tədbiri keçirməkdə məqsədi ideya müəlliflərini
ideyanın həyata keçirilməsinə yardım edəcək insanlarla, reallaşdırmaq
qabiliyyətli insanları ideya müəllifləri ilə görüşdürmək və onların
bir komandada işləməsini təmin etməkdir. Buna görə də SYD-də iştirak 2
formada olacaq:
1. İdeya sahibləri ideyalarını tədbirin saytında “İdeyanızı göndərin”
bölməsində qeydiyyatdan keçirməlidirlər. İdeyalar SYD-nin saytında
yazılmış tələblərə uyğun olmalıdır.
2. İdeyaları olmayanlar və digərlərinin ideyalarının
reallaşdırılmasında iştirak etmək istəyənlər isə “İştirakçı kimi
müraciət edin” bölməsində qeydiyyatdan keçməlidirlər. Buraya əsasən bu
kateqoriyadan olan şəxslər tələb olunur: proqramçı, veb-developer,
koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi,
mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxslər. Hər
2 formada iştirak üçün qeydiyyatın son tarixi 25 iyundur.
Düşərgəyə seçiləcək layihələri SYD üzrə əcnəbi mütəxəssislər müəyyən
edəcək.
Tədbirə başqa şəhərdən gələcək iştirakçıların yemək, qalmaq və
nəqliyyat xərcləri (müvafiq çeklər və biletlər təqdim olunduqda),
tədbir keçiləcək şəhərdən qatılacaq iştirakçıların isə yalnız yemək
xərcləri təşkilatçılar tərəfindən ödənəcək.
Xatırladaq ki, analoji düşərgələr Böyük Britaniya, Avstraliya,
Slovakiya, Koreya, Çexiya, Gürcüstan və Nigeriyada da keçirilib.
Azərbaycanda ilk belə tədbir ötən il sentyabrın 18-19-da məhz
“Transitions” təşkilatı tərəfindən keçirilmişdi.

Əlaqə vasitələri
Sayt: www.syd-az.net
E-mail: syd.a...@gmail.com
Twitter: http://twitter.com/syd_az_net
Facebook: http://www.facebook.com/group.php?gid=146963008648912

Reply all
Reply to author
Forward
0 new messages