Qeyd edək ki, mühasibat uçotu standartlarına əsasən amortizasiya ayırmalarının 3 metodu var. Bunlar düz xətt metodu, azalan qalıq metodu və maşın saatı metodudur. Düz xətt metodu, aktivin son qalıq dəyərinin dəyişmədiyi təqdirdə, onun faydalı istismar dövrü ərzində daimi ayırmaların həyata keçirilməsi ilə nəticələnir. Azalan qalıq metodu aktivin faydalı istismar dövrü ərzində ayırmaların azalması ilə nəticələnir. Maşın saatı və ya istehsal vahidi metodu isə aktivin istehsal gücü və ya ehtimal olunan istifadəsinə əsaslanan ayırmalar ilə nəticələnir. Müəssisə aktivlə bağlı gələcək iqtisadi səmərələrin istifadəsi üzrə ehtimal olunan istehlak sxemi daha dəqiq əks etdirən metodu seçir. Bu metod, gələcək iqtisadi səmərələrin istifadəsi üzrə ehtimal olunan istehlak sxemi dəyişməyənə qədər dövrdən dövrə müntəzəm olaraq tətbiq edilir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:
Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.
Amortizasiya - aktivlərin faydalı xidmət müddəti ərzində amortizasiya dəyərinin müntəzəm surətdə azalması deməkdir. Vergitutma məqsədləri üçün gəlirdən çıxılmasına yol verilən xərclər sırasında amortizasiya xərcləri mühüm əhəmiyyət kəsb edir.
Mühasibat uçotunda bir neçə amortizasiya metodu var. Bunlar - düzxətli metod, qalıq dəyəri metodu, istehsal metodu və istifadə müddətinin illərinin cəmi metodudur. Vergi Məcəlləsinə görə, əsas vəsaitlərin amortizasiyası qalıq dəyəri metodu ilə hesablanır. Məcəlləyə əsasən, amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir:
Vergi Məcəlləsinin 114.1- ci maddəsinə əsasən, sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.
Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.
Qeyd: Mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən edilən amortizasiya normalarına 2 əmsal, kiçik sahibkarlıq subyektləri isə 1.5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.
Qeyd etmək istəyirəm ki, Vergi Məcəlləsi əsas vəsaitlərin hər bir kateqoriyası üzrə ən yüksək amortizasiya normalarını müəyyən edir. Ancaq hər bir vergi ödəyicisinin daxili-iqtisadi siyasətinə uyğun olaraq əsas vəsaitlərin hər bir kateqoriyasını aşağı dərəcələrlə amortizasiya edə bilər. Sual oluna bilər ki, belə olan halda əsas vəsaitin hər bir kateqoriyası üzrə amortizasiyanın gəlirdən çıxılan məbləği necə müəyyən olunur?
Qeyd edim ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.
Bilirik ki, əsas vəsaitləri amortizasiya (depreciation and amortisation) terminlərini birləşdirib yazıram. Çünki doğma dilimizdə bu terminlərin hər ikisi eyni cür istifadə edilir) etmək lazımdır. İlk öncə baxaq ki, amortizasiya nə olan bir anlayışdır. Çox hallarda müzakirələrdə rastlaşdığım hallar olur ki, amortizasiyanın nə olduğunun izahı köhnəlib dəyərdən düşmə (1) və yeni aktivin alışı üçün fond (2) kimi izah edilir.(başdan qeyd edim ki,kimsənin bilgisini aşağılamaq kimi niyyətim olmayıb heç zaman,sadəcə bəlkə düşüncələrim faydalı olar deyə paylaşmağa çalışıram) Amma baxaq ki,bu izahda çatışmayan tərəflər nələrdir.
Elə isə keçid alaq əsas izaha. Bilirik ki, əsas vəsaitlər IAS 16- Property,Plant and Equipment standartı ilə tənzimlənir. Bu standarta əsasən qeyd edilir ki, amortizasiya elə bir xərc elementidir ki, aktivin faydalı istifadə müddəti (useful life) ərzində aktivin dəyərinin həmin müddət ərzində bölüşdürülməsidir. Yəni bzim niyyətimiz aktivin dəyərini birbaşa xərcə deyil, məhz faydalı istifadə müddəti ərzində xərcə silməkdir. O zaman sual yaranır ki, biz niyə belə edirik? Nədir bunun arxasında dayanan məntiq və bu məntiqin amortizasiya metodları arasında bir əlaqəsi varmı?
Deməli biz əsas vəsaitdən də fərqli periodlarda fərqli şəkildə fayda qazandığımız (gəlir əldə etdiyimiz) üçün həmin gəlirlərin əldə edilməsinə çəkilən xərclər (amortizasiya) eyni dövrdə tanınmalıdır.
Qayıdırıq yenidən yuxarıda qeyd etdiyim məsələyə. Qeyd etdik ki, biz aktivdən fərqli dövrlərd fərqli şəkildə faydalar alırıq. Biz düz xətt metoduna baxdığımız zaman hər il eyni amortizasiya xərcinin olduğunu görürük. Demək ki,biz bu metodu o zaman tətbiq edirik ki,həmin aktivin hər il bizə eyni şəkildə fayda verəcəyini düşünürük. Məhz bu səbəbdəndir ki,çox şirkətlərdə mebellər bu metodla amortizasiya edilir. Faylları saxladığımız şkaflara nəzər yetirsək bizim üçün demək olar ki, hər il eyni faydalılığa malikdir.
Heç təəccüblü deyil ki, nəqliyyat vasitələrini azalan qalıq metodu ilə amortizasiya etmək daha doğru qəbul edilir. Çünki, əvvəlki illərdə daha çox faydalılıq və daha çox amortizasiya xərci olur,sonrakı dövrlərdə isə həm gəlirlilik və müvafiq olaraq da amortizasiya xərci aşağı düşür.
Bütün bunları tamamlamaq istəyirəm. Amma yəqin ki,diqqətinizi bir məqam çəkdi. Azalan qalıq metodunda faiz dərəcəsi var. O dərəcni biz hardan bilirik?! (Qrupda ACCA tələbələri varsa bunun məsələ həllərində verildiyini görüblər. Amma praktikada elə deyil. Biz özümüz o faiz dərəcəsini müəyyən etməliyik)
2012-ci ilin əvvəlinə əsas vəsaitin qalıq dəyəri 29 000 manat təşkil edir və müəsisə dövr ərzində (yəni may ayında) 25 000 manatlıq əsas vəsait alıb və sonra hec bir dəyişiklik baş verməyib. Mən amortizasiyanı necə hesablamalıyam?
Sual: - Müəsisəyə ilin ortasında əsas vəsait daxil olursa, ona amortizasiya ayırmaları daxil oldugu aydan hesablanmalıdır, yoxsa hesablama umumu ilə düşən norma şəklində aparılmalıdır? Sualımı daha konkretləşdirim: 2012-ci ilin əvvəlinə əsas vəsaitin qalıq dəyəri 29 000 manat təşkil edir və müəsisə dövr ərzində (yəni may ayında) 25 000 manatlıq əsas vəsait alıb və sonra hec bir dəyişiklik baş verməyib. Mən amortizasiyanı necə hesablamalıyam? Bu iki sualla bağlı daha ətraflı məlumat almaq üçün hər hansı mənbə məsləhət görsəydiniz şad olardım.
Təlimata əlavə olunmuş 1.3-1 bəndinə əsasən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya metodu həmin təşkilatların seçimindən asılı olaraq müəyyən ediləcək.
Həmçinin, təlimata istifadə edilmiş əsas fondları və qeyri-maddi aktivləri alan təşkilat tərəfindən amortizasiya normalarının bu aktivlər üzrə qalan faydalı istifadə müddətinə və balans dəyərinə uyğun olaraq müəyyən edilməsi ilə bağlı bənd əlavə olunub.
117.1. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində ümumi gəlirdən çıxılır.
Aşağıdakı, VM-nin 114-cü maddəsi, daha çox mühasiblərə aiddir. Çünki əsas və digər vəsaitlərin qiymətləndirilməsi, hesablanması, amortizasiyanın qiymətləndirilməsi və s. daha çox mühasibatlığa aiddir. Amma hər bir sahibkarın bu maddədən xəbəri olmalıdır (əgər qənaət etmək istəyirsə).
9738318194