Unitar dövlətin iki tipi mövcuddur: mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş. Birinci tipdə, regional orqanlar mərkəzi orqanlardan asılı olmayaraq formalaşır ona görə də onlar arasında hüquqi münasibətlər desentralizasiya (mərkəzləşdirilməmiş) əsasları üzərində qurulur. (Böyük Britaniya, Yeni Zelandiya, Yaponiya, İspaniya, İtaliya). İkinci tipə elə unitar dövlətlər aiddir ki, burada mərkəz (Niderland, Qazaxıstan, Özbəkistan) tərəfindən təyin olunan vəzifəli şəxslərin vasitəsilə regional orqanların mərkəzə tabeçiliyi həyata keçirilir. Dövlət quruluşunun unitar forması dünyada daha geniş yayılmışdır. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə-kredit və pul sistemi və s. olur. Ayrı hallarda milli azlıqlar olduqda unitar dövlətin tərkibinə muxtar dövlət quruluşunun xüsusi statusundan istifadə edən bir və ya bir neçə siyasi ərazi vahidi də daxil ola bilər. Muxtar qurumların mövcudluğu belə dövlətlərin unitarizminə heç bir xələl gətirmir.
Federal bir dövlətin ərazi quruluşunu xarakterizə etmək üçün "siyasi-ərazi quruluşu" termini daha çox istifadə olunur, çünki bu, dövlətin ərazi hissələri arasında müəyyən müstəqilliyin mövcudluğunu nəzərdə tutur. Eyni zamanda, unitar dövlətə münasibətdə vahid dövlətin dövlət orqanlarının ərazi quruluşunu xarakterizə edən "inzibati-ərazi quruluşu" termini daha çox istifadə olunur. Bu terminlərin hər ikisi "idarəetmə forması" termininin sinonimidir və ona eyni məna ilə tətbiq olunur[1].
35fe9a5643