Venera haqqında XX əsrə qədər kəşf edilmiş məlumatlar çox azdı. Planetin demək olar ki, xüsusiyyətə sahib olmayan görünüşü səthi haqqında məlumat əldə etməyə imkan vermədi. Bu kimi məlumatların əldə olunması spektroskopiya, radar və ultrabənövşəyi şüalarla müşahidələrdən sonra mümkün oldu. 1920-ci illərdə ilk dəfə Frenk Ross Veneranın ultrabənövşəyi şəklini çəkdi və bu da infraqırmızı təsvirlərdə görünməsi mümkün olmayan bəzi xüsusiyyətlərin aşkara çıxmasına imkan verdi.[119]
18 oktyabr 1967-ci ildə SSRİ-nin Venera 4 kosmik gəmisi planetin atmosferinə uğurlu şəkildə daxil oldu və tədqiqatlar apardı. Venera 4 kosmik gəmisinin apardığı ölçmələr nəticəsində planetin səthinin Mariner 2 kosmik gəmisinin hesabladığından daha isti olduğu, Veneranın atmosferinin 95%-in karbon dioksiddən ibarət olması və atmosferin kosmik gəmini dizayn edən alimlərin düşündüyündən daha sıx olduğu müəyyən oldu.[126] Venera 4 və Mariner 5 kosmik gəmilərinin əldə etdiyi məlumatlar SSRİ və ABŞ alimlərinin birgə təşkil etdiyi elmi konfransda təhlil olundu.[127][128]
Hər bir dölün qidalanma zonası kimi onun orbiti boyu uzanan dar zolaq xidmət göstərir. Döl öz zonasındakı planetezimalların böyük hissəsini udan zaman, böyümə dayanır. Elementar həndəsə göstərir ki, zonanın ölçüsü və udmanın davam etməsi ulduzdan uzaqlaşmaqla artır. 1 a.v. məsafədə döllər 100 min il ərzində 0,1xYer kütləsinə çatır. 5 a.v. məsafəsində onlar 4xYer kütləsinə bir neçə milyon il ərzində çatırlar. Döllər buz xəttinin yaxınlığında və ya planetezimalların konsentrasaiya olunduğu diskin qırıldığı kənarlarda daha böyük ola bilərlər. "Oliqarx"ların böyməsi sistemi planet olmağa can atan cisim artıqlığı ilə doldurur, lakin onların az bir qismi buna nail olur. Bizim Günəş sistemində böyük fəza üzrə paylanmalarına baxmayaraq, onlar biri-birinə nə qədər mümkündürsə yaxın olurlar. Əgər Yer tipli planetlərin arasında Yer kütləli daha bir planet yerləşdirilsə onda o, bütün sistemi tarazlıqdan çıxaracaq. Bunu həmçinin digər məlum olan planet sistemləri haqqında da demək olar. Aydındır ki, planet sistemləri özlərinin həyatlarının başlanğıcında sonunda olduğundan böyük miqdarda maddəyə malik olurlar. Bəzi obyektlər sistemdən o, tarazlığa nail olmamışdan qabaq atılırlar. Astronomlar artıq cavan ulduz toplumlarında sərbəst uçan planetləri müşahidə ediblər.
Günəşdən kənar planetlərin kəşf edilmə erasının başlanmasına qədər, biz təkcə Günəş sistemini öyrənməyi bacarmışıq. Buna baxmayaraq ki, bu bizə mühüm proseslərin mikrofizikasını başa düşməyə imkan vermişdir, bizdə digər sistemlərin inkişaf yolları haqqında anlayış yox idi. Son onillikdə aşkar edilmiş planetlərin maraq doğuran müxtəlifliyi bizim biliklərimizi əhəmiyyətli dərəcədə irəli apardı.
df19127ead