Əgər bir yerdə bir neçə nəfər camaat namazına məşğul olsa, yaxud onların namazı təzəcə qurtarmış, cərgələri pozulmamış olsa və insan namazını furada, yaxud başqa camaatla təşkil olunan camaat namazı ilə qılmaq istəsə, beş şərt daxilində ondan azan və iqamə saqit olur:
Əgər bir kəs başqasının dediyi azan və iqaməni eşidirsə müstəhəbdir ki, eşitdiyi hissələri təkrar etsin, amma "həyyə ələs-salat"dan "həyyə əla xəyril-əməl"ə qədər savab niyyəti ilə təkrar etsin.[12]
Əgər kişi qadının azanını ləzzət məqsədi ilə eşitsə azan ondan saqit olmur; hətta əgər ləzzət məqsədi ilə olmasa da ehtiyat-vacibə görə azan ondan saqit olmur, amma əgər qadın kişinin azanını eşitsə, ondan saqit olur.[14]
Əgər bir kəs iqamədən əvvəl azanı deyib-deməməsində şəkk etsə azanı deməlidir, amma əgər iqamə deməyə başlayandan sonra azanı deyib-deməməsində şəkk etsə azanı demək lazım deyil.[21]
Əgər azan və ya iqamənin əsnasında müəyyən bir hissəni deməmişdən əvvəl, ondan əvvəlki hissəni deyib-deməməsində şəkk etsə, şəkk etdiyi hissəni deməlidir, amma əgər azanın, yaxud iqamənin müəyyən hissəsini deyən halda ondan əvvəlki hissəni deyib-deməməsində şəkk etsə həmin hissəni demək lazım deyil.[22]
Kişilərin təkbaşına və ya camaatla qıldıqları fərz və ya qəza namazı üçün iqamə oxuması sünnədir. Qadın azan və ya iqamə oxumasa da olar. Əgər azan və ya iqamə oxusa bu məkruhdur və oxuduğu azan yenidən oxunmalıdır.
Namazdan xaricində müəyyən vaxtlarda əzan oxuna bilər. Həmin vaxtları belə sıralamaq olar: Uşaq anadan olandan sonra qulağına azan oxumaq məndubdur. Çünki Hz. Peyğəmbər (s.ə.s) nəvəsi Hz. Həsən (r.a) dünyaya gələndə qulağına azan oxumuşdur.
Azan oxunarkən yaxşı olar ki, eşidənlər söhbəti dayandırsın. Hətta Quran oxuyanın da azanı dinləməsi daha fəzilətlidir. Məsciddə və ya öz evində Qurani-Kərim oxuyan oxumağı davam etdirə bilər deyənlər də var.
Bakı üçün 5 vaxt namaz saatları neçədə? İmsak vaxtları, səhər saat, Axşam vaxtı, Nahar zamanı, İkindi azanı, və şam azanı saat neçədə oxunur məlumatlarına gedə bilərsiniz. Ayrıca Bakı üçün diyanət namaz vaxtları ilə iftar saatları və sahur vaxtı məlumatlarını də öyrənə bilərsiniz.
Və aleykum Salam. Azan oxunma vaxtına görə məscidlər özləri də bir-birindən fərqlənir, bir çox məscidlər isə namaz vaxtı girəndən bir müddət sonra azan verir. Saytımızda isə namazın girdiyi vaxt yazılıb. Həmçinin oxuyun: Sizin saytınızda namaz vaxtları niyə fərqlidir?
Gəlin, bu ilahi sədanı səsləndirmək üçün bir-birimizdən irəlidə olaq və müəzzin ləqəbini özüm üçün təyin edək. Çünki Qiyamətdə müəzzinə kifayət ediləcək dərəcədə yüksək məqamlar veriləcəkdir. Azan demək heç də insanın nüfuzunu zəiflətməz, əksinə əgər biz həqiqətə açıq gözlə baxsaq görərik ki, azan insanın dəyərini və etibarını daha da yüksəldir. Biz müsəlmanlar bu asimani çağırış sədasının bütün cahanda gurultu ilə səslənəcəyi günə ümid edirik!
Filosof müəzzin Həkim filosof hacı molla Hadi Səbzivari bütün tədris müddətində hər azan vaxtı müəzzinin səsini eşidən kimi öz bəyanatını bitirib dərsini kəsər və azan deyərdi.
Azan vaxtı dərin düşüncə Əmirəlmöminin Əli (ə) Siffeyn müharibəsində dağın yaxınlığında idi. Məğrib namazının vaxtı gəlib çatdı, dərin fikrə getdikdən sonra azan dedi.
Qanlı Aşuranın sübhü İmam Hüseynin (ə) şəhadəti haqqında nəql olunmuşdur ki, Aşura günü sübh vaxtı həzrət özü azan və iqamə demiş və sübh namazını səhabələri ilə birlikdə qılmışdır.
11- Allahın təkliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət vermək eşidənlər üçün imanın başlanğıcı, tovhidi və İslam Peyğəmbərinin (s) risalətini iqrar etməkdir və azanı dinləyənlər bunu yaxşı bilməlidirlər. Həmçinin Allahı və onun Rəsulunu (s) tanıyıb onlara itaət etməyin bir-birindən ayrı olmadığını anlamaları üçündür. Allahın təkliyini və Peyğəmbərin (s) risalətini iqrar etmək həqiqətdə imanın bütün sahələrini iqrar etməkdir. Allahın təkliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət verdikdən sonra camaat namaza dəvət olunur . Çünki azan namazın müqəddiməsi və sədasıdır. Sonrakı fəsillərdə nicata və yaxşı əmələ dəvət isə namaza dəvəti təkid edir.
21. Qəlbin Allaha tərəf yönəldiyi və ixlasın artdığı vaxt
Bəzən insan imanının daha da artdığını, qəlbinin Allaha tərəf daha da çox yönəldiyini hiss edir. Şübhəsiz ki, belə bir anlarda edilən dua səmimi qəlbdən olduğu üçün daha da qüvvətli olur. Ona görə də hər bir müsəlman həmin fürsətlərdən istifadə edərək, Rəbbinə dua etməyi çoxaltmalıdır.
Azan - kişi və qadının gündəlik vacib namazlardan qabaq azan deməsi müstəhəbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə şəri qanun deyildir. Amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə Əs-saləh demək müstəhəbdir.
Qeyd: Şiə müsəlmanlar azan oxunarkən "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əmirəl mömininən Əliyyən vəliyullah!" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) oxumağı yaxşı hesab edirlər.
Kişi və qadın üçün müstəhəbdir ki, gündəlik namazlardan əvvəl azan və iqamə desinlər. Amma Fitir və Qurban bayramı namazlarından qabaq müstəhəbdir ki, üç dəfə "əs-səlat", sair vacib namazlarda isə üç dəfə "əs-səlat" rəca niyyəti ilə deyilsin.
Əgər hər hansı camaat namazı üçün azan və iqamə deyilmiş olsa, o camaatla birlikdə namaz qılan bir kəs öz namazı üçün azan və iqamə deməməlidir. Hətta əgər azan və iqaməni eşitməmiş olsa da, yaxud azan deyildiyi vaxt camaatın cərgələrində olmasa da.
Qadınların və kişilərin iştirak etdiyi camaat namazının azan və iqaməsini kişi deməlidir. Amma hamısı qadınlardan ibarət olan camaat namazında azan və iqaməni qadın desə, kifayətdir.
Əgər bir kəs azan və iqamənin cümlələrini tərtibsiz, ardıcıllıq olmadan desə (məsələn, "həyyə ələl-fəlah"ı "həyyə ələs-səllat"dan qabaq desə) əvvələ qayıdıb tərtibi pozduğu yerdən yenidən deməlidir.
Müstəhəbdir ki, insan azan deyən vaxt üzü qibləyə dursun, dəstəmaz, qusul almış olsun, əllərini qulağının dibinə qoyub səsini ucaltsın, onu uzada-uzada desin. Azanın cümlələri arasında azacıq fasilə versin və cümlələrin arasında danışmasın.
dca57bae1f