Əziz həmvətənlər,
Qarşıdan gələn Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə hər birinizi Azərbaycan
Respublikasının Çexiya Respubl
ikasındakı Səfirliyində təşkil ediləcək tədbirə dəvət edirik.
Tədbir 20 dekabr 2014-cü il tarixində, saat 14:00-da Səfirliyin
binasında (Ünvan: Na Zátorce 783/17, Praha 6, 160 00) keçiriləcək.
Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyi dünyada
yaşayan bütün azərbaycanlıları qarşıdan gələn bu gözəl bayramlar - Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə
ürəkdən təbrik edir, hər bir Azərbaycan ailəsinə cansağlığı, xoşbəxtlik
arzulayır.
Bayramınız mübarək olsun!