Sənəd qəbulu 26 dekabr 2019-cu il saat 13.00-a qədər Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında, Magistratura və doktorantura şöbəsində aparılacaqdır.
Yuxarıda qeyd olunan hər hansı bir magistr ixtisaslaşmasını bitirən namizədlər ixtisaslaşma dili olmayan digər iki dildən birini xarici dil kimi seçməli və həmin dildən qəbul imtahanı verməlidirlər. Digər magistr ixtisaslaşmalarını bitirən şəxslərin xarici dil seçiminə məhdudiyyət qoyulmur, yəni onlar doktoranturaya və dissertanturaya qəbul zamanı xarici dil kimi ingilis, alman və ya fransız dilini seçə bilərlər.
Türkiyədə koronavirus pandemiyası ilə bağlı təhsil müəssisələrində tədrisin dayandırılması ilə əlaqədar hazırda magistr və doktorantura pillələrinin diplom müdafiəsi mərhələsində olan tələbələr daha 2 semestr təhsil ala biləcəklər.
3a7c801d34