Sosial Yeniliklər Düşərgəsi (
www.syd-az.net)
“Transitions” təşkilatı İnternetlə bağlı ideyalarıın
maliyyələşdirilməsi və ən yaxşı ideyanı açıq müsabiqə
vasitəsilə seçmək məqsədilə internet və mobil telefoniya sahəsində
təcrübəsi olanları - iştirakçı və ideya
sahibləri qismində Sosial Yeniliklər Düşərgəsinə dəvət edir. Sosial
Yeniliklər Düşərgəsi (SYD) nədir?
SYD əhalinin sosial problemlərini həll etmək və ya əhalinin digər
sosial tələbatlarına cavab vermək
məqsədi ilə hazırlanmış yeni internet əsaslı layihələrin
müsabiqəsidir. Daha geniş məlumat bu
keçiddədir:
http://1.syd-az.net/haqqindaƏhalinin sosial problemlərini həll edən və digər sosial tələbatlarına
cavab verən orijinal layihələrin
reallaşmasının dəstəklənməsi və seçilmiş layihəyə pul mükafatının
verilməsi.
İdeya müəlliflərini ideyanın həyata keçirilməsinə yardım edəcək
insanlarla, reallaşdırmaq qabiliyyətli
insanları ideya müəllifləri ilə görüşdürmək və onların bir komandada
işləməsini təmin etmək.
İştirak üçün nə etməliyəm?
SYD-də iştirak 2 formada olacaq: 1. İdeya sahibləri bu keçiddən
ideyalarını qeydiyyatdan keçirməlidirlər:
http://1.syd-az.net/ideya-gonder. İdeyalara verilən tələbləri bu
keçiddən oxuya bilərsiniz:
http://1.syd-az.net/ideyalara-verilen-telebler 2. İdeyaları olmayanlar və
digərlərinin ideyalarının reallaşdırılmasında
iştirak etmək istəyənlər bu keçiddə qeydiyyatdan keçməlidirlər:
http://1.syd-az.net/istirak-ucun-muraciet-et. Hər 2 formada iştirak üçün qeydiyyatın son tarixi 25
avqustdur.
Layihələrin qiymətləndirilməsi münsiflər heyəti tərəfindən aparılacaq
və münsiflər heyətinin böyük bir
hissəsi SYD üzrə əcnəbi mütəxəssislər olacaq.
Regionlardan gələn iştirakçıların yemək, qalmaq və nəqliyyat xərcləri
(müvafiq çeklər və biletlər təqdim
olunduqda), Bakıdan gələn iştirakçıların isə yalnız yemək xərcləri
təşkilatçılar tərəfindən ödənəcək.
SYD sentyabrın ilk ongünlüyündə Bakıda və ya Bakıətrafı yerlərdə
təşkil olunacaq və 2 gün davam
edəcək. Tədbirin məkanı və dəqiq tarixi haqqında bu günlərdə
www.syd-az.netsaytında məlumat
Web-site:
www.syd-az.net, E-mail:
syd.a...@gmail.com,
Twitter:
http://twitter.com/syd_az_net, Facebook:
http://www.facebook.com/group.php?gid=146963008648912