عن ابن عباس ، رضيَ اللَّه عنهما ، قال : قَامَ فينَا رسولُ اللَّه صَلّى اللهُ عَلَيْهِ وسَلَّم بمَوْعِظَةٍ فقال : « أَيُّهَا النَّاسُ إِنَّكُمْ محشورونَ إِلَى اللَّه تَعَالَى حُفَاةَ عُرَاةً غُرْلاً { كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ وَعْداً علَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ } [ الأنبياء : 103] أَلا وَإِنَّ أَوَّلَ الْخَلائِقِ يُكْسى يَوْمَ الْقِيَامَةِ إِبراهيم صَلّى اللهُ عَلَيْهِ وسَلَّم، أَلا وإِنَّهُ سَيُجَاء بِرِجَالٍ مِنْ أُمَّتِى، فَيُؤْخَذُ بِهِمْ ذَاتَ الشِّمال فأَقُولُ: يارَبِّ أَصْحَابِي ، فيُقَالُ : إِنَّكَ لا تَدْرِي مَا أَحْدَثُوا بَعْدَكَ ، فَأَقُول كَما قَالَ الْعَبْدُ الصَّالِحُ : { وكُنْتُ عَلَيْهمْ شَهيداً ما دُمْتُ فِيهمْ } إِلَى قولِهِ : { العَزِيز الحَكيمُ } [ المائدة : 117 ، 118 ] فَيُقَالُ لِي : إِنَّهُمْ لَمْ يَزَالُوا مرْتَدِّينَ عَلَى أَعقَابِهِمْ مُنذُ فارَقْتَهُمْ » متفقٌ عليه . « غُرْلاً » أَيْ : غَيْرَ مَخْتُونِينَ
İbn Abbas (radiyallahu anhu) belə dedi: Rəsulallah (sallallahu aleyhi və səlləm) xütbə vermək üçün aramızda qalxdı və belə buyurdu: «Ey insanlar! Siz Allah Təalanın qarşısına ayaqyalın, çılpaq və sünnətsiz olaraq çıxacaqsınız. [İlk dəfə yoxdan var etdiyimiz kimi, yenidən yaradacağıq, bu bizim vədimizdir. Biz həqiqətən bunu etməyə qadirik] (Əl Ənbiya, 103) Bilin ki, qiyamət günü insanların ilk geyindiriləni İbrahim əleyhissəlam olacaq. Bilin ki, ümmətimdən bir toplu insan gətirilib sol tərəfə durdurulacaqlar. Mən: "Ey Rəbbim. Bunlar mənim səhabələrimdir, ümmətimdir" – deyəcəm. "Bunların səndən sonra nə bidətlər (yeniliklər) çıxartdıqlarını sən bilmirsən. Və mən, saleh qul İsa əleyhissəlamın dediyi kimi deyəcəm: "Mən aralarında olduğum müddətcə onlara şahid oldum. Sən hər şeyə haqqı ilə şahidsən. Onları cəzalandırsan, şübhəsiz ki, onlar sənin qullarındır. Əgər onları bağışlasan, mütləq güclü və hikmət sahibi ancaq sənsən" (Maidə, 117-118) Və mənə belə deyiləcək: "Həqiqətən onlar, sən onlardan ayrılandan sonra topuqları üzərində geri dönüb, dindarlıqdan dinsizliyə yönəlməyə başladılar" (Səhih Buxari, Ənbiya 8; Səhih Muslim, Cənnət 58; Tirmizi, Qiyamə 3; Nəsai, Cənaiz 119)
Hədisdən öyrəndiklərimiz:
- Qiyamət və daha sonra ikinci həyat haqqdır. İnsanlar ilk halları və bütün ünsürləri ilə yenidən yaradılacaqlar. Hərkəs əməlinə görə hesaba çəkiləcək və etdiyinin əvəzini alacaqdır
- Allahın dinini dəyişdirən, və ona etiqadi və əməli bidətlər salanlar, cəhənnəm əzabı ilə cəzalandırılacaqlar. Bunlardan küfrə düşənlər əbədi cəhənnəmdə qalacaq, günahkar asilər isə, günahlarına uyğun cəza görüb sonra cəhənnəmdən çıxarılacaqlar.
- Sünnəti ilə əməl edib ona sımsıx sarılmadıqca, bu adamın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)-in ümmətindən olması və ümmətinin içində yaşaması, onu əzabdan qurtarmaz
-------------------------------------------------------------------------------------------------------------------
Unicode desteyi olmayanlarin metni normal oxumasi ucun
Ibn Abbas (radiyallahu anhu) bele dedi: Resulallah (sallallahu aleyhi ve sellem) xutbe vermek uçun aramizda qalxdi ve bele buyurdu: «Ey insanlar! Siz Allah Tealanin qarsisina ayaqyalin, çilpaq ve sunnetsiz olaraq çixacaqsiniz. [Ilk defe yoxdan var etdiyimiz kimi, yeniden yaradacaqiq, bu bizim vedimizdir. Biz heqiqeten bunu etmeye qadirik] (El Enbiya, 103) Bilin ki, qiyamet gunu insanlarin ilk geyindirileni Ibrahim eleyhisselam olacaq. Bilin ki, ummetimden bir toplu insan getirilib sol terefe durdurulacaqlar. Men: "Ey Rebbim. Bunlar menim sehabelerimdir, ummetimdir" – deyecem. "Bunlarin senden sonra ne bidetler (yenilikler) çixartdiqlarini sen bilmirsen. Ve men, saleh qul Isa eleyhisselamin dediyi kimi deyecem: "Men aralarinda olduqum muddetce onlara sahid oldum. Sen her seye haqqi ile sahidsen. Onlari cezalandirsan, subhesiz ki, onlar senin qullarindir. Eger onlari baqislasan, mutleq guclu ve hikmet sahibi ancaq sensen" (Maide, 117-118) Ve mene bele deyilecek: "Heqiqeten onlar, sen onlardan ayrilandan sonra topuqlari uzerinde geri donub, dindarliqdan dinsizliye yonelmeye basladilar" (Sehih Buxari, Enbiya 8; Sehih Muslim, Cennet 58; Tirmizi, Qiyame 3; Nesai, Cenaiz 119)
Hedisden oyrendiklerimiz:
- Qiyamet ve daha sonra ikinci heyat haqqdir. Insanlar ilk hallari ve butun unsurleri ile yeniden yaradilacaqlar. Herkes emeline gore hesaba çekilecek ve etdiyinin evezini alacaqdir
- Allahin dinini deyisdiren, ve ona etiqadi ve emeli bidetler salanlar, cehennem ezabi ile cezalandirilacaqlar. Bunlardan kufre dusenler ebedi cehennemde qalacaq, gunahkar asiler ise, gunahlarina uyqun ceza gorub sonra cehennemden çixarilacaqlar.
- Sunneti ile emel edib ona simsix sarilmadiqca, bu adamin, Peyqember (sallallahu aleyhi ve sellem)-in ummetinden olmasi ve ummetinin içinde yasamasi, onu ezabdan qurtarmaz
-------------------------