Bayraq meydani acildi

9 views
Skip to first unread message

Yalquzaq.com

unread,
Jul 5, 2010, 7:54:58 AM7/5/10
to yalq...@googlegroups.com

Oxunmazsa: http://www.azerhasret.com/?p=1509

Yeddi Dövlət – Bir Millət Bayraq Meydanı açıldı

Bursa, Yalquzaq.com, 05.07.2010 – 03 iyul 2010-cu il tarixində Bursa Yıldırım Bələdiyyəsinin önündə Yeddi Dövlət – Bir Millət Bayraq Meydanının təntənəli açılış mərasimi oldu. Diplomatik korpus nümayəndələri, Bursa Yıldırım Bələdiyyəsi başqanı Özgen Keskin, Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyi başqanı İbrahim Demirtaş, Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət və çox sayda ictimai-siyasi xadimlərin qatılımı ilə gerçəkləşən tədbirdə öncə mehtər marşları səsləndi, ardından da rəsmi çıxışlar edilməklə yeddi bağımsız Türk dövlətinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs Türk Cümhuriyyəti, Özbəkistan, Türkiyə və Türkmənistanın bayraqları göylərə çəkildi. Bunun ardından da Bursa sakinlərinin geniş qatılımı ilə ünlü ozan Araz Elsəsin konserti verildi. Araz Elsəsin konserti daha bir ünlü sənətçi Orhan Hakalmazın konserti ilə davam etdirildi.

http://www.azerhasret.com/fotolar/2010/07/bayraq_azer.jpg

Azər Həsrətin çıxışı

Bayraq meydanı açılış törənindəki açılış çıxışında Yeddi Dövlət – Bir Millət Konseyi başqanı Azər Həsrət belə bir olayın Türk dövlətləri arasındakı integrasiyaya ciddi təsir edə biləcəyini söylədi. Bir zamanlar bəlkə də xəyal edilməyəcək bir gerçəyin baş tutmasından məmnun olduğunu və bu olayın bütün Türk dünyasında arzu olunan hərəkətlənmələrə yol açacağını dilə gətirən Konsey başqanı bağımsız Türk dövlətlərinin sayının artacağı günün heç də uzaqda olmadığını bildirdi: “Biz bu gün yeddi bağımsız Türk dövlətinin bayrağını yüksəldirik. Heç şübhə etmirəm ki, yaxın zamanlarda bu yeddi rəqəmi on yeddi, ardından da iyirmi yeddi olacaq”, – deyə o, qeyd etdi. Yıldırım Bələdiyyə başqanına və Yeddi Dövlət – Bir Millət Kültür və Dayanışma Dərnəyinin başqanına təşəkkürünü bildirən Azər Həsrət onların bu təşəbbüsünün başqaları tərəfindən də dəstəklənəcəyinə ümid etdiyini dedi.

Qazaxıstanın Türkiyədəki səfirliyinin 3-cü katibi Nişangül Qaratay çıxışında xüsusi olaraq Türkiyə və Qazaxıstan arasındakı münasibətlərin inkişafı, digər Türk dövlətləri ilə əlaqələrin genişləndirilməsi məsələlərinə ciddi önəm verdiklərinin altını cızdı.

Yıldırım Bələdiyyə başqanı Özgen Keskin isə öz çıxışında bu yöndə olan ilk addımın məhz onların bələdiyyəsinə müyəssər olmasından xüsusi qürur duyduqlarını söylədi.

Digər çıxışçılar da bu olaydan yaşadıqları məmnuniyyətləri dilə gətirdilər. Bundan sonra yeddi Türk dövlətinin təmsilçiləri öz dövlətlərinin bayraqlarını göylərə yüksəltdi. Böyük coşqu oyandıran törən gecə gec saatlara qədər davam etdi.

http://www.azerhasret.com/fotolar/2010/07/yeddi_bayraq.jpg

Göylərə yüksələn yeddi Türk bayrağı

http://www.azerhasret.com/fotolar/2010/07/yeddi_bayraq1.jpg

Divara həkk edilmiş yeddi Türk bayrağı

 

image001.jpg
image002.jpg
image003.jpg
Reply all
Reply to author
Forward
0 new messages