Ramazana dair tibbi meslehetler

324 views
Skip to first unread message

Abu Hamza as Salafi

unread,
Sep 19, 2007, 9:14:32 AM9/19/07
to azeri_s...@googlegroups.com, azer...@yahoogroups.com, azeri...@googlegroups.com

RAMAZANA DAİR TİBBİ MƏSLƏHƏTLƏR

 

www.salafitalk.net

İnternet səhifəsindən tərcümə edilmişdir.

Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.  Allahın xeyir bərəkəti və salamı peyğəmbərlərin və rəsulların ən əfzəli Muhəmmədə sallallahu aleyhi və səlləm olsun.

Bu məqaləni tərcümə etməkdən məqsədimiz aləmlər üçün rəhmət olaraq göndərilən son nəbi Rəsulullahın sallallahu aleyhi və səlləm ümmətinə müraciət edərək ifadə etdiyi: "Asanlaşdırın, çətinləşdirməyin" hədisinə müvafiq olaraq tez-tez xəstələnən, oruc tutmaqda çətinlik çəkən qardaşlarımıza bu mübarək Ramazan ayında oruclarını yaxşı, rahat tutmağa az da olsa kömək etmək və asanlaşdırmaqdır. Çünki, Ramazan orucundan əsas məqsəd TƏQVA sifətini qazanmaqdır. Aşağıda qeyd olunan problemlərin aradan qalxmasına səbəb olursaq, ümid edirik ki, bunlar TƏK İBADƏTƏ HAQQI OLAN UCA RƏBBİMİZİN qullarına oruc tutmağı əmr etməklə bizlərdən tələb etdiyi təqva sifətinə nail olmaq üçün daha bir addım bu mənəvi qidaya  diqqətimizi  yaxınlaşdırmış olacağıq (Tərcüməçinin müqəddiməsi).

Bu məqalə Ramazan ayında rastlanan bəzi ümumi problemlərin qarşısını necə almaq barəsində faydalı məsləhətləri təmin edir. Bunlara riayət olunsa, sizlərin rahat oruc tutmanıza və Ramazanın mənəvi faydalarından tam ləzzət almağınıza imkan yaradacaqdır. Mübarək Ramazan ayında süfrəmiz (yeməyimiz) adəti süfrəmizdən çox da fərqli olmamalı və mümkün olduğu qədər bəsit olmalıdır. Yemək, normal çəkimizi qorumaq, nə çəkimizi itirmək, nə də kökəlməmək üçün uyğun olmalıdır. Bununla belə,  kiminsə çəki artıqlığı varsa, çəkisini normallaşdırmaq üçün Ramazan çox gözəl vaxtdır.

GEC HƏZM OLUNAN YEMƏKLƏRDƏN İSTİFADƏ EDİN

Gündəlik oruc zamanı uzun saatları nəzərə almaqla tez həzm olunan qidalardan deyil, tərkibində lif (Bağırsaqları yaxşı işlətməklə və digər qidaların bədəndən sürətlə xaric olunmasını təmin etməklə insanın gümrah olmasına kömək edən qidanın hissəsi ) olan gec həzm olunan qidalardan istifadə etməliyik. Gec həzm olunan qidaların həzm olunması 8-saata qədər davam edir, bununla yanaşı tez həzm olunan qidaların həzm olunması sadəcə 3-4 saat davam edir.

Gec həzm olunan qidalara: tərkibində dən və tum (toxum) olan arpa, buğda, çovdar, darı, manna yarması, paxla, mərci,  ələnməmiş un, cilalanmamış düyü və s. (kompleks karbohidratlar adlanan) daxildir. Tez bişən qidalara tərkibində şəkər, ağ un, və s. olan qidalar (saflaşdırılmış karbohidratlar) daxildir.

Tərkibində lif olan qidalara kəpəkli qidalar, ələnməmiş buğda, dənlər və toxumlar,  yaşıl lobya, noxud, ilik, ispanaq kimi tərəvəzlər və  şəkərçuğundurunun yarpaqları (tərkibi dəmirlə zəngin) kimi otlar,  üstü qabıqlı meyvələr, quru meyvələr, əlalxüsus qurudulmuş ərik, əncir və qara gavalı, badam və s. daxildir.

Qəbul olunan qidalar yaxşı tənzimlənməli, hər bir qrupdan olan qidalar (yəni, meyvələr, tərəvəzlər, ət/toyuq/balıq, çörək/ yulaf, qarğıdalı yarmasından olan xörək (səhər yeməyi) və süd məhsulları) olmalıdır. Qızardılmış yeməklər sağlamlıq üçün zərərlidir və məhdudlaşdırılmalıdır. Bu qidalar həzmin pozulmasına, qıcqırma, ürəkbulanma və çəki problemlərinin yaranmasına səbəb olur.

 

BUNLARDAN ÇƏKİNİN!!!

           Qızardılmış və yağlı yeməklər

           Tərkibində həddindən çox şəkər olan qidalar

           Xüsusilə də səhurda həddindən artıq yemək

           Səhurda həddindən artıq çay içmək. Çünki çoxlu çay bədəndən daha çox sidiyin ifraz olunmasına və beləcə də gün ərzində bədənin ehtiyac duyduğu qiymətli mineral duzlarının xaric olunmasına səbəb olur.

           Siqaret çəkmək. Siqaret səhhət üçün zərərdir və buna tamamilə son qoymaq lazımdır.

NƏ YEMƏK LAZIMDIR???

Qidanın həzm olunma prosesinin uzun davam etməsi və gec acmanız üçün səhurda kompleks karbohidratlar qəbul edin. Xurma - tərkibi şəkər, lif, karbohidratlar,  potasium və maqnezium ilə zəngin əla qida mənbəyidir. Badamın tərkibi proteyin ilə zəngindir və həmçinin yağ səviyyəsi aşağı olan lif var. Banan potasium, maqnezium və karbohidratlarlar zəngin yaxşı qida mənbəyidir.

NƏ İÇMƏK LAZIMDIR???

İftar ilə yataqa getmək vaxtı arasında mümkün olduğu qədər çoxlu su və yaxud meyvə suyu için ki, bədəninizdə suyun səviyyəsi vaxtında tənzimlənsin (qaydaya düşsün).

QƏBİZLƏŞMƏ

Qəbizləşmə bağırsaqların şişməsinə (babasil), yaraların əmələ gəlməsinə və həzm sisteminin pozulması ilə köpmə yaranmasına səbəb ola bilər.

SƏBƏBLƏRİ: Çoxlu rafinə edilmiş (saflaşdırılmış) qidaların qəbul edilməsi, çox az su qəbulu və yeməkdə kifayət qədər liflərin olmaması

MÜALİCƏSİ: Həddindən artıq saflaşdırılmış qidalar qəbul etməyin, çoxlu su qəbul edin və kəpəkli çörəkdən istifadə edin.

HALSIZLIQ (AŞAĞI QAN TƏZYİQİ)

Həddindən çox tərləmə, zəiflik, yorğunluq, taqətsizlik, oturaq vəziyyətdən ayağa qalxdıqda baş gicəllənməsi, solğun görünüş və özünü zəif hiss etmək aşağı qan təzyiqinin əlamətləridir. Bu əlamətlər günortaya doğru getdikcə baş verir.

SƏBƏBLƏRİ: Həddindən az maye qəbulu, az miqdarda duz qəbulu

MÜALİCƏSİ: Maye və duz qəbulunu artırın.

XƏBƏRDARLIQ!!!

 Aşağı qan təzyiqinin əlamətləri aşkar olunduqda  bunu bir daha təsdiq etmək üçün qan təzyiqi yoxlanılmalıdır. Yüksək qan təzyiqi olanlar Ramazan ayında dəva dərman məsələsini nizamlasınlar...Həkimləri ilə məsləhətləşsinlər.

 

BAŞAĞRISI

SƏBƏBLƏRİ: Kofein və tütün qəbulu, gün ərzində çox iş görmək, yuxusuzluq.  Gün ötdükcə adətən aclıq hiss olunur və günün sonunda şiddətlənir. Aşağı qan təzyiqində baş ağrısı olduqca ağır keçə bilər və həmçinin iftardan əvvəl ürəkbulanması meydana gətirə bilər.

MÜALİCƏSİ: Ramazandan bir və yaxud iki həftə əvvəl yavaş-yavaş kofein və tütünün kökünü kəs. Ot tərkibli və tərkibində kofein olmayan çaylar bunu əvəz edə bilər. Rahat yatmaq üçün Ramazanda vaxtını yenidən tənzimlə.

AŞAĞI QAN ŞƏKƏRİ

ƏLAMƏTLƏRİ:

Zəiflik, baş gicəllənməsi, yorğunluq, zəif konsentrasiya, tez tərləmə, fiziki işləri bacara bilməmək, baş ağrısı, ürək döyünməsi (qan damarlarında) aşağı qan şəkərinin əlamətləridir.

SƏBƏBLƏRİ:Diabet (şəkər xəstəsi) olmayanlarda bunun səbəbləri: Həddindən ziyadə şəkər qəbul edilməsi (xüsusilə səhurda saflaşdırılmış karbohidratların qəbulu). Bədən həddindən ziyadə insulin istehsal edir və qandakı qlükozanın düşməsinə səbəb olur.

MÜALİCƏSİ:Səhurda bir şey ye və tərkibində şəkər olan qida və içkiləri məhdudlaşdır.

 

XƏBƏRDARLIQ!!!

Diabetlər Ramazanda dava dərman məsələsini nizama salsınlar və həkim ilə məsləhət etsinlər.

 

ƏZƏLƏLƏRDƏ QIC OLMA

SƏBƏBLƏRİ: Kalsium, maqnezium və potasium qidalarının lazımi qaydada qəbul edilməməsi.

ÇARƏSİ: Yuxarıda adı keçən tərkibində zəngin minerallar olan qidalar qəbul edin (yəni, tərəvəz, meyvə, süd məhsulları, ət və xurma).

 

XƏBƏRDARLIQ!!!

Yüksək qan təzyiqi olanlar və böyrəklərində daş problemi olan kəslər həkimlə məsləhətləşsinlər.

HƏZM XORALARI (YARALARI), QICQIRMA, QASTRİT VƏ QRİJA

Ramazanda boş mədədə turşunun səviyyəsinin artması yuxarıda qeyd olunan halları şiddətləndirir. Qabırğaların altında mədə boşluğunda bu özünü (göynəmə) yanğı hissi kimi əks etdirir və bunun təsiri boğaza kimi hiss oluna bilər. Ədviyyəli qidalar, kofe və kola içkisi bu halları ağırlaşdırır.

Mədədə turşuluğun səviyyəsinə nəzarət etmək üçün dərmanlar mövcuddur. Həzm xoraları və qrija olduğu məlum olan kəslər Ramazandan əvvəl  öz həkimləri ilə məsləhətləşsinlər.

 

BÖYRƏK DAŞLARI

Böyrək daşları daha az maye qəbul edən insanlarda meydana gəlir. Ona görə də, daşların əmələ gəlməsinin qarşısını almaq üçün daha çox maye qəbul etmək zəruridir.

OYNAQLARDA AĞRILAR

SƏBƏBLƏRİ: Ramazanda, əlavə namazlar çox qılanda oynaqlara təzyiq artıq. Yaşlılar və artrit (oynaqların xəstəliyi) xəstəliyi olanlarda, bu: ağrı, gərginləşmə, şişmə və çətinliklər ilə nəticələnə bilər.

MÜALİCƏSİ: Dizlərdə əlavə yük daşımanın qarşısını almaq üçün çəkinizi aşağı salın. Ramazandan əvvəl bədən üzvlərinizi çalışdırın ki, Ramazanda onlar əlavə gərginlik üçün hazır olsunlar. Fiziki cəhətdən sağlam olmaq daha çox iş görməyə, beləcə də namazı asanlıqla əda etməyə imkan yaradır.

Həmişə öz şəxsi həkiminiz ilə Ramazan ayında sizin səhhətinizə xas ehtiyacları və qayğınıza qalmaq barəsində müvafiq məsləhətləri təmin eməsi üçün məsləhətləşin.

 

---------------------

www.selefeqidesi.com

http://groups.google.az/group/Azeri_Selefiler

 

 

RAMAZANA DAIR TIBBI MESLEHETLER

 

www.salafitalk.net

Internet sehifesinden tercume edilmisdir.

Hemd alemlerin Rebbi Allaha mexsusdur.  Allahin xeyir bereketi ve salami peyqemberlerin ve resullarin en efzeli Muhemmede sallallahu aleyhi ve sellem olsun.

Bu meqaleni tercume etmekden meqsedimiz alemler ucun rehmet olaraq gonderilen son nebi Resulullahin sallallahu aleyhi ve sellem ummetine muraciet ederek ifade etdiyi: "Asanlasdirin, cetinlesdirmeyin" hedisine muvafiq olaraq tez-tez xestelenen, oruc tutmaqda cetinlik ceken qardaslarimiza bu mubarek Ramazan ayinda oruclarini yaxsi, rahat tutmaqa az da olsa komek etmek ve asanlasdirmaqdir. Cunki, Ramazan orucundan esas meqsed TEQVA sifetini qazanmaqdir. Asaqida qeyd olunan problemlerin aradan qalxmasina sebeb olursaq, umid edirik ki, bunlar TEK IBADETE HAQQI OLAN UCA REBBIMIZIN qullarina oruc tutmaqi emr etmekle bizlerden teleb etdiyi teqva sifetine nail olmaq ucun daha bir addim bu menevi qidaya  diqqetimizi  yaxinlasdirmis olacaqiq (Tercumecinin muqeddimesi).

Bu meqale Ramazan ayinda rastlanan bezi umumi problemlerin qarsisini nece almaq baresinde faydali meslehetleri temin edir. Bunlara riayet olunsa, sizlerin rahat oruc tutmaniza ve Ramazanin menevi faydalarindan tam lezzet almaqiniza imkan yaradacaqdir. Mubarek Ramazan ayinda sufremiz (yemeyimiz) adeti sufremizden cox da ferqli olmamali ve mumkun olduqu qeder besit olmalidir. Yemek, normal cekimizi qorumaq, ne cekimizi itirmek, ne de kokelmemek ucun uyqun olmalidir. Bununla bele,  kiminse ceki artiqliqi varsa, cekisini normallasdirmaq ucun Ramazan cox gozel vaxtdir.

GEC HEZM OLUNAN YEMEKLERDEN ISTIFADE EDIN

Gundelik oruc zamani uzun saatlari nezere almaqla tez hezm olunan qidalardan deyil, terkibinde lif (Baqirsaqlari yaxsi isletmekle ve diger qidalarin bedenden suretle xaric olunmasini temin etmekle insanin gumrah olmasina komek eden qidanin hissesi ) olan gec hezm olunan qidalardan istifade etmeliyik. Gec hezm olunan qidalarin hezm olunmasi 8-saata qeder davam edir, bununla yanasi tez hezm olunan qidalarin hezm olunmasi sadece 3-4 saat davam edir.

Gec hezm olunan qidalara: terkibinde den ve tum (toxum) olan arpa, buqda, covdar, dari, manna yarmasi, paxla, merci,  elenmemis un, cilalanmamis duyu ve s. (kompleks karbohidratlar adlanan) daxildir. Tez bisen qidalara terkibinde seker, aq un, ve s. olan qidalar (saflasdirilmis karbohidratlar) daxildir.

Terkibinde lif olan qidalara kepekli qidalar, elenmemis buqda, denler ve toxumlar,  yasil lobya, noxud, ilik, ispanaq kimi terevezler ve  sekercuqundurunun yarpaqlari (terkibi demirle zengin) kimi otlar,  ustu qabiqli meyveler, quru meyveler, elalxusus qurudulmus erik, encir ve qara gavali, badam ve s. daxildir.

Qebul olunan qidalar yaxsi tenzimlenmeli, her bir qrupdan olan qidalar (yeni, meyveler, terevezler, et/toyuq/baliq, corek/ yulaf, qarqidali yarmasindan olan xorek (seher yemeyi) ve sud mehsullari) olmalidir. Qizardilmis yemekler saqlamliq ucun zererlidir ve mehdudlasdirilmalidir. Bu qidalar hezmin pozulmasina, qicqirma, urekbulanma ve ceki problemlerinin yaranmasina sebeb olur.

 

BUNLARDAN CEKININ!!!

           Qizardilmis ve yaqli yemekler

           Terkibinde heddinden cox seker olan qidalar

           Xususile de sehurda heddinden artiq yemek

           Sehurda heddinden artiq cay icmek. Cunki coxlu cay bedenden daha cox sidiyin ifraz olunmasina ve belece de gun erzinde bedenin ehtiyac duyduqu qiymetli mineral duzlarinin xaric olunmasina sebeb olur.

           Siqaret cekmek. Siqaret sehhet ucun zererdir ve buna tamamile son qoymaq lazimdir.

NE YEMEK LAZIMDIR???

Qidanin hezm olunma prosesinin uzun davam etmesi ve gec acmaniz ucun sehurda kompleks karbohidratlar qebul edin. Xurma - terkibi seker, lif, karbohidratlar,  potasium ve maqnezium ile zengin ela qida menbeyidir. Badamin terkibi proteyin ile zengindir ve hemcinin yaq seviyyesi asaqi olan lif var. Banan potasium, maqnezium ve karbohidratlarlar zengin yaxsi qida menbeyidir.

NE ICMEK LAZIMDIR???

Iftar ile yataqa getmek vaxti arasinda mumkun olduqu qeder coxlu su ve yaxud meyve suyu icin ki, bedeninizde suyun seviyyesi vaxtinda tenzimlensin (qaydaya dussun).

QEBIZLESME

Qebizlesme baqirsaqlarin sismesine (babasil), yaralarin emele gelmesine ve hezm sisteminin pozulmasi ile kopme yaranmasina sebeb ola biler.

SEBEBLERI: Coxlu rafine edilmis (saflasdirilmis) qidalarin qebul edilmesi, cox az su qebulu ve yemekde kifayet qeder liflerin olmamasi

MUALICESI: Heddinden artiq saflasdirilmis qidalar qebul etmeyin, coxlu su qebul edin ve kepekli corekden istifade edin.

HALSIZLIQ (ASAQI QAN TEZYIQI)

Heddinden cox terleme, zeiflik, yorqunluq, taqetsizlik, oturaq veziyyetden ayaqa qalxdiqda bas gicellenmesi, solqun gorunus ve ozunu zeif hiss etmek asaqi qan tezyiqinin elametleridir. Bu elametler gunortaya doqru getdikce bas verir.

SEBEBLERI: Heddinden az maye qebulu, az miqdarda duz qebulu

MUALICESI: Maye ve duz qebulunu artirin.

XEBERDARLIQ!!!

 Asaqi qan tezyiqinin elametleri askar olunduqda  bunu bir daha tesdiq etmek ucun qan tezyiqi yoxlanilmalidir. Yuksek qan tezyiqi olanlar Ramazan ayinda deva derman meselesini nizamlasinlar...Hekimleri ile meslehetlessinler.

 

BASAQRISI

SEBEBLERI: Kofein ve tutun qebulu, gun erzinde cox is gormek, yuxusuzluq.  Gun otdukce adeten acliq hiss olunur ve gunun sonunda siddetlenir. Asaqi qan tezyiqinde bas aqrisi olduqca aqir kece biler ve hemcinin iftardan evvel urekbulanmasi meydana getire biler.

MUALICESI: Ramazandan bir ve yaxud iki hefte evvel yavas-yavas kofein ve tutunun kokunu kes. Ot terkibli ve terkibinde kofein olmayan caylar bunu evez ede biler. Rahat yatmaq ucun Ramazanda vaxtini yeniden tenzimle.

ASAQI QAN SEKERI

ELAMETLERI:

Zeiflik, bas gicellenmesi, yorqunluq, zeif konsentrasiya, tez terleme, fiziki isleri bacara bilmemek, bas aqrisi, urek doyunmesi (qan damarlarinda) asaqi qan sekerinin elametleridir.

SEBEBLERI:Diabet (seker xestesi) olmayanlarda bunun sebebleri: Heddinden ziyade seker qebul edilmesi (xususile sehurda saflasdirilmis karbohidratlarin qebulu). Beden heddinden ziyade insulin istehsal edir ve qandaki qlukozanin dusmesine sebeb olur.

MUALICESI:Sehurda bir sey ye ve terkibinde seker olan qida ve ickileri mehdudlasdir.

 

XEBERDARLIQ!!!

Diabetler Ramazanda dava derman meselesini nizama salsinlar ve hekim ile meslehet etsinler.

 

EZELELERDE QIC OLMA

SEBEBLERI: Kalsium, maqnezium ve potasium qidalarinin lazimi qaydada qebul edilmemesi.

CARESI: Yuxarida adi kecen terkibinde zengin minerallar olan qidalar qebul edin (yeni, terevez, meyve, sud mehsullari, et ve xurma).

 

XEBERDARLIQ!!!

Yuksek qan tezyiqi olanlar ve boyreklerinde das problemi olan kesler hekimle meslehetlessinler.

HEZM XORALARI (YARALARI), QICQIRMA, QASTRIT VE QRIJA

Ramazanda bos medede tursunun seviyyesinin artmasi yuxarida qeyd olunan hallari siddetlendirir. Qabirqalarin altinda mede bosluqunda bu ozunu (goyneme) yanqi hissi kimi eks etdirir ve bunun tesiri boqaza kimi hiss oluna biler. Edviyyeli qidalar, kofe ve kola ickisi bu hallari aqirlasdirir.

Medede tursuluqun seviyyesine nezaret etmek ucun dermanlar movcuddur. Hezm xoralari ve qrija olduqu melum olan kesler Ramazandan evvel  oz hekimleri ile meslehetlessinler.

 

BOYREK DASLARI

Boyrek daslari daha az maye qebul eden insanlarda meydana gelir. Ona gore de, daslarin emele gelmesinin qarsisini almaq ucun daha cox maye qebul etmek zeruridir.

OYNAQLARDA AQRILAR

SEBEBLERI: Ramazanda, elave namazlar cox qilanda oynaqlara tezyiq artiq. Yaslilar ve artrit (oynaqlarin xesteliyi) xesteliyi olanlarda, bu: aqri, gerginlesme, sisme ve cetinlikler ile neticelene biler.

MUALICESI: Dizlerde elave yuk dasimanin qarsisini almaq ucun cekinizi asaqi salin. Ramazandan evvel beden uzvlerinizi calisdirin ki, Ramazanda onlar elave gerginlik ucun hazir olsunlar. Fiziki cehetden saqlam olmaq daha cox is gormeye, belece de namazi asanliqla eda etmeye imkan yaradir.

Hemise oz sexsi hekiminiz ile Ramazan ayinda sizin sehhetinize xas ehtiyaclari ve qayqiniza qalmaq baresinde muvafiq meslehetleri temin emesi ucun meslehetlesin.

 

---------------------

www.selefeqidesi.com

http://groups.google.az/group/Azeri_Selefiler

 

 



Gear up for Halo® 3 and get a $25 Best Buy gift card. It’s our way of saying thanks for using Windows Live™. Get it now!
Reply all
Reply to author
Forward
0 new messages